Məsləhətxana 2012-13

2012-01-03

1451  Narmina (03-01-2012) salam. dovlet muessisesinde shobelerden birinde mueyyen ishciler ixtisara salinir.(secimi rehberlik edir) 1 ay bundan evvel agir emeliyyat kecirmish ve ish staji 24 il olan ishcinin emek mecellesine gore hansi huquqlari var? ve bashqa ish teklif olunarsa(uzaq yerde ve agir ish sheraetli) sehhetime ve stajima gore secim etmeye huququm varmi? emek mecellesinde bu movzuya aid hansi maddeleri rehber tutmaq olar? xahish edirem suala etrafli cavab veresiniz.

Salam.

Bunun üçün Əmək Məcəlləsinin 78-ci maddəsinə çüraciət etməlisiniz.

Belə ki, İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:

  • şəhid ailəsinin üzvlərinə;
  • müharibə iştirakçılarına;
  • əsgər və zabitlərin arvadına (ərinə);
  • öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;
  • həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara;
  • xüsusi məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; 
  • kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

Həmçinin həmin Məcəllənin 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.

Sualınıza görə təşəkkür edirik.

 

2012-01-04

 

1452  Təranə (03.01.2012) salam deyə bilərsinizmi, möhürlər və ştampların sifarişi, hazırlanması və ləğv edilməsi qaydası varmı

Salam.

Bu fəaliyyət sahəsi lisenziyalaşdırılır. Həmin lisenziya Daxili İşlər Nazirliyi tərəfindən verilir. Möhürlərin sifarişi, itirilməsi ilə bağlı məsələlər Daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimatön 10-cu maddəsində əks olunub.

10.8. Möhürlərin və ştampların hazırlanmasına lisenziyası olan hüquqi və fiziki şəxslərə sifarişin verilməsi üçün aşağıdakılar təqdim edilir:

10.8.1. Ərizə (ərizədə möhür və ştampın sifariş olunmasının səbəbi (ilk dəfə hazırlanması, itməsi, yararsız hala düşməsi, hüquqi şəxsin adının dəyişməsi) qeyd edilir);

10.8.2. Sifarişin verilməsi və alınması üçün cavabdeh olan şəxs haqqında məlumat (soyadı, adı, atasının adı) göstərilir;

10.8.3. Sifariş olunacaq möhür və ştampın sifariş edən şəxs tərəfindən təsdiq olunmuş eskizi;

10.8.4. Eskiz hüquqi və fiziki şəxsin adına tam uyğun olmaqla, dövlət dilində və ya lazım gəldikdə digər dillərdə, qrafik üsulla (kompyuterdə) hazırlanmalıdır.

10.9. Möhür və ştamp sifariş etmək istəyən hüquqi şəxs onun yaradılması və ya adının dəyişdirilməsi haqqında müvafiq sənədləri (fərman, sərəncam, qərar, əmr və s.) təqdim etməlidir.

10.10. Hüquqi şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada yalnız bir ədəd dövlət gerbli və ya sadə möhürə malik ola bilərlər. Bəzi hallarda dövlət orqanının və ya hüquqi şəxsin rəhbərinin icazəsi ilə «2» rəqəmi yazılmış əlavə gerbli möhürün hazırlanmasına icazə verilə bilər.

10.11. Lazım olmayan möhür və ştamplar (yenisi ilə əvəz olunması, hüquqi şəxsin ləğv edilməsi, fiziki şəxsin vəfat etməsi və s.) məhv edilməsi üçün onun hazırlandığı yerə təhvil verilir.

10.12. Təhvil verilməni təsdiq edən qəbzin arxasına məhv olunan möhür və ştampın izi vurulur. Təhvil verən və təhvil alanların iştirakı ilə möhür (ştamp) xırda hissələrə doğranılır və ya yandırılır. Onların məhv edilməsi barədə akt tərtib edilir. Lisenziyanın sahibi təhvil verən şəxsə möhür və ştampın qəbul olunması və məhv edilməsi haqqında qəbz (Təlimata 18 nömrəli əlavə) verir.

10.13. Möhür və ştamp itirildikdə, oğurlandıqda kütləvi informasiya vasitəsi ilə onların etibarsız sayılması barədə elan verilir. Yeni möhür və ştampın sifarişi zamanı həmin elanın verildiyini təsdiq edən sənəd təqdim olunur.

10.14. Bu halda yenidən sifariş olunan möhür və ştampda «D» (dublikat) hərfi həkk olunmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2012-01-04

1453  Hafiz (06-01-2012) Salam sualim beledir bilmek isterdim qacqin ve mecburi kockunler gelir vergisinden azadirmi? xahis edirem bu barede etrafli mene mualumat veresiz tesekur edirem

Salam.

Xeyr gəlir vergisindən azad deyillər. Lakın Vergi Məcəlləsinin 102.4-cü maddəsində nəzərdə tutulmuş güzəştlər tətbiq edilir ( hər hansı muzdlu işdən vergi tutulmalı olan 55 manat məbləğində azaldılır).

Sualınıza görə təşəkkür edirik.

2012-01-06

1454  Rehman (06-01-2012) Salam hörmətli, hüquqşünaslar! Yeni ilinizi təbrik edirəm. Sualım belə olacaq. Bankdan əmlakımı girov qoymaqla kredit götürdüyüm üçün, əmlakım yeni sığorta şirkəti tərəfindən sığortalanmışdır. Bu mənim keçən il müqavilə bağladığım sığorta şirkətinin xoşuna gəlməyib və bu müqavilənin guya icbari sığortaya aid olmadığını əsas gətirərək, onlarla da müqavilə bağlanmayacağı təqdirdə, məni cərimə sanksiyaları ilə hədələyirlər. Əgər mənim bir sığorta şirkəti ilə artıq müqaviləm varsa, kommersiya fəaliyyəti göstərdiyim şəxsi əmlakımı yenidən icbari sığorta etdirməliyəmmi? Təşəkkür edirəm.

Salam.

İcbari sığortalar haqqında Qanunun xüsusi hissəsində icbari söğortanın növləri sadalanıb. Müqavilənin müddəti ədatən 1 il olur, əgər müqavilənin müddəti bitibsə və siz müqaviləni digər sığortaçı ilə bağlamağa haqlısınız.

Sualınıza görə təşəkkür edirik.

2012-01-09

1455  Qasanov (08-01-2012) Salam aleykum. Xais edirem deyin gorum 28-yasli elil bir shexsi 6 ildir oz himayesinde saxlayan ve saxlamaqa davam eden shexse devlet muavinet ayirirmi ve ne qeder? Bir de ki, elil shexs nevaxtsa onlardan ayrilsa, himayeciye evveler verilmis muavinetlerin elilin gelecekde devletden alacaqi yardimlara maneesi olacaqmi? ve hemen maddeni bura yerlesdirin zehmet olmasa

Salam.

Suallar - 1444, 1445, 1447, 1450

Çox qarışıq sualdır. Əlavə məsləhət almaq istəyirsinizsə firmanın yerləşdiyi ünvana yaxınlaşıb ödənişli şəkildə ala bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-01-09

1456  Vusal (09-01-2012) Salam. Məni bir sual maqraqladır. Böyük bir ticarət Mərkzəini ddivarlarına bele bir lövhə asilib siqaret çəkən 50 mant cərimə olanacaq. Sual Həmin hüquqı səxs mənı onun ərazısındə siqaret çəkdiyimə görə cərimə edə bilər? Amma Bu barədə İXM hec bir maddə nəzərdə tutulmayib.

Salam.

Xeyr. Hüquqi şəxsə belə səlahiyyət verilməyib. Cərimə etmək səlahiyyəti yalnız müvafiq dövlət qurumlarına verilir. Həmçinin bununla bağlı qeyd etdiyiniz kimi inzibati məsuliyyət nəzərdə tutulmayıb. Amma buna baxmayaraq bu cür hərəkətlər hüquqi şəxsin nüfuzuna təsir edir, insanların səhhətinə zərər vurur və s., ona görə də hüquqi şəxs aidiyyəti hüquqmühafizə orqanlarına müraciət etməkdə haqlıdır.

Sualınıza görə təşəkkür edirik.

2012-01-09

1457  Qasanov (09-01-2012) Salam. Qardas,ora gelmeyim mumkun deyil.Zehmet olmasa deyin gorum elil bir shexsi oz himayesinde saxlayan adama devlet ne qeder pul verir? o madde hansi maddedi?bura yerlesdirin ozum oxuyacam.saqolun

Salam.

Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Fərman ilə tanış olmalısınız.

Sualınıza görə təşəkkür edirik.

2012-01-09

1458  Narmina (11-01-2012) salam. meslehetlerinize gore minnetdaram. menim tutugum vezife shtati ixtisara salinib(devlet idaresi) ve 2 ay verilmish muddet basha catdigdan sonra ishsiz olacaqam ve meshqulluq idaresine muraciet edecem. qanuna esasen adi cekilen idareden ne komeklik olunacaq ve huquqlarimi bilmek isterdim. haradan bu barede etrafli oxuyub melumat ala bilerem.

Salam.

Qanunvericiliyə uyğun olaraq Məşğulluq idarəsi aşağıdakı tədbirlər görməlidir:

  • Vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində köməklik.
  • Əmək bazarında olan tələb və təklif haqqında məlumat.
  • Gənclərin peşə seçiminə köməklik məqsədilə peşəyönümünün təşkili.
  • İşsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması.
  • Haqqı ödənilən ictimai işlərin təşkili.
  • Əmək yarmarkalarının təşkili.
  • İşsiz statusunun verilməsi, işsizlik müavinətinin təyin olunması və ödənilməsi.
  • Əmək birjaları vasitəsilə vətəndaşların müvəqqəti məşğulluğunun təşkili.

İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından şəhər (rayon) Məşğulluq Mərkəzlərində işaxtaran kimi qeydiyyata alındığı gündən) əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən çox müddətdə haqqı ödənilən işə malik olduqda onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay ərzində hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir. Orta aylıq qazanca əsasən təyin olunmuş müavinətin məbləği müavinət təyin olunan dövr üçün respublika üzrə müəyyən edilmiş orta aylıq əmək haqqının məbləğindən çox, təsdiq olunmuş müavinətin minimum məbləğindən az ola bilməz.

Sualınıza görə təşəkkür edirik.

Əlavə məlumat almaq üçün http:]]]ses.gov.az saytına daxil olun.

2012-01-12

1459  Gulya (13-01-2012) salam hal-hazırda işsizliyə görə müavinətin minimum məbləği nə qədərdir?

Salam.

İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq  və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarına əsasən işsizlik müavinətinin minimum məbləği 55 (əlli beş) manat təşkil edir.

Sualınıza görə təşəkkür edirik.

2012-01-13

1460  Adil (14-01-2012) Men kecen ili, 26 dekabr 2011 ilde avtomobil almisham ve sabahisi gunu onu qeydiyyata salib ve orada da onu mene 10 manat alib 1 illik \"siqorta vereqesi\" ve mashinin qabaq shushesine de ferqlenme nishani vurdular! Sualim beledir? Menim yeni aldiqim 26 dekabr 2011 ilin \"siqorta vereqsi\" yeni ilden oz quvvesini itirirmi? Yoxsa, yeni quvveye minmish qanunla yeniden birde siqortalanmalidir?Cavabiniza gore evvelceden teshekkurumu bildirirem!

Salam.

İcbari sığortalar haqqında qanunun 8.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Bir il keçdikdən sonra yeni müqaviləni bağlamalısınız.

Sualınıza görə təşəkkür edirik.

2012-01-17

1461  Adil (16-01-2012) Salam deyure! Birde, deye bilersinizmi 1illik icbari siqorta edilmeyen avtoneqliyyatin - cerimesi neqederdir?

Salam.

İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi (Nəqliyyat vasitəsi sahibinin öz mülki məsuliyyətini üçüncü şəxs qarşısında sığortalamaması) 25 dekabr 2007-ci il tarixli 521-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə çıxarılmışdır. Hal-hazırda buna görə məsuliyyət nəzərdə tutulmayıb.

Lakın həmin Məcəllənin 253-1-ci maddəsinə əsasən icbari sığorta qanunvericiliyinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -

fiziki şəxslər on manat miqdarında, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

İcbari Sığortalar haqqında Qanunun 50-ci maddəsinə əsasən:

Maddə 50. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının məqsədi və təyinatı

50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

50.2. Aşağıdakı avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir:

50.2.1. Mühərrikinin silindrlərinin həcmi 50 sm3-dən artıq olan aşağıdakı avtonəqliyyat vasitələri:

50.2.1.1. minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

50.2.1.2. yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

50.2.1.3. mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

50.2.1.4. motosiklеtlər və motorollerlər;

50.2.1.5. traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri.

50.2.2. trollеybuslar və tramvaylar.

Sualınıza görə təşəkkür edirik.

17-01-2012

1462  Rufus (18-01-2012) Salam. Menim maşınımın yan şüşəsinə satmaq haqqında a4 vərəq yapışdırmışam. Lakin uchastkovıy mene deyir onu çıxart yoxsa gələn defe seni cerimələyəcəm.Bəyəm mən öz avtomobilimi belə üsulla sata bilmərəm? IXM-nin hansı maddəsinə əsasən cərimə tətbiq edilir? Əgər bu qanunsuz satışdırsa, hansısa normativ hüquqi akta qeyd olunub?

Salam.

Hesab edirik ki, sahə inspektoru bu məsələdə yalnış mövqe tutmuşdur.

Yəqin, sahə inspektoru İXM-nin 221.2-ci maddəsini (Reklam haqqında qanunvericiliyin pozulması) əsas tutmuşdur. Belə ki, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya müəyyən edilmiş qaydalar pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə 

- fiziki şəxslər otuz manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

Lakın Reklam haqqında qanunun 2-ci maddəsinə əsasən  bu Qanun Azərbaycan Respublikası ərazisində reklam sifarişi, istehsalı və yayımı ilə məşğul olan hüquqi şəxslərə (onların filial və nümayəndəliklərinə) və fiziki şəxslərə şamil edilir. Bu Qanun siyasi reklama, habelə hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlarına şamil edilmir.

Reklam yayimina icazə (raziliq) verilməsi  Qaydalarının 2.2-ci maddəsinə əsasən siyasi reklam, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, o cümlədən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında, önündə yerləşdirilmiş, həmin obyektlərin mənsubiyyətini, adını, ticarət markasını, iş rejimini, firma nişanını göstərən lövhələr, fəaliyyət növünü istehlakçıya çatdıran vasitələr, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakat və digər informasiya vasitələri reklam daşıyıcıları hesab edilmir.

Sualınıza görə təşəkkür edirik.

2012-01-18

1463  Rufus (18-01-2012) 1462-ci sualin cavabina gore minnetdaram.Lakin sahe polisinin sozlerinden ele chixdiki o meni IXM-nin 235-ci maddesi ile cerimelemek isteyirdi. Chunki deyirdi ki men protokolu yaziram, sen ise gedib yerli icra hakimiyetinde odeyeceksen.

Salam.

Sual - 1462

Həmin qərarı məhkəmə qaydasında mübahisələndirmək olar.

Hesab edirik ki, səlahiyyətli şəxsin qərarı əsassızdır (əgər kommersiya fəaliyyətiniz avtonəqliyyat vasitələrini satmaqdan ibarət deyilsə).

