Təhsil Nazirliyi: Dәrsliklәrin qiymәtlәndirilmәsi sahәsindә ekspert xidmәtlәri

Ramil Gachay's picture
Qoşma: 

Xidmәtlәr haqqında qısa mәlumat: Dərsliklərin qiymətləndirilməsi “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası (bundan sonra Şura) tərəfindən həyata keçirilir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdən ibarətdir. Seçilmiş ekspertlər dərslik komplektlərinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, onların məzmununun elmi etibarlılığını və sosial həssaslığını, pedaqoji yanaşmalarını, bədii tərtibatını və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər.

Xidmәtin icra olunduğu yer: Azərbaycan Respublikası Təhsil Nazirliyi

Xidmәtin icra müddәti: 31.12.2016-cı il tarixə qədər olan müddət

Namizәdlәrә verilәn tәlәblәr: 
1. Təhsili: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsilə malik olmalıdır.
2. Təcrübəsi: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ən azı 5 illik pedaqoji təcrübəyə malik olmalıdır. 3. İKT-dən istifadə bacarıqları: Namizəd Microsoft Word proqramından istifadə etməyi bacarmalıdır.

Müraciәt forması: Müraciət edən şəxslər müraciət etdikləri xidmət istiqamətini göstərmək şərti ilə bildirişə əlavə olunmuş formatda öz avtobioqrafiyasını (CV) 30.09.2016-cı il tarixədək derslik@edu.gov.az elektron poçtuna göndərə bilərlər.

Müraciәtә baxılması: Daxil olan CV-lər əsasında tələblərə ən yüksək səviyyədə cavab verən namizədlər seçiləcək və yalnız onlar müsahibəyə dəvət ediləcək. Müsahibədə ən uğurlu namizədlər müəyyənləşdiriləcək və onlarla xidmət müqaviləsi bağlanacaq.

Әlavә mәlumatları iş günlәri saat 09:00-dan 18:00-dәk bu ünvandan әldә etmәk olar: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Əlaqələndirici şəxs: Zülfiyyə Hüseynova Əlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 5264) E-poçt: derslik@edu.gov.az

Əlavə məlumat qoşma faylda göstərilib.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.