Azərbaycan Respublikasının Təhsil Naziri
cənab M. Ç. Cabbarova
Surəti: 1) AR Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Cənab Ş. Əliyevə
2) Qusar rayon Təhsil Şöbəsinin müdiri cənab N. F. Fərzəliyevə
Qusar rayonun Mucuq kənd tam orta məktəbin müəllimi İdrisov İbrahim Luqman oğlu tərəfindən Qusar rayon Təhsil şöbəsinin 182 saylı 07.05.2013-cü il tarixli məktubu ilə əlaqədar
M Ə L U M A T I
Bildirirəm ki, Qusar rayonu Təhsil şöbəsinin göndərişi ilə mən və digər müəllimlər 03- 26 dekabr 2012-ci il tarixlərdə Azərbaycan Mİ Quba filialında ixtisasartırma kursunda olmuşuq. Ezamiyyə xərclərini isə Qusar RTŞ-i tərəfindən bizə AR Nazirlər Kabinetinin 144 saylı 20.09.2011-ci il tarixli Qərarına uyğun düzgün hesablanmamışdır. Bu barədə tərəfimizdən dəfələrlə Qusar RTş-nə, AMİ Quba filialına, AR Təhsil Nazirliyinə və AR Baş Prokurorluğuna müraciətlər edilmişdir.
Qusar RTş-nin 07.05.2013-cü il tarixli 182 saylı məktubunda şöbə müdiri N. Fərzəliyev yalandan AR Təhsil Nazirliyi İqtisadiyyat şöbəsinin müdiri Ş. Əliyevə məlumat verir ki, guya şikayətçilərin hər biri Təhsil şöbəsinə dəvət olunmuş, onlar orada”dindirilmiş”(bəlkə Təhsil şöbəsi istintaq idarəsidir!!!?...), onlardan bir neçəsi (onlar kimlərdir???!!!...) etiraf etmişdir ki, ümumiyyətlə kurs müddətində mehmanxana xidmətindən istifadə etməmiş, onlara(kimlərə???!!!...) hardansa(haradan?!!!...) saxta qəbzlər verilmişdir.
Üzümüzü Niftəli müəllimə tutub deyirəm ki, adam bu qədər yalançı və ikiüzlü olmaz. Təhsil şöbəsinə şikayətçilərdən heç kim çağırılmamış, heç kəs təhsil şöbəsinin “müstəntiqləri” tərəfindən dindirilməmiş, heç kəs etiraf etməmişdir ki, mehmanxana xidmətindən istifadə etməmişdir.
|