2012-01-18

1464  Kamran (22-01-2012) Salam! Dövlət reyestr xidmətində şəxsi əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatından çıxarış və texniki pasport almaq üçün dövlət rüsumu ödənilir. Sənədlər hazır olduqdan sonra əlavə xidmət haqqı da tələb olunur. Belə çıxır ki, aylarla etdikləri süründürməçiliyə görə hələ bir onlara \"xidmət\" haqqı da ödəmək lazımdır. Özü də xidmət haqqı dövlət rüsumundan da çoxdur. Əgər müraciət edən kommersiya obyektidirsə onda xidmət haqqını artırırlar. Bu məsələ hansı hüquq norması ilə tənzimlənir? Dövlət orqanları vergilər ödəyən kommersiya qürumlarına niyə düşmən münasibət bəsləyirlər. Axı hər şeydən ötrü məhkəməyə müraciət etmək də etik normalarla düz gəlmir. Vaxt ayırdığınız üçün təşəkkür edirəm.

Salam.

Dövlət orqanları yalnız qanunvericilikdə göstərilən dövlət rüsumlarının ödənilməsini tələb edə bilərlər.

Həmin rüsumların məbləği Dövlət rüsumu haqqında Qanunda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi tərəfindən həyata keçirilən kadastr xidmətlərinin tarifləri barədə Tarif (qiymət) Şurasının Qərarında,  Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Tarif (qiymət) Şurasının Qərarında göstərilib.

Sualınıza görə təşəkkür edirik.

2012-01-24

1465  Nesimi (25-01-2012) Salam. MMC-nin təsisçisi bir adamdır. Yəni ki, nizamnamə kapitalının 100%-i həmin şəxsə məxsusdur. O şəxs eyni zamanda MMC-nin direktorudur. Həmin adam vəfat edibsə MMC-nin təsisçiliyini və rəhbərliyini onun arvadı necə rəsmiləşdirə bilər? Əvvəlcədən təşəkkürümü bildirirəm.

Salam.

Bu məsələ məhkəmə qaydasında da həll oluna bilər. Həm birgə nikah müddəti ərzində əldə edilən əmlak kimi həm vərəsə kimi bu hüquqi şəxsin əmlakına və payına mülkiyyətçi kimi iddia edə bilər.

Sualınıza görə təşəkkür edirik.

2012-01-25

1466  Elşən (25-01-2012) Salam, xahiş edirəm sualımı cavablandırasınız. Mənim rəfiqəmin əri rəhmətə gedib. Notariat kontorunda vərəsəlik işi açılıb. Miras əmlak mərhumun maaş kartında olan pul vəsaitidir. Bu vəsait haqda notariat orqanına təqdim edilmək üçün heç bir rəsmi sənəd yoxdur. Notariat orqanı banka müraciət göndərib və bank bu vəsaitlə əlaqədar heç bir məlumat verə bilməyəcəyini, və bununla bağlı məhkəməyə müraciət etməyimizi tövsiyə edib. Bank bu məsələ ilə bağlı düzgün qərar veribmi və hansı qanunvericilik aktına əsaslanıb? Məhkəməyə müraciət etmədən məsələni həll etmək olarmı? Bu məsələyə şərh verməyinizi sizdən xahiş edirik. Öncədən minnətdarlığımızı bildiririk.

Salam.

Məhkəməyə müraciət etməkdə heç bir problem görmürük. Əgər bank məsələni mübahisələndirirsə bu elə məhkəmə qaydasında həll olunacaq və vərəsəlik hüququ məhkəmə qaydasında tanınacaq.

Sualınıza görə təşəkkür edirik.

2012-01-25

1467  Elya (25-01-2012) Salam! Mənim rəfiqəm 2 ildən çoxdur boşanib,amma soy adini hətta şəxsi vəsiqədə \"evli\"\"subay\"ada dəyişə bilmil,butun sənədləri yigib metrikani,yaşay iş yerindən arayiş,boşanma sənədini və şəx.vəsiqəni də,amma yenə də pasport stolda işləyənlər incidir,deyirlə r dəyişmək olmaz.Sizdən komək istəyirəm!

Salam.

Dəyişdirmək olar və hətta lazımdır. Əgər məsul şəxslər qanun pozuntusuna yol verirlərsə yuxarı instansiyalara şikayət edə bilərsiniz.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 4-cü maddəsinə əsasən 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir.

Sualınıza görə təşəkkür edirik.

2012-01-26

1468  Sahrab (26-01-2012) Salam hörmətli Dejure. Mən sizə 1375-ci sualla müraciət etmişdim. Xahiş edirəm bir də köməklik göstərəsiniz. Bir necə ildir ki,ASC-nin İdarə heyyətinin sədri(səhmlərin 28%-ə malikdir) MM-nin və Nizamnamənin bütün müvafiq maddələrini pozur və növbəti və ya növbədənkənar Ümumi yığıncaq çağırmaqdan imtina edir(şifahi və ya yazılı tələblərə məhəl qoyulmur). Qanunla Ümumi yığıncağın çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir, burada da icra orqanı İdarə heyyətinin sədridir. Biz 52%-dən çox səhmləri olan sahmdarlar onu nəinki növbədənkənar hətta illik-hesabat Ümumi yığıncağının çağırılmasına məcbur edə bilmirik. Sizcə bunun həlli yolu yalnız məhkəmə qaydasında ola bilər və ya digər yolu da mövcuddur??? Təşəkkürlər.

Salam.

Bu məsələ Nizamnamə ilə tənzimlənmirsə (MM-nin 102.3-cü maddəsi - Səhmdar cəmiyyətinin nizamnaməsinin tələblərinə riayət edilməsi cəmiyyətin bütün orqanları, vəzifəli şəxsləri və səhmdarları üçün məcburidir) onda məhkəmə qaydasında həll olunmalıdır. Əgər Nizamnamədə yoxdursa, onda müvafiq dəyişiklikləri qəbul edə bilərsiniz (102.5. Cəmiyyətin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi qərarı səhmdarların ümumi yığıncağında, səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir) amma bunun üçün 67% toplamalısınız. MM-in 107-2.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağında səsli səhmlərin altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.

Əgər səhmdarlar arasında razılıq əldə olunmasa məsələ məhkəmə qaydasında həll olunmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2012-01-27

1469  Fataliyev (28-01-2012) Salam, hörmətli DE JURE kollektivi!! Bilmək istəyirəm ki, II qrup əlilliyi olan insan pedaqoji fəliyyətlə məşğul ola bilərmi? Zəhmət olmasa müvafiq qanunvericiliyə istinad etməklə cavablandırardınız. Çünki ƏƏSM-nin Tibbi sosial ekspert komissiyası həmin şəxsin əmək fəaliyyətinə yararlığı barədə rəy verirmi?

Salam.

Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 3.1-ci maddəsinə əsasən  TSEK (Tibbi-sosial ekspert komissiya) həyat fəaliyyətinin məhdudlaşmasının dərəcəsini və xarakterini müəyyən edir, işçinin istehsalat xəsarəti və ya peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətini itirmə faizini, habelə əlavə və sosial yardıma ehtiyacı olub-olmamasını müəyyənləşdirir.

Sualınıza görə təşəkkür edirik.

2012-01-31

1470  Nesimi (28-01-2012) Salam. Faizlə pul vermək cinayətdirmi?

Salam.

Əgər şəxslərə  faizlə pul vəsaiti verirsinizsə, deməli gəlir əldə etmək istəyirsiniz. Gəlir əldə etdikdə müvafiq qaydada vergi ödəməlisiniz. Həmçinin bu fəaliyyət növü lisenziyalaşdırılır. Əgər bu fəaliyyət növü ilə məşğul olmaq istəyirsinizsə müvafiq qaydada vergi orqanlarında qeydiyyatda keçməlisiniz və lisenziya almalısınız.

Sualınıza görə təşəkkür edirik.

2012-01-31

1471  Kerim (30-01-2012) Salam, coxusaqli ananin muavinet almasi ucun hara muraciet edilmelidir?

Salam.

Çox uşaqlı analar sadəcə sosial müavinətlərin alınmasında müəyyən güzəştlər əldə edirlər (Sosial müavinətlər haqqında Qanun).

Sualınıza görə təşəkkür edirik.

2012-01-31

1472  Elşən (31-01-2012) Salam Hörmətli DEJURE! Xahiş edirəm aşağıdakı sualımı cavablandırasınız. BDU Beynəlxalq hüquq fakültəsini bitirmişəm. Ədliyyə orqanlarında qulluq keçmək üçün imtahan verə bilərəmmi? Bildiyimə görə məhkəmə orqanlarında qulluq keçmək üçün imtahan verə bilərəm. Bu məsələyə şərh verməyinizi və hər iki orqanda bu məsələləri tənzimləyən qanunları tapmağa mənə kömək etməıyinizi sizdən xahiş edirəm.Öncədən sizə minnətdarlığımı bildirirəm.

Salam.

Əsas normativ akt bu sahədə Dövlət qulluğu haqqında Qanundur. Onu əsas tutun. Keçirilmə şərtləri və namizədlərə tələblər http:]]]www.dqmk.az saytında göstərilir.

Sualınıza görə təşəkkür edirik.

2012-01-31

1473  Fataliyev (31-01-2012) Salam Hörmətli DE JURE kollektivi. Mən sizə 1469-cu sualla müraciət etmişdim. Zəhmət olmasa bu sualımı cavabı konkretləşdirərdiniz. Bilmək istəyirəm ki, II qrup əlilliyi olan insan pedaqoji fəliyyətlə məşğul ola bilərmi? Bu əlillik onun bu fəaliyyətlə məşğul olmasına mane ola bilərmi?

Salam.

Bu artıq əlilliyin növündən asılıdır, əgər müəyyən qüsurlar (eşitmə, görmə, nitq və s.) pedaqoji fəaliyyət ilə məşğul olmağa mane olmayacaqsa, əlbəttə ki, olar.

Sualınıza görə təşəkkür edirik.

2012-01-31

1474  Sahrab (01-02-2012) Salam hörmətli Dejure. Əgər işçi ilə Əmək Müqaviləsi bağlanan zaman onun iş yeri (müəssisənin filialı olan yer) Respublicamızın bölgələrinin biri təyin edilmişdirsə və o oz şəxsi avtomobili ilə gedib-gələcəyini bildirmişdirsə (bu barədə müqavilədə heç nə göstərilməyib, sadəcə bölgədəki iş yeri göstərilib)işdən çıxan zaman işçi ezamiyyə haqqlarını tələb edə bilərmi? (Bir neçə ildir ki işçi orada işləyir)Təşəkkürlər. 

Salam.

Əmək Müqaviləsi bağlanarkən işçinin əsas iş yerinin  və ya müəssisənin əsas yerləşdiyi ünvan göstərilir. Bu işlər üzrə podrat və ya xidmət müqaviləsi bağlanılması məqsədəuyğundur. Əgər işçi daim olaraq müxtəlif bölgələrə ezam olundursa onda ezamiyyə fakrtları mövcüddur, yox əgər daim bir ünvanda fəaliyyət göstərirdirsə (bir məntəqə ərazisində), ezamiyyə faktı təsdiq olunmur. Digər halda ezamiyyə xərcləri ödəməyə işçi tələb edə bilər. 

Sualınıza görə təşəkkür edirik.

2012-02-06

1475  Kamran (01-02-2012) Salam! İnzibati-İqtisadi Məhkəmələrə iddia ərizəsi daxil olarkən, ərizəyə baxılması üçün qanunla hansı müddət nəzərdə tutulub? Təşəkkür edirəm.

Salam.

İnzibati Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən:

33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir.

33.4. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır.

Əgər hüquqi şəxslərin arasında mübahisədirsə onda MPM-in 172-ci maddəsinə əsasən 3 ay.

Sualınıza görə təşəkkür edirik.

2012-02-07

1476  Soltan (03-02-2012) salam deure az men Soltan size sualim dasinmaz emlakla baglidir. biz 2006 ci ilde dasinmaz emlakin dovlet reystir xidmetinden cixaris almisiq. cixarisda yazilir. verilir ebrayilova Sahzade Sedi qizina ondan oturu ki Zerdab seheri,Azerbaycan kucesinde istifadesinde olan0.004 ha torpaq sahesinde yerlesen 2 girisli 34.6 kv.mumumi 34.6 kv.m esas saheden ibaret 1 mertebeli Qeyri yasayis binasi(magaza)tam mulkiyyet huquqi uzre Cebrayilova Sahzade Sedi qizinin adina dasinmaz emlakin dovlet reytrinde 1 nomreli reystirkitabinin 2 nomreli vereqinde qeydiyata alinmisdir. Odur ki sizden xahis edirem mene deyin hemin magazanin torpaq sahesi de sexsi mulkiyyet, yeni menim sexsi torpagim sayilirmi. evvelceden size tesekur edirem

Salam.

Qeyri yasayis  binasi (mağaza) Cebrayilova Sahzade Sedi qizina məxsusdur. 

Sualınıza görə təşəkkür edirik.

2012-02-07

1477  Qasanov (05-02-2012) salam Bir shexs kendde atasi evinde qeydiyatdaDI,AMMA OZU VE HEYAT YOLDASI,BIR DE 2 YASLI USAQI GENCEDE KIREDE QALIR. HEC BIRI ISLEMIR VE ATASINNAN DA HEC BIR KOMEK GORMUR. ONU DA DEYIM KI ATASININ MADDI VEZIYYETI NORMALDI. XAIS EDIREM DEYIN GORUM BU GENC AILEYE SOSIAL YARDIM DUSURMU?

Salam.

Bununla bağlı Sosial müdafiə Fondunun ərazi idarəsinə müraciət etməlisiniz və ünvanlı sosial yardımla bağlı müraciət etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-02-07

1478  Elshad (06-02-2012) Salam, Sizdən xahiş edirəm Az.Re.Əmək Məcəlləsinin 114.5 maddəsinin izahını verəsiniz.Bu təcrübədə necə tədbiq edilir.Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Salam.

Adi qaydada. Həmin məzuniyyətlərdə əmrlə rəsmiləşdirilir. 

Sualınıza görə təşəkkür edirik.

2012-02-07

1479  Natiq (06-02-2012) Salamlar. Zehmet olsa CM 144.1 maddesi uzre Agir Cinayetler mehkemesinde istirak etmis tecrubeli vekil meslehet goresiniz. Tesekkurler.

Salam.

Bununla bağlı De Jure hüquq firmasına təşrif buyurmağı məsləhət görürük.

Bizimlə çalığan vəkilləri məsləhət görə bilərik.

2012-02-07

1480  Sahrab (07-02-2012) Salam hörmətli Dejure. Əgər işçinin şəxsiyyət vəsiqəsi yaş ilə əlaqədar dəyişmişsə müəssisədə onunla yeni Əmək Müqaviləsi bağlanılmalıdırmı? Təşəkkürlər. 

Salam.

Müqaviləyə dəyişikliklər edilməsi (Əlavə Razılaşma yolu ilə) kifayətdir.

Sualınıza görə təşəkkür edirik.

2012-02-07

1481  Kerim (07-02-2012) Salam, biz iki il qabaqdan coxusaqli ana kimi muavinet almaliydiq, lakin bunu bilmemisik,biz indi senedleri duzeltsek, evvelki iki ilin de muavinetini ala bilerikmi?

Salam.

Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Fərman ilə tanış olmağınız məqsədə uyğundur. Məsləhət görürük ki, müavinətin dəqiq adını dəqiqləşdirəsiniz. Digər məsələlərdə mübahisə yarandıqda məhkəmə qaydasında həll oluna bilər.

Sualınıza görə təşəkkür edirik.

2012-02-08

1482  Kerim (09-02-2012) Salam,qadinlar nece yasindan sonra ahilliga gore muavinet ala bilerler?

Salam.

Ola bilsin qanunvericiliyin aşağıdakı müddəasını nəzərdə tuturdunuz, Sosial müavinətlər haqqında Qanunun 1.0.2-ci maddəsinə əsasən 62 yaşına çatmış qadınlar, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar əmək qabiliyyəti olmayan şəxslər hesab olunur və müvafiq qaydada müavinət təyin edilə bilər. 

Sualınıza görə təşəkkür edirik.

2012-02-09

1483  Elşən (12-02-2012) Salam çox hörmətli Dejure! Bir sualımı cavablandırmağınızı sidən xahiş edirəm. Hal hazırda inzibati cəza nəzərdə tutulmayan əmələ görə 2011-ci il İXM-də cərimə nəzərdə tutulurdu. Müfəttiş bu əmələ görə keçmiş məcəllənin maddəsinə uyğun olaraq protokol tərtib edə bilərmi? Məlumat kimi bildirim ki, söhbət nəqliyyat vasitəsi üçün verilmiş etibarnamənin dövlət qeydiyyatından gedir. Öncədən minnətdarlığımı bildirirəm.

Salam.

15 noyabr 2011-ci il tarixli 244-IVQD nömrəli Azərbaycan Respublikasının Qanun ilə İXM-in  154.1-ci maddəsindən “, etibarnamə” sözü çıxarılmışdır. Və etibarnamənin dövlət qeydiyyatından keçirməməyə görə hal-hazırda məsuliyyət nəzərdə tutulmayıb. Bununla bağlı səlahiyyətli dövlət məmuru tərəfindən qəbul edilmiş qərar (və ya protokol) etibarsızdır. Məsələ ilə əlaqədar məhkəməyə və ya yuxarı instinsiyala müraciət etməkdə haqlısınız.

Sualınıza görə təşəkkür edirik.

2012-02-13

1484  Roma (13-02-2012) Salam men bilmek isteyirem inzibati cerime lie maliyye sanksiyasinin ferqi nedir? Tessekur nedirem

Salam.

Vergi Məcəlləsinin 52-ci maddəsinə əsasəm vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. Vergi orqanları tərəfindən maliyyə sanksiyalarının alınması barədə iddialarına Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə müvafiq olaraq baxılır.

İnzibati cərimələr İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq tətbiq edilir.

Sualınıza görə təşəkkür edirik.

2012-02-15

1485  Kamran (14-02-2012) Salam, hörmətli hüquqşünaslar! Bir suala hüquqi cəhətdən əsaslandırılmış cavab tapmaqda mənə köməklik göstərməyinizi xahiş edirəm. MPM-nin 67.1-ci maddəsinə əsasən kassasiya instansiyasında tərəflər yalnız vəkillə iştirak etməlidirlər. İPM-də belə bir hal nəzərdə tutulmamışdır. Ali Məhkəmənin İnzibati İqtisadi Kollegiyası şikayəti icraata götürməməkdən ötrü MPM-yə istinad edə bilərmi? Axı, belə olarsa, bu hal AR Konstitusiyasının 71-ci maddəsinin IX hissəsi ilə ziddiyyət təşkil edir. Təşəkkür edirəm.

Salam.

Baxmayaraq ki, bu sual ilə bağlı biz qismən sizin mövqeyinizin tərəfdarıyıq. Lakın İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

Lakın bununla bağlı MPM-nin 14.5-ci maddəsinə diqqət yetirilməlidir. Belə ki, MPM ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Bunun üçün sizin imkanınız olmaması barədə sosial müdafiə fondundan arayış almalısınız.

Sualınıza görə təşəkkür edirik.

2012-02-15

1486  Qasanov (15-02-2012) Salam. 1477-sulima cavab olaraq yazmisiz ki erizeyle muraciet edin.Erizeyle beraber sosial yardim haqda lazim olan senedleri de yollamaliyiq?

Salam.

Bəli. Müraciət edərkən Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarına riayət edin.

Sualınıza görə təşəkkür edirik.

2012-02-16

1487  Qasanov (15-02-2012) bir de narahat etdiyim ucun uzr isteyirem.xais edirem deyin gorum bir yasayis yerinden(kenden sehere)cixib digerine qeydiyyata dusmek ucun hansi senedler ve ne qeder pul lazimdi? dovlet rusumu

Salam.

Bu məsələ ilə əlaqədar dəfələrlə Məsləhətxanada cavab verilib

Yaşayış yeri dəyişilərkən Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsinə əsasən vətəndaş aşağıdakı tədbirlər görməlidir və sənədlər müvafiq orqana təqdim etməlidir:

Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində \"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında\" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

  1. şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;
  2. yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Dövlət rüsumu haqqında Qanunun 14.3-cü maddəsinə əsasən:

 

 

14.3. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə:

 

 

14.3.1. üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

 

10 manat

 

14.3.2. üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə

 

1 manat

 

 

Sualınıza görə təşəkkür edirik.

2012-02-16

1488  Vuqar (17-02-2012) Məhkəmə Bələdiyyənin üzərinə fərdi ev tikmək üçün torpaq sahəsi ayırmaq vəzifəsini qoyub. Bələdiyyə sənədləri hazırlayıb rəy almaq üçün Memarlıq idarəsinə göndərib. 2 ildir ki, memarlıq idarəsi rəy vermir. Məhkəmə icraçısı mənə deyir ki, yenidən Memarlıq idarəsin məhkəməyə ver. Bu düzgündürmü? Hüquq müstəvisində bu necə həll olunmalıdır?

Salam.

Məhkəmə aktının icra edilməməsi ilə əlaqədar həm rayon  icra hakimiyyət orqanına, həm məhkəməyə müraciət edə bilərsiniz, həmçinin süründürməçilik və korrupsiya hallarını aradan qaldırılması üçün Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya da müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-02-20

1489  Nigar (20-02-2012) Salam. Men öyrənmək istəyirəm ki, əgər işçinin əmək müqaviləsində səhvlər var. Məsələn Məzuniyyət 30 gun əvəzinə 20 yazılmışdır. 2002-ci ildə bağlanan əmək müqaviləsidir və bundan əlavə bir neçə səhvlər var. Müqavilələri təzələmək üçün və ya korreksiya etmək bunlardan hansını edim. Onuda sorusmaq istəyirəm ki, möhürdə 2002-ci ildən 2 dəfə yenilənib. Əvvəlcədən Təşəkkür edirəm.

Salam.

Əmək Müqaviləsinə dəyişiklikləri Əlavə Razılaşma vasitəsilə edə bilərsiniz.Həmin Razılaşmalar hər iki tərəfin imzası ilə həayata keçirilir.

Sualınıza görə təşəkkür edirik.

2012-02-20

1490  Nigar (22-02-2012) Salam sualima cavab verdiyiniz ucun tesekkur edirem. Bir sualimda var zehmet olmasa onada cavab verseniz size cox minnetdar olaram. İscinin is seratine gore nece gun mezuniyyet verilmeldir ve ya ele bir ferman ve ya madde varmi ki, iscinin emek seratine gore elave mezuniyyetleri ordan oyrenmek olar. Evvelceden minnetdaram.

Salam.

Əmək Məcəlləsinin 115-ci maddəsinə əsasən yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.

Sualınıza görə təşəkkür edirik.

2012-02-22

1491  Elşən (23-02-2012) Salam Hörmətli De Jure! Aşağıdakı sualımı cavablandırmağınızı Sizdən xahiş edirəm. Ölkəyə idxal edilən nəqliyyat vasitələrindən ədv vergisi tutulur (bildiyimə görə təxm. 15%). Bunu nəqliyyat vasitəsinin alındığı dəyərdən tuturlar. Xarici ölkədə nəqliyyat vasitəsi bağışlanma yolu ilə əldə edilirsə və mən onu ölkəyə idxal edərəmsə mənim ədv-dən azad olunmaq şansım varmı? Öncədən Sizə minnətdarlığımı bildirirəm!

Salam.

ƏDV tutulub tutulması ilə bağlı Azərbaycan Respublikası ərazisinə gətirilən mallara əlavə dəyər vergisinin tətbiq edilməsi qaydaları haqqında Təlimatla tanış olmağınız məqsədə uyğundur. Bağışlama baş verdiyi təqdirdə hədiyyənin kim tərəfindən bağışlanmanı müəyyən etmək lazımdır. Əgər yaxın qohumdursa onda ehtimal var ki, bəzi güzəştlər əldə oluna bilər. Amma çox guman ki, bu məsələni yalnız məhkəmə vasitəsilə həll edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-02-24

1492  Anar (23-02-2012) Salam. Xahish edirem mene \"ofisde daxili intizam qaydalari\" formasinda bir sened numunesi versiniz ki, bunun uzreinde ofisimizde intizam qaydalari tertib edek. Internetde bele bir sened numunesi tapmadim. Teshekkur edirem

Salam.

Müxtəlif növ sənəd nümunələri ödənişli şəkildə firmamız tərəfindən tərtib olunur.

Təşəkkür edirik.

1493  Ceyhun (23-02-2012) Hörmətli Dejure, Mümkünsə sənədlərə dair tərtib edilən “Təlimat” və “Qayda”lar arasındakı hüquqi fərqi izah edərdiz. Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Əslində bu sözlər tam olaraq hüquqi anlayışlar deyil. Lakın çalışarıq aydınlıq gətirək.

Belə ki, təlimat - adətən sənəddə əks olunan, hansı bir hərəkəti (əməli, işi, vəzifəni və s.) həyata keçirilməsi üçün müəyyən edilmiş bir qayda və ya üsuldur.

Qayda isə hansı bir şərtləri yerinə yetirilməsi üçün bir tələbdir.

Qayda daha geniş anlayışdır.

Sualınıza görə təşəkkür edirik.

2012-02-24

1494  Ceyhun (24-02-2012) Hörmətli De Jure, Təşkilat daxili təsdiq edilmiş “Qayda və Təlimat”ın tələblərinin pozulmasına görə tənbeh növlərini və yaxud məsuliyyəti müəyyənləşdirən əsaslar harda (hansı hüquqi sənədlərdə və s.) göstərilməlidir? Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Bunun üçün Əmək Məcəlləsinin 28 və 29-cu fəsilləri ilə tanış olmağınız məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

2012-02-24

1495  Elşən (25-02-2012) Salam Hörmətli DeJure! Aşağıdakı sualımı cavablandırmağınızı Sizdən xahiş edirəm. Nəqliyyat vasitəsini özgəninkiləşdirmədən nəqliyyat vasitəsinin qeydiyyat nişnalarını dəyişmək olarmı? Söhbət hərf və rəqəmlərin kombinasiyasını dəyiməkdən gedir. Məsələn: mənim mülkiyyətimdə olan (və yaxud baş etibarnamə ilə idarə etdiyim və sərəncam verdiyim) avtomobili heç kimin adına özgəninkiləşdirmədən onun qeydiyyat nişanını dəyişə bilərəmmi? Öncədən Sizə minnətdarlığımı bildirirəm.

Salam.

Dövlət qeydiyyat nişanı Yol hərəkəti haqqında Qanunun 29-cu maddəsində göstərilən hallarda dəyişdirilə bilər.

I. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərində və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur.

II. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.

II-I. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində və digər yerlərdə quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir.

III. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir.

IV. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinin həmin dövlət qeydiyyat nişanının yenisi ilə (rəqəmlərin və hərflərin kombinasiyası saxlanılmaqla) əvəz edilməsi barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin dövlət qeydiyyat nişanının yenisi ilə əvəz edilməsi bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

V. Dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda, dövlət qeydiyyat nişanı itmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanının alınması üçün bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət edir. İtmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda, həmin dövlət qeydiyyat nişanı ilk olaraq onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir.

VI. Bu maddənin III, IV və V hissələrində nəzərdə tutulmuş hallarda dövlət qeydiyyat nişanının əvvəlki (sonuncu) sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə verilməsinə görə, həmin şəxs “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunu ödəməlidir.

Sualınıza görə təşəkkür edirik.

2012-02-25

1496  Azad (25-02-2012) salam, men herbi xidmetde olmuwam, herbi xidmetde oldugum muddetde saglamligimdan naraziciligim olmuyub herbi muddeti bitirib herbi biletimi aldim ustunden bir muddet kecdikden sonra men is barede senedlerimi FHN gonderdim orda menim herbi biletime baxib dedilerki sen herbi xidmete yararsisz olduguna gore seni isle temin ede bilmerik. Herbi biletin 2-ci sehifesinde bele bir madde yazilib xais edirem o madde barede melumat veresiz. MN-2001 il 959 ay. Əmri 2-ci məhdudiyyətlə hərbi xidmətə yararli

Salam.

Təəssüflər olsun ki Müdafiə Nazirliyinin əmrləri ictimayyət üçün açıq deyil.

Lakın buna baxmayaraq əgər sağlamlığınıza şübhəniz yoxdursa məhkəməyə müraciət edib hərbi bilətdə bu yazıları çıxarda bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-02-25

1497  Adil (25-02-2012) Hörmətli De Jure, Mən həmkarlar təşkilatı üzvlüyündən (Профсоюз)könüllü cıxmaq istəyirəm, yəni ora tutulan üzvlük haqqinin dayandırılması şərtilə? bunun üçün nə etməliyəm? Səbəb mənə işlədiyim 18 ildən cox ərzində hec bir xeyri olmayıb! Birdə bilmək istərdim \"Xəstəlik vərəqəsini\" və \"ildə bir dəfə məzuniyyətə cıxma\" üzvlükdən çıxsam məzuniyyət pullarının hesablanmasına və xəstəlik vərəqəsinin pulunun hesablanmasına təsiri ola bilərmi? cavaba görə qabaqcadan təşəkkürümü bildirirəm!

Salam.

Bir çox təşkilatlarda həmkarlar ittifaqı nominal xarakter daşıyır və onun işi effektiv olmur. Bunun üçün işçilər rəhbərliyə müraciət etməli və məsələni aydınlaşdırmalıdır. Əgər həmkarlar ittifaqı öz vəzifələrini yerinə yetirmirsə onda Hİ ləğv edilməli və ya yenidən qurulmalıdır. Hİ-na haqların ödənilməsi xəstəlik vərəqəsinə, məzuniyyətlə bağlı kompensasiyaların hesablanmasına aidiyyəti yoxdur.

Sualınıza görə təşəkkür edirik.

2012-02-25

1498  Ismayil (01-03-2012) Salam. Mülki Məcəllənin 474.1-ci maddəsi zaminə lizinq verən və alan arasında bağlanılmış Daxili lizinq müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmağa hüquq verirmi? Təşəkkür edirəm

Salam.

Lizinq ilə bağlı MM-nin 38-ci fəslinə müraciət etməyiniz məqsədəuyğundur. Çünki 474-cü maddə zaminliyə aiddir. 

Sualınıza götə təşəkkür edirik.

2012-03-04

1499  İsmayil (02-03-2012) Salam. Böyrəyinin biri əməliyat nəticəsində götürülmüş şəxs əllilik dərəcəsi alırmı? Əgər dərcə verilirsə əmək qabiliyyətli olur, yoxsa əmək qabiliyyətsiz. yəni o əmək müqaviləsi əsasında işləyə bilərmi və bu hansı qaydalarla tənzimlənir. Təşəkkürlər

Salam.

Əlillik və əmək qabiliyyətinin olub-olmaması müvafiq tibbi komissiyası tərəfindən müəyyən edilir. Və həmin komissiyanın rəyi nəticəsində siz müvafiq müavinət ala bilərsiniz və məqsədəuyğun işlə də məşğul ola bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-03-04

1500  Sevinc (02-03-2012) salam, Men menzilimi 2002 -ci ildə almisham onu yaxın qohumlarimdan birine etibarname ile vermişəm o da o mənzili oz oqluna bağışlayır. Forma 1 almağa gedən zaman bildiriblərki 2006 cı- ildən ali məhkəmənin həmin mənzilə həpsi var. Mən əvvəlki ev sahibi ilə əlaqə saxladım amma onlarında bundan xəbərləri olmadıqını bildirdilər. Məndə mənzili hec bir yerde girov qoymamışam yeni hec bir esas yoxdu. Ali məhkəməyə müraciət etdik dedilər gəlin ərizə yazin sonra məlumat verək amma mənim məlumatim olmali idi axi. Xahiş edirəm mənə məsləhət verin mənim mənzilimə hansi halda həbs qoyula bilər.

Salam.

Buna müxtəlif səbəblər ola bilər. Ola bilsin həmin daşınmaz əmlakın sahibinin borcu var və ya başqa bir məsələ. Ən yaxşısı məhkəməuə mütaciət edib məhkəmə aktını əldə edəsiniz. Daha sonra aidiyyəti işlər görəsiniz.

\\Sualınıza görə təşəkkür edirik.

2012-03-04

1501  Nigar (06-03-2012) Salam dejure. Mən öyrənmək istəyirəm ki işçinin əmək stajına görə məzuniyyət hesablananda onun əmək kitabçasındakı bütün iş stajı nəzərdə tutulmalidir yoxsa axırıncı iş yerindəki əmək staji? Təşəkkür edirəm.

Salam.

Əmək Məcəlləsinin 116.1-ci maddəsinə əsasən əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin bir müəssisədə işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir.

Sualınıza görə təşəkkür edirik.

2012-03-08

1502  Kamran (07-03-2012) Salam! Müəssisədə çalışan əməkdaş işdən azad olunması üçün, müəssisə rəhbərinin \"xahişi\" ilə, ərizə yazmış və elə həmin gün mühasibatlıqda işdən azad olunmaqla əlaqədar onunla maliyyə hesablaşmaları aparmışlar. Belə olan halda, səhərisi gün əməkdaş öz əvvəlki işinə qayıtması məqsədilə, dünən yazdığı ərizədən imtina etmək istəyərsə, qanunla hansı hərəkətləri etməlidir? Təşəkkür edirəm.

Salam.

Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizəverə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun.Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilənmüraciətin hüquqi qüvvəsi yoxdur.

69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğvedilməsinə yol verilmir.

Sualınıza görə təşəkkür edirik.

2012-03-08

1503  Roma (07-03-2012) Salam men bilmek isteyirem izahati kim ala biler ve izahat ne vaxt alinir hansi hallarda. Onceden tesekkurumu bildirirem

Salam.

İzahat müxtəlif vəziyyətlərdən asılı olaraq və müxtəlif şəxslər tərəfindən alına bilər. Misal üçün iş yerindən izahat alınması üçün ƏM-nin 203-cü maddəsinə əsaslanmaq olar. Əgər hüquq pozuntusu baş veribsə müvafiq hüquq mühafizə orqanı tərəfindən alınır. İzahat hansı bir şəxsin hansı bir hal üzrə yazılı ifadələrin verilməsidir.

Sualınıza görə təşəkkür edirik.

2012-03-08

1504  Roma (08-03-2012) men ozel heyet evim var men orda maqaza aca bilerem mi hansisa dovlet qurumlarina muraciet etmeliyemmi Tesekkur edirem

Salam.

Bəli. Əgər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirsinizsə  vergi orqanlarında qeydiyyatdan keçmək lazımdır.

Sualınıza görə təşəkkür edirik.

2012-03-08

1505  Shahnaz (08-03-2012) men ve heyat yoldasim sehid ovladlariyiq.yasamaga yerimiz olmadigi ucun mecbur qalib ipoteka krediti ile ev goturduk.2 korpe usagimiz var cox cetindir krediti odemek sehid ovladlari kimi dovlet o evi bize bagislaya bilermi.huquqi meslehet vermeyinizi xahis edirem.olkede sehidin aile uzvlerine temennasiz evler tikilerken biz niye bu ezablari cekmeliyyik axi. demeli 2 sehid ovladi ortaliqda qalmalidi? onda atalarimiz ne ucun canlarini feda edibler? o memurlar ucun ki_rahat otaqlarinda otursunlar yanina da girib bir soz diyende aglin vardi goturmeyeydin kredit _deyir. duz deyirler de aglimiz olmayib sehid vermisik indidi sehid ovladi qalib caresiz muraciet etmediyimiz yer qalmayib mene meslehet verin bir isiq yolu varmi?

Salam.

Əlbəttə ki, biz təəssüflə qeyd etməliyik ki, yaşayış yeri əldə etməkdə bir çox vətəndaşlar çətinlik çəkirlər. Bununla bağlı yerli  icra hakimiyyəti orqanlarına müraciət etməyinniz məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

2012-03-11

1506  Ziya (11-03-2012) Salam. 2001-ci ildən Bakı şəh.Xətai rayonunda yaşayıram. Mənim fərdi yaşayış mənzilimin heçbir sənədi yoxdur.Məcburi köçkün oldugumdan yaşayı yerimdən arayış ala bilmirəm. Mənzilimi elektrik sayğaci ilə təmin etmək üçün məndən yaşayış yerindən arayış istəyirlər.Xahiş edirəm bu mövzu ilə əlaqədar mənə yardım edəsiniz.

Salam.

Bu məsələ ilə əlaqədar AZƏRBAYCAN RESPUBLİKASININQAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİinə müraciət etməyiniz məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

2012-03-11

1507  Rehman (13-03-2012) Salam! İlk öncə Sizi Bahar bayramları münasibətilə təbrik edir və işlərinizdə müvəffəqiyyətlər arzu edirəm. Hörmətli hüquqşünaslara sualım isə belə olacaq. 2005-ci ildə bələdiyyə tərəfindən mənə 5 sot yaşıllaşdırma məqsədilə torpaq sahəsi müddətsiz satılmış və bu günə qədər istifadəmdədir. İndi həmin sahədən kommersiya məqsədilə istifadə etmək üçün həmin torpaq sahəsini almaq istəyirəm. Bələdiyyədən mənə bildirilir ki, həmin torpaq sahəsi hərraca çıxarılmadan satıla bilməz. Qanuni əsaslarla istifadəmə satılmış torpaq sahəsini özəlləşdirməyim üçün mən hansı qanunvericilik aktını rəhbər tutmalıyam? Qeyd edim ki, Bələdiyyə guya çıxış yolu kimi Məhkəməyə müraciət etməyimi tövsiyə edir. Çox sağ olun.

Salam.

Bəli. Bu halda məhkəməyə müraciət etməyiniz daha məqsədəuyğundur.

Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında QanunTorpaq Məcəlləsinə diqqət yetirməyiniz məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

 2012-03-14

1508  Natiq (15-03-2012) Salamlar. Zerercekmis sexsin iki adamdan sikayeti var. Ibtidai istintaqi aparan mustentiq onlarin birini sahid qisminde protokala qeyd edeceyini deyir ve mehkeme istintaqi zamani hakimin bunu deyismeyeceyini deyir.Bele bir sey qanunvericilikle ve mehkeme praktikasinda mumkunmudur? Tesekkurler.

Salam.

Hansı bir şəxsin şübhəli və ya təqsirləndirən şəxs qismində cəlb olunması üçün sübutlar olmalıdır. Təkcə şikayətiniz kifayət deyil. Əgər əsaslar varsa bununla bağlı səlahiyyətli şəxs müvafiq qərar qəbul edir.

Sualınıza görə təşəkkür edirik.

2012-03-16

1509  Adil (18-03-2012) Salam de yure! Biz Sumqayıt Elektrik Şəbəkəsi növbətci heyyət həmişə qanun pozuntularına məhruz qalırıq! belə ki, daxili sərəncamla hər dəfə gələn ay ücün iş qrafiki tutulur təsdiqlənir 180, 192 iş saatı, amma onun pulu hesablanarkən 168 verilir! Məsələn mart ayı üçün tutulan iş normativi 126 saat təşkil etdiyi halda, bizə iş qrafiki 168-180 saat tutulub!amma əmək haqqı hesablanarkən onu verməkdən imtina edirlər, sonuncu mart ayının əlavə saatlarının pulunu tələb etdikdə 6 aydan sonra verəcəklərini bildirdilər! əmək məcəlləsində belə bir qanun varmı! Əlavə iş normativindən kənara çıxan iş saatlarının pulunu 6 aydan sonra hesablanıb verilməsi? Yoxsa vergidən yayınmaqdır? Biz kollektiv şəkildə hara şikayət edə bilərik? Əgər qanun pozuntusu varsa!qabaqcadan təşəkkürümüzü bildiririk!

Salam.

Bu kobud qanunvericilik pozuntusudur.

Əmək müfəttişliyinə müraciət etməyiniz məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

2012-03-18

1510  Gulya (19-03-2012) Salam. mene Belediyyelerin statusu haqqinda qanunun axirinci nesri lazimdi yeni en son elave ve deyisiklerle zehmet olmasa komek ederdiz

Salam.

Bələdiyyələrin statusu haqqında Qanun

Təşəkkürlər.

2012-03-20

1511  Gulya (27-03-2012) Salam. Milli Məclis haqqında konstitusiya qanunu var? varsa zehmet olmasa onu yerlesdire bilersiniz ? ve ya Milli Məcli haqqında sadecə qanunun varsa onu yerlesdirin zehmet olmasa

Salam.

Bəli var. Azərbaycan Respublikasının Milli Məclisi haqqında Konstitusiya Qanunu.

Sualınıza görə təşəkkür edirik.

2012-03-28

1512  Gulya (28-03-2012) salam zehmet olmasa ecnebilerin ve vetendasligi olmayan sexslerin statusu haqqında qanunu yerlesdirerdiz.

Salam.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında Qanun.

Bu qanun artıq var idi portalda.

2012-03-30

1513  Gulya (29-03-2012) salam, İnsan huquqlari ve esas azadliglari haqqinda Avropa konvesiyasinda 55-ci maddede petisiya anlayisi isledilir bu ne demekdir? ve petisiya yolu ile baxisa vermek kimi bir anlayis isledilir onun menasi neder?

Salam.

Petisiya - müvafiq səlahiyyətli orqanlarına təqdim olunan (verilən) individual və ya kollektiv yazılı ərizədir. Və Konvensiyada göstərilən petisiya sözü öz mənasını dəyişmir. 

55-ci maddəsində petisiya sözünü ərizə ilə dəyişdirsəniz mətnin məna dəyişilməyəcək.

Razılığa gələn Yüksək Tərəflər, bu barədə xüsusi saziş imzalanması halları istisna olmaqla, bu Konvensiyanın müddəalarının şərhi və ya tətbiqi ilə bağlı mübahisələri ərizə ilə baxılmağa verərkən, onlar arasında qüvvədə olan müqavilələrə, konvensiyalara və ya bəyannamələrə müraciət etməyəcəklərinə və mübahisələrin tənzimlənməsinin bu Konvensiyada nəzərdə tutulan vasitələrindən başqa, digər vasitələrdən istifadə etməməyə razılıq verirlər.

Sualınıza görə təşəkkür edirik.

2012-03-30

1514  Gulya (29-03-2012) salam, autendik ne demekdir? İnsan huquq haqqinda konvesiyanin 59 cu maddesinde isledilen menada ne ifade edir?

Salam.

Həmin Konvensiyanın 59-cu maddəsində belə bir söz tapmadıq. Mümkündürsə həmin Konvensiyanın bir nüsxəsini bizə göndərin.

Autentik dedikdə \"eyni\", \"əslinə uyğun\" başa düşülür.

Ümumi istifadədə olunan Konvensiyanın 59-cu maddənin mətni:

1. Bu Konvensiya Avropa Şurasının üzvü olan dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır. O, ratifikasiya olunmalıdır. Təsdiqnamələr saxlanılmaq üçün Avropa Şurasının Baş katibinə verilir.

2. Bu Konvensiya on təsdiqnamə saxlanılmağa verildikdən sonra qüvvəyə minir.

3. Konvensiya onu sonradan ratifikasiya edən dövlətlər üçün onların öz təsdiqnamələrini saxlanılmağa verdikləri tarixdən qüvvəyə minir.

4. Avropa Şurasının Baş katibi Konvensiyasının qüvvəyə minməsi, onu ratifikasiya etmiş Razılığa gələn Yüksək Tərəflərin adları və sonralar alına biləcək təsdiqnamələrin saxlanılmağa verilməsi haqqında Avropa Şurasının üzvü olan bütün dövlətləri xəbərdar edir.

1950-ci il noyabrın 4-də Romada hər iki mətni eyni qüvvəyə malik olmaqla, ingilis və fransız dillərində, bir nüsxədə imzalanmışdır və Avropa Şurasının arxivində saxlanılır. Avropa Şurasının Baş katibi təsdiq olunmuş surətləri Konvensiyanı imzalamış bütün dövlətlərə göndərəcəkdir.

Sualınıza görə təşəkkür edirik.

2012-03-30

1515  Səxavət (30-03-2012) Mənim yaxın qohumum bir nəfərə üç bıçaq xəsarəti yetirib. Xoşbəxtlikdən adam ölməyib. Qohumum həbs olunub və ona əvvəlcə 126.1-lə cinayət işi açılıb. Sonra isə maddəsi 29. 120.1-lə əvəzlənib. İşi aparan müstəntiq bunu belə izah edir ki, əvvəlcə iki bıçaq zərbəsi aşkar ediblər. Zərərçəkmiş qohumumun işi ağırlaşmasın deyə üçüncü zərbəni gizlədibmiş. Sonra isə anasının təkidi ilə üçüncü bıçaq zərbəsi barədə də məlumat verib. Nəticədə maddə dəyişdirilib. Bu maddə ilə təqsirləndirilən şəxsi bildiyiniz kimi 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə gözləyir.Sizə sualım bundan ibarətdir. CM-nin 63.3-cü maddəsində yazılır: Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bax bu nə deməkdir? Bunu mənə xahiş edirəm ətraflı izah edəsiniz. Bu maddədən çıxış edərək qohumumun nə qədər iş alacağını demək mümkündürmü?

Salam.

Əgər müstəntiqin tövsif etmə haqqında qərarı ilə bağlı razı deyilsinizsə bununla bağlı məhkəməyə vəkil vasitəsilə müraciət edə bilərsiniz. Çünki təqsirindən asılı olaraq məsuliyyəti də müəyyən ediləcək. 

Sualınıza görə təşəkkür edirik.

2012-04-01

1516  Rəhman (31-03-2012) Salam! Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vergi müfəttişlərinin əmək müqaviləsi bağlanmamasına görə akt tərtib edərək, sahibkara cərimə sanksiyası tətbiq etmələri qanunidirmi? Əlavə olaraq bildirirəm ki, tərəflər arasında heç bir mübahisə yoxdur. Təşəkkürlər.

Salam.

Tamamilə doğrudur. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Lakın eyni zamanda ƏM-nin 3-cü maddəsinə əsasən işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. 

Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini,tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

ƏM-nin 7.2-ci maddəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır.

İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə -

vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda çərimə edilir.

Sualınıza görə təşəkkür edirik.

2012-04-01

1517  Rovshan (01-04-2012) Salam. Elillik derecesi olan sexs hansi hallarda isden azad oluna biler?

Salam.

Əgər öz əmək funksiyalarını yerinə yetirə bilmirsə (tibbi ekspertizaya əsasən). Digər hallarda əgər işçi əlildirsə və bu əsasla onu işdən çıxarırlarsa ona işəgötürən məsuliyyətə cəlb olunur.

Sualınıza görə təşəkkür edirik.

2012-04-02

1518  Rəhman (02-04-2012) Salam! 1516-cı sualı cavablandırdığınınz üçün təşəkkür edirəm. Lakin bir məsələ mənim üçün qaranlıq qaldı. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs, İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsində göstərilən \"vəzifəli şəxslər\" və yaxud \"hüquqi şəxslər\" kateqoriyasına aiddirmi? İşlərinizdə uğurlar arzu edirəm.

Salam.

İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsinin Qeyd hissəsinə nəzər yetirin.

Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış başqa qoşun birləşmələrində, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.

Sualınıza görə təşəkkür edirik.

2012-04-02

1519  Vuqar (03-04-2012) Salam.Mən 2011-ci ilin aprel ayında ailə qurmuşam.Xətai rayonunda qeydiyyatdayam.Yoldaşım isə Abçeron rayonunda qeydiyyatdadır.2012-ci ilin mart ayının 12-də övladımız dünyaya gəlib.Bugünkü gün mən onu MKİS-də uçota aldırmaq istəyirəm.Yoldaşım Abşeronda qeydiyyatda olduğu üçün deyirlər uşaq onun üzərinə qeydiyyata düşməlidir.Lakin uşağın babası uşağı öz üzərinə qeydiyyata alınmasına razılıq vermir.Bunun üçün mən İcra Nümayəndəlindən razılıq verilməməsi barədə arayış alsam uşağı öz üzərimə qeydiyyata saldıra bilərəm?Əvvəlcədən öz təşəkkürümü bildirirəm.

Salam.

Bəli bu mümkündür həyat yoldaşınızın razılığı ilə.

Sualınıza görə təşəkkür edirik.

2012-04-04

1520  Elşən (04-04-2012) Salam hörmətli DeJure! Aşağıdakı sualımı cavablandırmağınızı Sizdən xahiş edirəm. Bildiyimə görə heç də bütün mallar alındıqdan sonra geri qaytarıla bilməz. Geri qaytarılmayan malların siyahısı hansı qanun vericilik aktında öz əksini tapıb? Öncədən Sizə öz minnətdarlığımı bildirirəm.

Salam.

Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların

SİYAHISI

1. Qızıl və qızıl məlumatları.

2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar.

3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).

4. Parfümer-kosmetika malları.

5. Kişi, qadın və uşaq çimərlik paltarları.

6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.

7. Məişət-kimyası malları.

8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.).

9. Uşaq oyuncaqları.

10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.

11. Ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar.

12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 may tarixli 114 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

Sualınıza görə təşəkkür edirik.

2012-04-04

1521  Salam. Sualımı daha aydın vermək üçün 2-ci dəfə müraciət edirəm. Mən 2011-ci ilin aprel ayında ailə qurmuşam. Xətai rayonunda qeydiyyatdayam. Yoldaşım isə Abşeron rayonunda qeydiyyatdadır. 2012-ci ilin mart ayının 12-də övladımız dünyaya gəlib. Bugünkü gün mən onu MKİS-də uçota aldırmaq istəyirəm. Yoldaşım Abşeronda qeydiyyatda olduğu üçün deyirlər uşaq onun üzərinə qeydiyyata düşməlidir. Yoldaşım yazılı razılıq ərizəsi verərsə uşağı öz üzərimə qeydiyyata saldıra bilərəm və həmin razılıq ərizəsini hara təqdim etməliyəm?

Salam.

Ok. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 2-ci maddəsinə əsasən şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.

On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

Yaxşı olar ki, ər-arvad bir yerdə qeydiyyatda olsunlar. Harda qeydiyyata alınacaqsınızsa ora da təqdim etmək lazımdır.

Sualınıza görə təşəkkür edirik.

2012-04-05

1522  Gulya (05-04-2012) Salam, AR-nın vətəndaşlığı haqqında qanunun 14-cü maddəsində adı cekilen muvafiq icra hakimiyyeti orqani, hansi orqandir?

Salam.

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 24 iyun 2008-ci il tarixli 658-IIIQD №-li Qanuna əsas olaraq və Miqrasiya idarəetmə sisteminin inkişafı və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Fərmanın 5.5-ci bəndinə uyğun olaraq “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.

Sualınıza görə təşəkkür edirik.

2012-04-06

1523  Gulya (2012-04-06) salam, Əcnəbilərin və vətəndaşlığı lmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanunun 5-ci maddəsinde 27-ci maddəsində bir nece yerde müvafiq icra hakimiyyəti orqaninin adi cekilir.Hemin orqanlar hansilardi? birde 26-ci maddede müvafiq dovlet orqani hansidir?

Salam.

Miqrasiya idarəetmə sisteminin inkişafı və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Fərmanın 5.2-ci bəndinə əsasən:

5.2. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikası Qanununun:

5.2.1. 5-ci maddəsinin ikinci və beşinci hissələrində, 27-ci maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;

5.2.2. 5-ci maddəsinin üçüncü hissəsinin dördüncü və beşinci abzaslarında, dördüncü hissəsinin beşinci abzasında və altıncı hissəsində, 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

5.2.3. 27-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər.

Sualınıza görə təşəkkür edirik.

2012-04-06

1524  Ramil (06-04-2012) Salam De Jure.Bəzi komunal idarələr vətəndaşlara onların (7-10 il əvvəl)köhnə borclarının olduğunu iddia edərək, bildirişdə borcun məbləğini cox gostərirlər və ödəniş eləməyi tələb edirlər.1)Belə olan halda borc mübahisələndikdə vətəndaş MM-in 373.3-cü maddəsini əsas tutaraq məhkəməyə müraciət edə bilərmi və məhkəmədən ancaq son üç ilin borclarının saxlanılmasını tələb edə bilərmi?2)Bunun üçün məhkəməyə müraciət edərkən dövlət rüsumu nə qədərdir?3)Məhkəmə işə müraciətdən neçə gün sonra baxmalıdır?4)MM-in 373.3-cü maddəsini əsas tutaraq kommunal idarədən ancaq son 3 ilin borclarını tələb edə bilərsiz iddiasıni irəli sürmək olarmı?

Salam.

Bəli məhkəməyə müraciət edə bilərsiniz. İddia ərizələri 3 ay ərzində baxılır (MPM). Dövlət rüsumu 3 manatdan 20 manatədək. Tələbin həcmindən asılı olaraq (Dövlət rüsumu haqqında Qanun).

Sualınıza görə təşəkkür edirik.

2012-04-06

1525  İlqar (08-04-2012) Salam De Jure! Sualım soyadın dəyişdirilməsi ilə bağlıdır, mən evliyəm və nigahdan sonra yoldaşım mənim soyadıma keçib, məlumat üçün bildirirəm ki, qeydiyyatımız ayrı-ayrı rayonlaradır, lakin indi yoldaşım geri nigahdan əvvəlki yəni öz soyadına keçmək istəyir, bununla bağlı müvafiq idarəyə müraciət etdim lakin bir cavab aldım-\"yoldaşınızın qeydiyyatda olduğu rayonun müvafiq idarəsinə müraciət edin!\". İndi mən müraciət etməzdən əvvəl istəyirəm sizdən bu barədə məsləhət alım bunu hüquqi cəhətdən həll etmək mümkündürmü və necə? xahiş edirəm məsləhət verəsiniz, əvvəlcədən öz təşəkkürümü bildirirəm.

Salam.

Bəli, şəxs məsələ ilə bağlı qeydiyyatda olduğu yer üzrə VVAQ-a müraciət etməlidir, imtina cavabı aldığı təqdirdə məsələ məhkəmə qaydasında həll edilir.

Sualınıza görə təşəkkür edirik.

2012-04-09

1526  Kamran (09-04-2012) Salam! Xüsusi ittiham qaydasında iddia hansı hallarda və hansı məhkəmələrdə qaldırıla bilər? Hakimlərə və deputatlara qarşı xüsusi ittiham qaydasında iddia ərizəsi verilə bilərmi? Təşəkkür edirəm.

Salam.

CİNAYƏT-PROSESSUAL MƏCƏLLƏSİNİN 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir.

Bunun üçün öncə prokurorluğa müraciət edirsiniz, daha sonra məhkəmədə baxılacaq.

Konstitusiyanın 90.1-ci  maddəsinə əsasən səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

Məhkəmələr və hakimlər haqqında Qanunun 101-ci maddəsiniə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin I hissəsinə uyğun olaraq hakimlər toxunulmazdır. Cinayət başında yaxalanması halları istisna olunmaqla, hakim tutula və ya həbs edilə, şəxsi axtarış və müayinəyə məruz qala, Məhkəmə-Hüquq Şurasının razılığı olmadan barəsində cinayət təqibi həyata keçirilə bilməz.

Hər bir halda əgər əsasınız varsa bununla bağlı prokurorluğa müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-04-10

1527  Rena (10-04-2012) Salam.Menim shexsi mulkiyyetim olan 3 otaqli menzilimde anamla xalam menimle beraber burda qeydiyyatdadir.Anam menimle yashayir.Ancaq anamla birlikde yashamaq artiq qeyri mumkundur.Meni evden qovur. Menzilin satilmaginada razi deyil .Meni bir nece defe zeherlemeye cehd edibler. Mehkemeye muraciet etmek ucun erizeni nece tertib etmek olar. Evvelceden teshekkur edirem.

Salam.

Məhkəməyə müraciət edib daşınmaz əmlakın bölgüsünü və ya bölgüsü mümkün olmadıqda onun hərraca çıxardıb satılmasını tələb edə bilərsiniz.

Məhkəməyə müraciətlərin tərtibi ödənişli xidmətlərə aiddir.

Sualınıza görə təşəkkür edirik.

2012-04-10

1528  Zefer (10-04-2012) Salam! Dövlət reyestrində mənzilin sahəsi 15 kv.m. göstərilib. Məlumat üçün bildirim ki,həyət evidir və faktiki olaraq həmin sahədən çoxdur. 2003-cü ildən isə ikinci mərtəbə tikilib. Qeydiyyatda olmayan hissələri texniki pasporta necə daxil etmək mümkündür? Qanunvericilik prosedurunu başa salmağınızı xahiş edirəm. Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Əlavə tikinti aparılması üçün icra hakimiyyətindən icazə alamaq lazımdır (Mənzil Məcəlləsi), həmin tikintinin layihəsi. Ondan sonra həmin sahə daşınmaz əmlak reyestr xidmətində qeydiyyata alınmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2012-04-11

1529  Nermin (10-04-2012) Salam. Menim shexsi mulkiyyetim olan 3 otaqli menzilimde anamla xalam menimle burada qeydiyyatdadir.Onlara menim shexsi menzilimden pay dushurmu? Evvelceden teshekkur edirem.

Salam.

Əgər mülkiyyət hüququnuz müvafiq olaraq tanınıbsa və qeydiyyata alınıbsa onda onların bu mülkiyyətə hüquqları yoxdur. Yalnız vərəsə kimi.

Sualınıza görə təşəkkür edirik.

2012-04-11

1530  Zaur (11-04-2012) Salam. Menim sualim bir qohumum baresindedir! Hemin insan menzilindeki qaz saygacina mudaxile edib, 400-500 azn mebleginde \"qaz\"dan qanunsuz istifade edib. Sonradan bunun ustu acilib. Xaish edirem bu meselenin Huquqi tereflerin i izah edesiz! Yeni bu cinayet ishidirmi? eger eledirse, hansi orqan terefinden istintaqi aparilacaq? sanksiyasi nece ola biler? ve s. onceden teshekkurler!

Salam.

Cinayət Məcəlləsinin 189-1-ci maddəsinə  (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması) əsasən

189-1.1. Təbii qaz, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu enerji resurslarının talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə -

min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə  cəzalandırılır.

189-1.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə -

üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

189-1.3. Təbii qaz, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin səlahiyyətli nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən bu Məcəllənin 189-1.1-189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısının alınmaması –

üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

189-1.4. Təbii qaz, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin səlahiyyətli nümayəndəsinin xidməti mövqedən sui-istifadə etməklə tamah və ya sair şəxsi marağı üzündən bu Məcəllənin 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısını almaması -

dörd min manatdan beş min manatadək miqdarda cərimə və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

Bu Məcəllənin 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.

Sualınıza görə təşəkkür edirik.

2012-04-11

1532  Zaur (11-04-2012) sualimi cavablandirdiginiz ucun bir daha tewekkurler. Birde sizden xahishim, Testler bolmesinde CPM ve CM - le bagli testlerin sayini coxaltsaniz dahada yaxshi olardi

Salam.

Ok. Çalışarıq.

2012-04-13

1533  Emin (13-04-2012) salam. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilərkən verilməli olan kompensasiyanin miqdari hansi qaydada hesablanir? Əgər mümkündürsə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi nümunəsini saytinizin ərizələr bolməsinə yerləsdirə bilərsinizmi və ya eminrock@mail.com unvanina gondere bilersinizmi. əvəlləcədən təsəkkurumu bildirirəm.

Salam.

Bu cür xidmətlər ödənişli qaydada həyata keçirilir.

Kompensasiya məbləği daşınmaz əmlakın bazar qiymətindən asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Mübahisə yarandıqda məhkəmə ekspertizası da keçirilə bilər.

Sualınıza görə təşəkkür edirik.

2012-04-14

1534  Gulya (16-04-2012) Salam, mübahisənin arbitraj yolu ilə həll edilməsi deyiləndə nə nəzərdə tutulur?

Salam.

Arbitraj məhkəmələri bir çox ölkələrdə hüquqi şəxslərin arasında olan mübahislərin həlli ilə məşğuldur (bizim ölkədə inzibati-iqtisadi məhkəmələr).

Sualınıza görə təşəkkür edirik.

2012-04-16

1535  Gulya (16-04-2012) Salam, ex-offico nə deməkdir? Ex-offico üzv nə mənaya gəlir?

Salam.

ex officio (lat. \"vəzifə üzrə\", \"səlahiyyət üzrə\"). Adətən bu ifadə hansı bir dövlət orqanın məsələlərin həllində səlahiyyətinə və ya vəzifəsinə aid olunmasını göstərir. Misal üçün məhkəmə, gömrük, miqrasiya və ya başqa bir dövlət orqanının birbaşa onlara aid olan səlahiyyətləri var və onlar vəzifələrini öz səlahiyyətləri çərçivəsində həyata keçirirlər. Ex officio olaraq işə baxmaq, həbs qoymaq, icazə vermək ya verməmək və s.

Ex officio üzv dedikdə hansı bir vəzifəli şəxsin müəyyən səlahiyyətlərin olmasını göstərir amma həmin şəxs bu səlahiyyətlərdən həm istifadə edə bilər, həm etməyə də bilər. Bu artıq müəyyən şərtlərdən asılıdır. Misal üçün bir şəxs bir-neçə komitənin üzvü ola bilər amma öz səsindən ex officio olaraq yalnız ümumi yığıncaqda istifadə edə bilər. Yaxud bir şəxs Təhlükəsizlik Şuranın üzvedür həm də nazirdir (XİN və ya MTN)və onun ex officio olaraq həm dövlət təhlükəsizliyinə aid qərarların qəbulunda iştirak etmək həm öz sahəsi qərarları qəbul etmək hüquqları var.

Sualınıza görə təşəkkür edirik.

2012-04-16

1536  Ağayev (16-04-2012) Salam.Azərbaycan Respublikasının Konstitusiyasının 96 maddəsinin VI bəndinə əsasən Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir. Xahiş edirəm bildirərdiz bu qayda hansı qanunla müəyyən edilir ? Əvvəlcədən çox sağolun.

Salam.

Normativ hüquqi aktlar haqqında Qanunun 73-cü maddəsi ilə tanış olmağı məqsədəuyğun hesab edirik.

Sualınıza görə təşəkkür edirik.

2012-04-16 1537  Terane (16-04-2012) xahiş edirəm cavablandırasınız yeni işə düzələn işçilərə, soyadını dəyişən işçilərə plastik ödəmə kartlarını mühasibatlıq açmalıdır, yoxsa kadrlar və sosial müdafiə kartlarının qeydiyyatını da həmçinin mühasibatlıq yoxsa kadrlar aparmalıdır. Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Müəssisədaxili səlahiyyətlərin bölgüsü rəhbərliyin əmrləri ilə müəyyəb edilir və vəzifə təlimatlarında əks olunur. 

Sualınıza görə təşəkkür edirik.

2012-04-17

1538  Gulya (17-04-2012) salam, ekspropriasiya tedbirleri ve ya ekspropriasiya ne demekdir?

Salam.

Ekspropriasiya (lat. expropriatio — mülkiyyətdən məhrum etmə) — dövlət orqanları tərəfindən əvəzsiz və ya əvəzli şəkildə məcburi həyata keçirilən  mülkiyyətinin özgəninkiləşdirilməsi (zəbt edilməsi). 

Sualınıza görə təşəkkür edirik.

17-04-2012

1539  Gulya (17-04-2012) salam, xarici investisyalarin qorunmasi haqqinda qanunda qeyd olunur ki, xarici investisiyalar, yalniz mustesna hallarda millilesmeye ve rekvizisiyaya meruz qala biler? zehmet olmasa rekvizisiya ve millilesme dedikde ne nezerde tutuldugunu izah edesiz?

Salam.

Mülki Məcəllənin 209.1-ci maddəsinə əsasən təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə mülkiyyətçidən əmlak qanunla müəyyənləşdirilmiş qaydada və şərtlərlə, dəyəri mülkiyyətçiyə ödənilməklə cəmiyyətin mənafeləri üçün alına bilər (rekvizisiya).

Milliləşdirmə - fiziki və ya hüquqi şəxslərə məxsus torpaqların, istehsalat müəssisələrin, bankların, nəqliyyat vasitələrin və ya digər əmlakın dövlət mülkiyyətinə verilməsi. Milliləşdirmə həm əvəzsiz ekspropriasiya yolu ilə, həm tam və ya qismən ödənilməsi yolu ilə həyata keçirilir.

Sualınıza görə təşəkkür edirik.

2012-04-17

.

1540  Natiq (17-04-2012) Salamlar faize pul vermek lisenziyasi lmadan cinayet sayilirmi? Tesekkurler.

Salam.

İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə razılıq olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə

- fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan yüz altmış manatadək miqdarda cərimə edilir. 

Qeyd: Bu Məcəllənin 199-cu, 199–3-cü, 200-204, 204-2-cü, 205-ci və 221.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli miqdarda (min manatdan artıq) ziyan vurduqda və ya həmin miqdarda gəlir əldə etməklə törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Sualınıza görə təşəkkür edirik.

2012-04-18

1541  Melahet (18-04-2012) Salam! Sizi belə bir sualla narahat edirəm. Biz yaşadığımız ev 5 ildir məhkəmələrdə mübahisədəyik. Həyətdə 2 ev var.70 yaşlı xəstə qaynatamı və qaynanamı baldızım evə görə boşatdırıb. Qaynatam mənim oğluma vəsiyyətmanə verib,qaynanam isə həmin qızına. Mənim oğluma əl daxalı vəsiyyətnaməyə görə bölünüb.Mənim isə o biri yararlı olan evə yaşayış hüququm var. Biri yaşayışa yararlı o birisi isə köhnə əl daxalıdır. Qarşı tərəf 2 dəfə ekspert gətirib lazımı qədər rüşvətlə 65% aşınma olan yararsız evi yararlı hesab etdirib.Hər ekspetr gələndə 14000 (on dörd min)manat cəmi evin qiymətini azaldıb. Bilmək istəyirəm ki, biz iddia qaldırıb eksbert tələb etsək dövlət rusumu nə qədərdir? Birdə mənim yaşayış hüququm var, iddia qaldırıb kompenzasiya tələb edə bilərəmmi? Ya oğlum mülkün ona düşən hissəsinin pulunun tam ödənilməsini, ödənilməsə açıq hərraca çıxarılmasını tələb edə bilərmi? Çünki bir yerdə yaşamaq qeyri mümkündür.Hakimlərin pul gözünü elə öttüb ki, heç nəyi nəzərə almayıb.Təşəkkürlər

Salam.

Mübahisə varsa məhkəmə qaydasında həll olmalıdır.

Geniş məsləhət üçün Firmamıza müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-04-18

1542  Melahet (18-04-2012) Salam! Belə bir sualın cavablandırılmasını hüquqşünasımızdan xahiş edirəm. I qrup bir uşağı olan anaya ona baxmağına görə pensiya düşürmü? Pensiya fondunda həmin anaya 55 yaşında çıxacaqsan deyiblər.Ananın 52 yaşı var. Qanunu düşürmü və neçə yaşında? Təşəkkürlər.

Salam.

Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Fərmanda nəyə görə və hansı məbləğdə miavinətlərin verilməsi haqqında məlumat verilib.

Sualınıza görə təşəkkür edirik.

2012-04-18

1545  Kamran (21-04-2012) Salam! Dövlət sərhəddindən ölkəyə minik avtomobili keçirərkən gömrük rüsumunun miqdarı hansı qanunla tənzimlənir. Qanunla sərhəddə gömrük rüsumundan başqa digər ödəmələr, misal üçün xidmət haqqı, sənədlərin kserokopiyası və s. ödənilməlidirmi? Yeri gəlmişkən sərhəddə hər hansı sənədin bir surətinin çıxarılması üçün 20 (iyirmi) AZN tələb edilir. Təşəkkür edirəm.

Salam.

Aşağıdakı normativ aktlarla tanış olmalısınız.

  • Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə Nazirlər Kabinetinin qərarı
  • «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin qərarı
  • Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarı
  • Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi Qaydaları haqqında Nazirlər Kabinetinin qərarı
  • Gömrük rüsumu haqqında Qanun
  • Vergi Məcəlləsi (ƏDV-nın hesablanması qaydası)

Qanunvericilikdə nəzərdə tutulmayan ödənişlər ödənilməməlidir. Hər ödənişə görə qəbz almalısınız.

Sualınıza görə təşəkkür edirik.

2012-04-24

1544  Aynur (18-04-2012) Salam, ortlıqda belə bir vəziyyət var xahiş edirəm həll yolunu göstərinRusiya vətəndaşı (qadın) üç azyaşlı övladı ilə bir ildən artıq müddətdir bizim Respublkanın ərazisində sənədsiz qalıb. Rusiya Konsulluquna vasitəsi ilə özünün və uşaqlarının sənədləri bərpa olundu. İndi bu vətəndaş öz övladları ilə vətəninə qayıtmaq istəyir. Onu sərhəddə nə kimi prosedular gözləyir. Ərazimizdə qanusuz yaşadığına görə nə kimi sanksiyalar tətbiq oluna bilər?

Salam.

İnzibati Xətalar Məcəlləsinin 339-340 maddələrinə diqqət yetirin xahiş edirik.

Sualınıza görə təşəkkür edirik.

2012-04-18

1546  Gulya (21-04-2012) salam. fovqelade veziyyet haqqinda qanunun 1-ci ve 2-ci maddesinde \"muvafiq icra hakimiyyeti orqanlari\" deyidikde hansi orqanlar nezerde tutulur?

Salam.

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə Fərmanın 1.1-ci bəndinə əsasən \"Fövqəladə vəziyyət haqqında\" Azərbaycan Respublikası Qanununun 1-ci, 2-ci, 8.0.1-ci maddələrində, 10-cu maddəsinin adında və mətnində, 13.3-cü və 21.1-ci maddələrində nəzərdə tutulmuş \"müvafiq icra hakimiyyəti orqanları\"nın səlahiyyətlərini mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

Sualınıza görə təşəkkür edirik.

2012-04-24

1547  Saida (22-04-2012) Salam. Muessisedaxili hemkarlar teshkilatinin fealiyyetine ne daxildir ve muxtelif istirahet ve saglamliqla bagli gonderishleri vermelidirmi, hansi shertlerle? Teshekkur edirem.

Salam.

Bu məsələlər artıq Həmkarlar İttifaqının səlahiyyətindədir. Həmkarlar ittifaqları haqqında Qanun ilə tanış olmağınız məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

2012-04-24

1548  Rehman (24-04-2012) Salam! Təəccüblü olsa da, belə bir vəziyyət yaşanır. Bir qadın başqa şəxslə rəsmi nikahda olmasına baxmayaraq, görüşdüyü digər bir kişidən (həmin kişinin də başqa bir qadınla rəsmi nikahı var) əlavə iki uşaq dünyaya gətirmişdir. Məhkəmə hər iki tərəfin rəsmi nikahlarının olmasına baxmayaraq, mülki nikahda olan kişiyə öz razılığı ilə aliment kəsmişdir. Hazırda hər iki tərəf öz rəsmi nikahda olduqları şəxslərlə yaşamağa davam edirlər. Bu kimi qətnamələri qanuni və əsaslı hesab etmək olarmı?

Salam.

Məhkəmə işə mahiyyəti üzrə baxarkən mövcud qanunvericliyi və faktiki halları nəzərə alır.

İnsanlar arasında olan münasibətlər daim dəyişilir və çox vaxt mənəviyyat baxımından təəccüblü və qeyri-adi olur. Amma bu o demək deyil ki, qanun bu münasibətləri tənzimləməməlidir. 

Sualınıza görə təşəkkür edirik.

2012-04-24

1549  Emin (24-04-2012) Qeyd edim ki,2012-ci ilin aprel ayinda NİZAMİ rayon enerji satisi şöbəsinin əməkdaşı (blokda) mənzildən kənarda quraşdırılmış elektrik sayğacında guya dövlət möhürünün qırılaraq kənar müdaxilə olmasından şübhələndiyi üçün mənim iştirakım olmadan sayğacı çıxardaraq yeni sayğac qoymuşdur. Şübhələndiyi sayğacı laborotoriyaya aparılması haqqındada protokol tərtib etmişdir. Eyni zamanda mənə zəng vuraraq şifahi olaraq bildirilmişdir ki, labarotoriyanın cavabından asılı olaraq mənə guya sayğaca müdaxilə etdiyim üçün cərimə yazılacağını bildirmişdir.Ümumiyyətlə mən sayğacın dəmir qəfəsdə harda olduğunun heç yerini bilmirəm.\"Elektrik enerjisindən istifadə Qaydaları\" -nın 7.11-ci bəndinə eyni zamanda Energi İdarəsi ila vətəndaş arasında bağlanılmış bir tipli müqavilənin 2.1.5 bəndinə istinadən əsasən mənzildən kənar quraşdırılmış sayğaca nəzarət etmək iqtidarında olmadığımdan elektrik energi satışı şöbəsi tərəfindən mənə hər hansı cərimənin tətbiq ediləcəyi nə dərəcədə qanuna müvafiqdir?

Salam.

İnzibati xəta haqqında qərarı aldıqdan sonra həmin qərardan şikayət verə bilərsiniz. Sübutlar olduğu haqlda həmin qərarı məhkəmə qaydasında ləğv edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-04-26

1550  Valeh (26-04-2012) Salam.Sualim Beledir: Eger bir shirket her hansi bir fealiyyet novu ile meshgul olursa ve EDV-ye 18% ile celb olunursa daha sonra yeni bir shirket yaradib sadeleshdirilmish vergi odeyicisi kimi qeydiyyatdan kecirse(ƏDV 4%) ve bu iki shirket arasinda muqavile baglayib fealiyyetini ona oturmeyi ve 4%ile EDV-ye celb olunamagi umumiyyetle qanunudirmi? veya bunu nece Legallashdirmaq lazimdir ki bu qanunvericiliye zidd olmasin ve vergiden yayinma kimi hesab olunmasin?? Evvelceden Minnetdarligimi bildirirem.

Salam.

Hüquqi şəxslərin arasında müqavilə bağlanmasa da olar, əgər zərurət yoxdursa. Lakın əməkdaşlıq müqaviləsi də bağlanıla bilər. Bu məsələdə heç bir vergidən yayınma görmürük. Çünki qanunvericiliyə zidd deyil.

Sualınıza görə təşəkkür edirik.

2012-04-28

1551  Elşən (28-04-2012) Salam hörmətli DeJure! Aşağıdakı sualımı cavablandırmağınızı Sizdən xahiş edirəm. Şamaxı rayonu YPX əməkdaşının tərtib etdiyi protokolun ləğvi barədə iddianı mən yaşayış yerim üzrə Xətai rayonu məhkəməsində qaldıra bilərəmmi? İddia inzibati-iqtisad yoxsa ümumi məhkəməyə verilməlidir? Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm.

Salam.

Rayon (şəhər) məhkəməsinə müraciət etməlisiniz, çünki inzibati xəta işidir. İnzibati Xətalar Məcəlləsini əsas tutmalısınız. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər.

Sualınıza görə təşəkkür edirik.

2012-04-28

1552  Emin (29-04-2012) Qanunvericiliyin hanı maddəsinə əsasən vətəndaş (sürücü) yaşayış yerin dəyişdikdə bu haqda müvafiq olaraq ərazi üzrə DYP-yə məlumat verməlidir ki,gələcəkdə hər hansı qayda pozuntusu olarsa DYP sürücünü məlumatlandıra bilsin ?

Salam.

Yol hərəkəti haqqında Qanunun 35.6-cı maddəsinə əsasən sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:

1) onun etibarlıq müddətinin qurtarması;

2) sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;

3) onun yazılarında dəqiqsizlik müəyyən edilməsi;

4) onun yararsız hala düşməsi;

5) onun itirilməsi;

6) yeni nümunəsinin bu Qanunla müəyyən edilmiş qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.

Sürücünün yalnız qanunvericilikdə göstərilən öhdəlikləri var.

Sualınıza görə təşəkkür edirik.

2012-04-30

1553  Emin (29-04-2012) Xahiş ederdim sualimi cavablandirardiz. Öncədən təşəkkür edirəm. DYP video müşahidə kamerası vasitəsi ilə qeydə alinmiş qayda pozuntusu barədə məlumat bildirişi sürücünün ünvanına göndərdikdə,xidməti işi ilə əlaqədar sürücü qeydiyyatda olduğu ünvanda deyil, digər rayonda yaşadıqda qayda pozuntusu barədə bildiriş sürücüyə çatmır. Bu zaman DYP tərəfindən sürücü qayda pozuntuusu haqda məlumatlandırılmamış qalir. Yuxarida qeyd etdiyim halda DYP sürücünün avtomobilinə məcburi dayanma tətbiq edərək avtomobili məcburu dayanacağına qoya bilərmi? Hərbir halda sürücü qayda pozuntu haqda bildiriş almamış və bu barədə məlumatsız olmuşdur? Xahiş edirəm qanunvericiliyə istinadən mənə məsləhət verəsiniz.

Salam.

Dövlət orqanı qaydanı pozmuş sürücünü xəbərdar etməlidir və onda (dövlət orqanında) olan məlumatları əsas tutur. Əgər pozuntu baş veribsə dövlət orqanı qanunvericilikdə nəzərdə tutulan tədbirləri görə bilər. Əgər dövlət orqanının qərarını qanunsuz hesab edirsinizsə bununla bağlı məhkəməyə müraciət etmək hüququnuz var.

Sualınıza görə təşəkkür edirik.

2012-04-30

1554  Emin (29-04-2012) Mənə komunal xidmət üzrə tətbiq olunmuş əsassız cərimənin ləğv olunması üçün məhkəməyə müraciət etmişəm və məhkəmə mənim xeyrimə qərar qəbul etmiş cəriməni ləğv etməsinə dair qərar qəbul etmişdir. Əsassız olaraq mənə cərimə yazıldığından məhkəməyə müraciət zamanı müəyyən vaxt itkisinə, məhkəmə iddiası və müəyyən sənədlərin natariat qaydada təsdiqi üçün ümumilikdə 70 AZN məbləğində vəsait xərcləmişəm. Əsaslandırılmamış cərimənin ləğvinə xərclədiyim vəsaitin və vaxt itkisi əvəzinə mənə dəymiş ziyana görə məhkəməyə müraciət edərəm həmin komunal xidmətdən mənə dəymiş ziyanın ödənilməsi üçün iddia qaldıra bilərəmmi ?

Salam.

Bəli bu cür iddianı qaldırmağa haqlısınız (Mülki Məcəllə - 21-ci maddə). 

Sualınıza görə təşəkkür edirik.

2012-04-30

1555  Natiq (30-04-2012) Salamlar. Bir adamin oz bacisina aid masini avtodayacaqdan icazesiz goturmeyi, bacisinin ondan sikayeti yoxdursa onun haqqinda cinayet isi acilmasini mumkun edirmi? Avtodayancaq gozetcisinin sikayetine esasen. Tesekkurler.

Salam.

Həmin şəxsin bacısının icazə ilə bağlı yazılı ərizəsi olmalıdır. Cinayət işinin açılaması ilə əlaqədar mülkiyyətçinin ərizəsi olmalıdır. Gözətçi müraciət etsə də belə bu işdə əsas mülkiyyətçinin mövqeidir. Cinayət tərkibi burda yoxdur, cünki obyektiv cəhəb mövcüud deyil.

Sualınıza görə təşəkkür edirik.

2012-04-30

1556  Natiq (30-04-2012) Salam. Mene aid avtomobilin acari ve texpasportu bsga adamdadirsa ve bunu vermirse hansi organa muraciet etmeliyem?

Salam.

Bununla bağlı məhkəməyə müraciət etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-04-30

1557  Saida (30-04-2012) Salam. Zehmet olmasa bir meseleni aydinlashdirmaga komek ederdiz. 22 il once 10 sot torpaq sahesi alinib, kupcasi var, hal-hazirda belediyye terefinden olculub melum olub ki, 12 sot imish. Amma bu torpaq sahesini ne genishlendirilib, elave alinib ve s. Guman edilir ki, alinan zaman ele 12 sot olub, sehven 10 qeyd edilib. Indi belediyye 1 sot ucun cox yuksek qiymet teleb edir, pul odenmese 2 sot belediyyenin hesabina kecirilecekmish, bu ne derecede realdir ve qanunauygun, xahish edirem qanuna istinad edib etrafli cavablandirasiz. Onceden cox teshekkur edirem.

Salam.

Satılan torpaq sahənin ölçüləri dəqiq göstərilməlidir hər bir halda. Bu mübahisəli hal olduğu üçün məhkəmə qaydasında həll olunmasını məqsədəuyğun hesab edirik.

Sualınıza görə təşəkkür edirik.

2012-05-02

1558  Seymur (30-04-2012) salam magazadan alinan mali geri qaytarmaq mumkundur? eger mumkundurse ve magaza alinan mali geri goturmurse men kime muraciet etmeliyem? teshekkur.

Salam.

Əgər istehlakçı kimi hüquqlarınız pozulubsa İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanunun müddəlarına istinad etməlisiniz. Və pozuntu barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz. 

Sualınıza görə təşəkkür edirik.

2012-05-02

1559  Gulya (30-04-2012) salam. zehmet olmasa belediyye erazileri ve torpaqlari haqqinda qanunu yerlesdirediz,

Salam.

Bələdiyyələrin əraziləri və torpaqları haqqında Qanun.

2012-05-02

1560  Emin (01-05-2012) Huquqi yardimi belə yüksək təşkil etdiyiniz ucun tesekkur edirəm. Mart ayinda enerji idarəsi tərəfindən mənə (guya sayğaca müdaxilə olunub) cərimə yazilmişdir. Mən həmin vaxt ezamiyyatda olduqumdan ailə ilə üzvülərim fasiləsiz ebnerji ilə təmin olunmaqlari üçün mənim xəbərim olmadan cəriməni ödəmişlər. Hazirda Baki şəhərindəyəm bu baximdanda həmin cəriməni ləğv edərək ödənilmiş məbləğin (cərimə kimi ödənilmiş vəsaiti) mənə qaytarilmasi ilə bağlı məhkəməədə iddia qaldira bilərəmmmi? Bu gec olmazki çün ki, cərimə ödənilmişdir? Qeyd edim ki,kifayət qədər sübutlar və hüquqi baxımdan qanunlara istinadən cərimənin əsassız olduğuna əminəm.

Salam.

Bəli. Əgər sizə maddi və mənəvi zərər vurulubsa məhkəmə qaydasında iddia qaldırıb zərərin əvəzinin ödənilməsini tələb edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-05-02

1561  Agayev (01-05-2012) Mən hansı kitabxanadan kitab götürürəmsə əvəzində girov mənim şəxsiyyət vəsiqəmi isdiyillər , bildiyimiz kimi İXM nin 332.3 maddəsinə əsasən 85 manatdan 90 manatadək cərimə nəzərdə tutulur, əziz hüquqşunaslar sizə bir sadə sualım var, bu maddənin bu kitabxanalara aidiyyatı yoxdur ? ))

Salam.

Qeyd etdiyiniz məsələyə İXM-in 332-ci maddəsini tətbiq etmək olmaz. Həmin müddəa şəxsiyyət vəsiqəsini təqdim edən orqanlara aiddir (pasport-qeydiyyat orqanları və s.). Ş/V girov kimi götürülməsi isə birbaşa qanunvericiliklə tənzimlənmir. Lakın öz manafelərin qorunması məqsədilə bəzi təşkilatlar bu üsullardan istifadə edirlər və şəxsin razılığı ilə həyata keçirilir. Əgər sizin razılığınız olmasa  Ş/V-ni girov kimi saxlaya bilməz.

Sualınıza görə təşəkkür edirik.

2012-05-02

1562  Emin (03-05-2012) Hansisa firmanin,bankin inzibati binasina qabula getdikda vatandasdan muhafizacisi tarafindan vatandasdan saxsiyyat vasiqasi götürülərək vətəndaş inzibati binada olduğu vaxt ərzində mühafizəçidə saxlanilir. Vətəndaş şəxsiyyəti tasdiq edən sənədi verməzsə binaya buraxilmir. Bu na daracada doqrudur?

Salam.

Bu cür addımlar qeyri-qanuni hesab etmək olmaz. Çünki həmin dövlət orqanı müvafiq qeydiyyat aparmalıdır və təhlükəsizlik qaydalarına riayət etməlidir. Eyni zamanda sənədinizi təqdim etməkdən imtina edirsinizsə həmin təşkilata daxil olmasından da imtina edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-05-07

1563  Ceyhun (04-05-2012) Salam, mən 1962-ci ilin iyun ayının 1-də anadan olmuşam, lakin qeyri-müəyyən səbəblərdən mənim doğum haqqında şəhadətnaməm valideynlərimin səhlənkarlığı nəticəsində 8 il sonra 1970-ci ildə yaşadığım Qazax rayon VVAQ-da yazdırılıb. Məndən 2 yaş kiçik qardaşımın da doğum haqqında şəhadətnaməsi 1970-ci ildə eyni vaxtda götürülüb və hər ikimizə anadan olduğumuz gün və ay eyni, yəni 1 iyun yazılıb ki, bu da mən də şübhə yaradır. İstəyirəm doğum günümü dəqiq bilim. Rayon VVAQ-a müraciət etsəm də dəqiqləşdirmənin mümkünsüz olduğunu bildirdilər. Sizdən çox xahiş edirəm deyəsiniz ad günümü dəqiqləşdirmək mümkündürmü? və nə etməliyəm qanunvericiliklə? Qabaqcadan təşəkkürümü bildirirəm...

Salam.

Bu məlumatı siz arxiv idarəsindən ala bilərsiniz. Əgər doğum günü ilə bağlı sənədlərinizdə dəyişiklik etmək istəyirsinizsə bu məsələni məhkəmə vasitəsilə həll edə bilərsiniz (müvafiq sənədlərə əsaslanaraq).

Sualınıza görə təşəkkür edirik.

2012-05-07

1564  Ceyhun (04-05-2012) Salam. Xarici pasportum yoxdu və almaq istəyirəm. Hansı sənədlər məndən tələb olunacaq və mən hara müraciət etməliyəm? Qabaqcadan təşəkkürlər...

Salam.

Yaşadığınız yerdən asılı, olaraq. Daxili İşlər nazirliyinin regional idarələrinə müraciət edə bilərsiniz.

1. Ərizə-anket (ərizə-anket forması)

2. Şəxsiyyət vəsiqəsi (ksero-surəti ilə birlikdə)

3. Dövlət rüsumunun ödənilməsi barədə qəbz

  •  

5 gün iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə- 120 AZN

1 ay müüdətinə verildikdə isə - 40 AZN

4. 2 ədəd 3x4 sm. ölçüdə rəngli fotoşəkil

5. Hərbi bilet və ya vəsiqənin surəti əsili ilə birlikdə

 

Qeyd: 18 yaşına çatmamış uşaqların fotoşəkillərinin ümumivətəndaş pasportuna əlavə edilməsi üçün vətəndaşlar 2 ədəd 3x4 sm. ölçüdə rəngli fotoşəkil, doğum haqqında şəhadətnamənin, 16 yaşından yuxarı şəxsiyyət vəsiqəsinin surəti il birlikdə təqdim etməlidirlər. Yaxın və ya digər qohumun uşağının şəklini pasporta qeyd etmək üçün uşağının hər iki valideyinin notarius qaydasında təsdiq olunmuş razılıq ərizəsi BPQMİ rəhbərliyinin adına təqdim edilməlidir.

Sənədlər həftənin I, II, III, IV, və V günləri saat 0900- dan 1700- dək, VI gün isə saat 0900- dan 1300- dək qəbul olunur.

Hazırlanmış pasportlar həftənin II, IV və VI günləri saat 0900- dan 1300- dək sahiblərinə təqdim olunur.

Sualınıza görə təşəkkür edirik.

2012-05-07

1565  Narmina (06-05-2012) Salam. Magistraturaya qebul olan oglanlara herbi cagirishdan mohlet vaxti verilirmi????ve ikinci sualim- milli meclis ailenin tek evladi olanlari herbi cagirishdan azad olmasi qerarini tesdiq edibmi?? evvelceden minnetdarligimi bildirirem..

Salam.

Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun 19-cu maddəsinə əsasən:

19.1. Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir:

19.1.1. başqa övladı olmayan I qrup əlil ata, yaxud ana;

19.1.2. 3 və daha çox uşaq;

19.1.3. I qrup əlil arvad;

19.1.4. 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda);

19.1.5. 18 yaşınadək və yaxud I qrup əlil qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda.

19.2. Çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 35 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər.

Qeyd: Bu Qanunun 19.1.5-ci maddəsində nəzərdə tutulmuş “saxlamaq imkanına malik başqa ailə üzvləri” dedikdə çağırışçının maddi və mənəvi yardıma ehtiyacı olan qardaş və ya bacısını saxlamalı, onlara qayğı göstərməli və bunun üçün real imkanlara malik olan qardaş və ya bacının ailə üzvləri nəzərdə tutulur.

Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun 21-ci maddəsinə əsasən:

21.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir:

21.1.1. ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;

21.1.2. ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;

21.1.3. orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara;

21.1.4. ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək;

21.1.5. xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək.

21.2. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

21.3. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət almış və müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 35 yaşına çatanadək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Qeyd: Bu Qanunun 21.1.4-cü və 21.1.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar təkrar ali təhsil alan çağırışçılara şamil olunmur.

Ailənin bir övladı olduqda belə, hərbi xidmətə çağırışdan azad edilməsinə səbəb olmur.

Sualınıza görə təşəkkür edirik.

2012-05-07

1566  Kamran (07-05-2012) Salam! Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs, dövlət statistika idarəsinə hər rüb üçün bəyannamə verməyə borcludurmu? Bunu hansı qanun sahibkardan tələb edir? Təşəkkür edirəm.

Salam.

Bir pəncərə sistemi tətbiq edildikdən sonra bu cür vəzifəniz artıq yoxdur.

Mübahisə yarandıqda məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-05-12

1567  Camal (08-05-2012) salam. Məhkəmədə cavabdeh hakimə etiraz edə bilərmi ?

Salam.

Bəli. Edə bilər. Mülki Prosessual Məcəllə - maddə 19.

Sualınıza görə təşəkkür edirik.

2012-05-12

1568  Camal (08-05-2012) salam. hansı hallarda hakimdən ali məhkəmənin hüquq şurasına şikayət etmək olar.?

Salam.

Məhkəmə-Hüquq Şurası Ali Məhkəmənin tərkibində deyil. Ayrıca bir qurumdur. Ətraflı məlumat burda ala bilərsiniz (http:]]]www.judicialcouncil.gov.az/mhs_haqqinda.php)

Onun İNTİZAM İCRAATI PROSEDURU ilə tanış ola bilərsiniz (http:]]]www.judicialcouncil.gov.az/iip.php)

Sualınıza görə təşəkkür edirik.

2012-05-12

1569  Emin (09-05-2012) Salam. Yeni yuksak martabali binada yaşayıram.Bir çox hallarda mənzilin istismarı üçün nəzərdə tutulan (zibil yığımı,lify və s.) komunal xidməti odamadikda MTK tarafindan qanunsuz olaraq mənzilimin elektrik energisi blokdan kəsilir.MTK tərəfindən mənzilimin elektrik təchizatının dayandırılması qanunsuz hesab edirəm və bunun yalnız qanuvericilikla Energi təchizati xidmətinə aid olduğunu düşünürəm. Xahiş edirəm qanunvericiliyə istinadən MTK tarafindan mənzilimin elektrik təchizatının əsassız dayandırılmasını mənə şərh edəsiniz.

Salam.

Bu hal kobud hüquq pozuntusudur. Məsləhət görürük ki, yerli icra hakimiyyət orqanlarına, prokurorluğa və məhkəməyə müraciət edəsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-05-12

1570  Orxan (10-05-2012) Salam, Biz müqavilə ilə ilkin ödənish aldiq. geride qalan pulu ish bitdikden sonra almali idik lakim hemin shirket pulu odemekden boyun qacirir, onlara borclari haqqinda xeberdarliq gondermishik yazili formada onlarda borclu olduqlari pulu qeyd edibler ve mesul shexs imzalayib , odeme olunmayib biz onlardan mehkeme yolu ilə pulumuzu ala bilerikmi?

Salam.

Təbii ki, əgər tərəf müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmir məhkəmə qaydasında borcun qaytarımasını və zərərin əvəzin ödənilməsini tələb edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-05-12

1571  Camal (10-05-2012) Salam. özümə aid olan sualı cavablandırılmış suallar içərisində tez axtarıb tapmaq mümkün deyil. əgər mümkünsə elə axtarış proqramı hazırlayın ki, hər hansı bir sözü tez tapmaq olsun,World proqramı kimi. onda sizin işiniz də yüngülləşəcək. SİZİN axtarış qrafanızdan lazım olan sözü tapmaq olmur. çox sağ olun.

Salam.

İradlarınıza görə təşəkkür edirik.

Lakın bütün qeyd etdiyinizləri həyata keçirmək üçün peşakar İT-mütəxəssislər və küllü miqdarda vəsait tələb olunur. Bu layihə sadəcə bizim entuziazmın nəticəsində fəaliyyət göstərir. Və nə dövlət tərəfindən, nə də ki başqa təşkilatlar (xarici və ya yerli) tərəfindən dəstəklənmir. 

Əgər bizi kimi həvəskarları tanıyırsınızsa (kimlər pulsuz əhaliyə xidmət göstərmək istəyir) onlar barədə bizə xəbər verin.

Bizi də bir çox nöqsanlar narahat edir.

1572  Emin vasitəsilə verilən sual (10-05-2012) Salam. Bir neçə ildir ki, ASC-də mülki hüquqi (xidmət) müqaviləsi ilə xadimə işləyirəm. Lakin xidmət müqaviləsi ilə işlədiyim üçün işlədiyim müddət əmək kitabçama yazılmır. Bilmək istərdim ki, xidmət müqaviləsi ilə işləyən şəxslərin işlədiyi peşə üzrə stajı əmək kitabçasında qeyd olunmaqla əmək stajı sayıla bilərmi, bu mumkundurmu? Qanunlara istinadən cavab verməyinizi xahiş edirəm.

Salam.

Xidmət müqaviləsi mülki-hüquq müqaviləsidir və Əmək Məcəlləsi ilə yox Mülki Məcəllə ilə tənzimlənir. Ona görə də staj və digər məsələlər bu münasibətlərə tətbiq olunmur.

Sualınıza görə təşəkkür edirik.

2012-05-12

1573  Emin (12-05-2012) Salam. Enerji idarəsi tərəfindən mənə əsassız olaraq borc yazılmışdır.Yazılmış borcla razılaşmadığım ucun məhkəməyə müraciət etmişəm.Enerji idarəsi məhkəmənin nəticəsi başa çatanadək yazılmış borcun odanilmasini talab etmək məqsədi ilə mənim elektrik enerjimi kəsə bilərmi? Qanunlara uyğun olaraq xahiş edirəm mənə bildirərdiz məhkəmənin icraatında olan mübahisə zamani yazilmiş borcun odanilmasi muvaqqati dayandıırılırmı?

Salam.

Xeyr. Əgər məhkəmənin qüvvəyə minmiş müvafiq aktı yoxdursa digər tərəf heç bir məcburi tədbir görə bilməz. Öz hüquqlarınızı təmin etmək məqsədilə bununla bağlı məhkəmədə vəsatət qaldıra bilərsiniz. 

Sualınıza görə təşəkkür edirik.

2012-05-12

1574  Emin (12-05-2012) Həmişə suallarımızaı cavablandıraraq bizi məlumatlandırdığınız üçün təşəkkür edirəm. İşiq İdarəsi mən yazdiqi 70 AZN cəriməni ailə üzvum odayib. Lakin hamin carimanin asassız olaraq yazildiqini sonradan bilmişəm. Ödanilmiş asassız carimanin hansi qanuna istinadan geri qaytarilmasi ila bagli məhkəməyə müraciət edə bilərəmmmi? odanişdan 10 gun kecib Gec olmazki?

Salam.

Mülki Məcəlləyə əsaslanıb zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilərsiniz. Lakın bundan əvvəl cərimə ilə bağlı dövlət orqanın qərarını ləğv etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-05-14

1575  Emin (12-05-2012) Elektrik enerji İdarəsi tərəfindən mənə yazılmış 70 AZN cərimənin və qanunsuz tartib olunmuş aktin ləğv olunmasi ilə bağlı hansı məhkəməyə yaşadığım Rayon Ərazi Məhkəməsinə yoxsa Bakı İqtisad məhkəməsinə müraciət etməliyəm ? və buza man 70 AZN carimanin lağvi iddiasi ərizəsi üçün nə qədər dövlət rüsumu ödayacam?

Salam.

Dövlət orqanın yerləşdiyi yerdən asılı olaraq inzibati-iqtisad məhkəməsinə müraciət etməlisiniz (1 və ya 2 saylı).

Dövlət rüsumu haqqında Qanunun ­­­9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaşlar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Sualınıza görə təşəkkür edirik.

2012-05-14

1576  Rehman (13-05-2012) Salam! Vergi müfəttişi kommersiya mağazasında ona aldığı mal üçün çek verilmədiyini iddia edərək akt tərtib etmişdir. Satıcı isə əksini bildirir və nəzarət lentində satıcının mövqeyi öz təsdiqini tapmışdır. Hazırda vergi müfəttişinin qanunsuz hərəkəti ilə bağlı məhkəməyə müraciət olunmuşdur. Lakin maraqlıdır, uzun illər heç bir qanun pozuntusuna yol verməyən vergi ödəyicisinə ilk dəfə xəbərdarlıq edilmədən, dərhal cərimə sanksiyası tətbiq edilməsi nə qədər qanunidir. Məhkəmə tərtib olunmuş aktı etibarlı hesab edərsə, cəriməni kim ödəməlidir, fərdi sahibkar, yoxsa müqavilə əsasında işləyən satıcı? Təşəkkür edirəm.

Salam.

Cəriməni təbii ki, sahibkar ödəməlidir. Lakın əgər pozuntuya yol verilməsi məsul şəxsin ucbatından baş veribsə  reqres qaydada ondan həmin məbləği ala bilərsiniz.

Eyni zamanda məhkəmədə  bütün tələb olunan sübutlarınızı təqdim etməlisiniz. Əgər pozuntu baş verməyibsə sizi məsuliyyətə cəlb edə bilməzlər.

Sualınıza görə təşəkkür edirik.

2012-05-14

1577  Gulya (13-05-2012) salam, AR-nin hava mecellesi quvveden dusub, Hal-hazirda onunla tezimlenen munasibetler, hava dasimalari hansi normativ senedle tenzimlenir? ve zehmet olmasa bele sened varsa onu yerlesdirerdiz

Salam.

Hal-hazırda bu münasibətləri Aviasiya haqqında Qanunu tənzimələyir.

Sualınıza görə təşəkkür edirik.

2012-05-14

1578  Gulya (13-05-2012) Salam, Avropa insan huquqlari konvensiyasinda \"maraqli olan raziliga gelen teref\" anlayisi isledilir, bu ne demekdir?

Salam.

Adətən maraqlı olan Razılığa gələn Yüksək Tərəf Konvensiyaya qoşulmuş üzv ölkə başa düşülür. 

Sualınıza görə təşəkkür edirik.

2012-05-14

1579  Gulya (13-05-2012) salam,Avropa insan huquqlari Konvensiyasinin 25-ci maddesinde qeydiyyatci ifadesi isledilib,burda qeydiyyatci dedikde kim nezerde tutulur?

Salam.

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında KONVENSİYAnın 25-ci maddəsi:

Maddə 25. Dəftərxana və referentlər

Məhkəmənin, vəzifələri və təşkili Məhkəmə Reqlamenti ilə müəyyənləşdirilən dəftərxanası vardır. Referentlər Məhkəməyə xidmət edirlər.

Qeydiyyatçı ifadəsinin həmin Konvensiyada istifadə edilməyib (Əgər belə bir versiyanız varsa bizə göndərin bizdə tanış olaq).

Sualınıza görə təşəkkür edirik.

2012-05-14

1580  Gulya (13-05-2012) Salam, Avropa insan huqulari konvensiyasinin 56-ci maddesinde erazi tetbiqi meselesi gosterilib.Umumiyyetle konvensiyanin erazi tetbiqi ile ona qosulmagin ne ferqi var?

Salam.

Həmin maddədə bu barədə ətraflı məlumat verilib:

56.1. Hər hansı dövlət imzalama, yaxud ratifikasiya zamanı və ya sonra istənilən vaxt Avropa Şurasının Baş katibinə ünvanlanmış bildiriş vasitəsi ilə bu maddənin 4-cü bəndi nəzərə alınmaqla, beynəlxalq əlaqələrinə görə həmin dövlətin məsuliyyət daşıdığı bütün ərazilərə, yaxud onlardan hər hansı birinə şamil ediləcəyini bəyan edə bilər.

Sualınıza görə təşəkkür edirik.

2012-05-14

1581  Gulya (13-05-2012) salam, \"emiqrant\" adlanan anlayis var?varsa ne demekdir?

Salam.

Emiqrant - öz ölkəsindən digər ölkəyə köçən şəxs.

Sualınıza görə təşəkkür edirik.

2012-05-14

1582  Terane (14-05-2012) mövsümi işlə əlaqədar 6 ay müddətinə əmək müqaviləsi ilə ocaqçı işə qəbul edərkən 6 aydan sonra onun əmək müqaviləsinə xitam veriləndə istifadə etmədiyi(6 ay üçün) əmək məzuniyyəti günləri hesablanırmı

Salam.

Əmək Məcəlləsinin 114.5-ci maddəsinə əsasən mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir.

Sualınıza görə təşəkkür edirik.

2012-05-15

1583  Emin (14-05-2012) 70 AZN cəriməni ailə üzvum odayib. Lakin hamin carimanin asassız olaraq yazildiqini sonradan bilmişəm va cərimanin tayin olunmasi haqda manda hər hansı akt yoxdur. Ödanilmiş asassız carimani Mulki Macallanin hansi bəndinə istinadən geri qaytarilmasi ila bagli məhkəməyə müraciət edə bilərəmmmi?

Salam.

Birdə nəzərinizə çatdırırıq ki, cərimə əsassız sayılması üçün sübutlar olmalıdır və məhkəmə qaydasında həll olunmalıdır. Aktı (və ya qərarı həmin orqanda əldə edə bilərsiniz), əgər verməkdən imtina etsələr məhkəmə qaydasında ala bilərsiniz. Sübut edilsə ki, cərimə əsassızdır yalnız ondan sonra zərərin əvəzin ödənilməsi ilə bağlı yenidən məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-05-15

1584  Orxan (16-05-2012) Salam De Jure, bizim balansda olan yuk mashini yol neqliyyat hadise neticesinde minik avtomobilini vurub, vurulmush minik avtomobilinin temirini sigorta shirketi qarshilayib, subroqasiya huququna gore sigorta temire verdiyi pulu bizden isteyir (shirketden)Sual mumkundurmu ki,sigorta teleb etdiyi pulu shirket yox surucu odesin, Bize shamil olunan maddeler MM 21, 1096, 936.2, 1108

Salam.

Sığorta şirkəti məbləği sizdən tələb etməkdə haqlıdır. Sizdə öz növbənizdə reqres qaydada həmin məbləği işçidən tələb edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-05-16

1585  Emin (17-05-2012) Salam. Mənə yazılmış cərimənin ləğvi ilə əlaqədar məhkəməyə müraciət etmişəm lakin, məhkəmə işə baxan müddət ərzində işıq idarəsi işığımı kəsdiyi üçün fasiləsiz enerji ilə təmin olunmağım məqsədi ilə mənə yazılmış cəriməni ödadam. Hazırda cəriməni ödəsəmdə aktın ləğv olunması və cərimənin ləğvi ucun iddiam məhkəmədədir. Həmin iddia üzrə odadiyim cəriməni geri qaytarmaq ucun mahkamay yenidan iddia ərizəsi yazmalıyam yoxsa 1-ci iddia üzrə vəsatət verib mahkama prosesi zamani odaditim carimani geri talab edə bilərəmmi,

Salam.

Həmin icraatda da bu tələbi irəli sürə bilərsiniz, çünki cərimə məbləğin geri qaytarılması birbaşa aktın ləğvi ilə bağlıdır. Lakın dəymiş maddi və mənəvi zərərin əvəzin ödənilməsi sonrakı mərhələlərə aiddir.

Sualınıza görə təşəkkür edirik.

2012-05-18

1586  Salam (17-05-2012) Salam.Avtomobili sigorta etdirerken motorun hecmi(1500 k.m)tesaduf neticesinde chox gosterilib.50 manat evezine 75 manat odenilib.Bunu duzeltmek olarmi?Olarsa nece?Evvelceden teshekkurler.

Salam.

Bununla bağlı söğorta edən şirkətə ərizə ilə müraciət etməlisiniz və artıq məblğin qaytarılması tələb olunmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2012-05-18

1587  Orxan (18-05-2012) Salam De Jure , Men size sual vermishdim (sual N 1584) reqres almaq ucun MM 1114 aid etmek olar?

Salam.

Sizə daha uyğun Mülki Məcəllənin 936-cı maddəsidir (subroqasiya). Reqres və subroqasiya oxşar anlayışlardır, sadəcə hüquqi tərif  baxımından bir az fərqlənirlər.

Sualınıza görə təşəkkür edirik.

2012-05-18

1588  Kamran (20-05-2012) Salam. İcarəyə verilmiş torpaqların məqsədli təyinatının dəyişdirilməsi proseduru torpaq qanunvericiliyində necə təsbit olunmuşdur. Təşəkkürlər.

Salam.

Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Prezidentin Fərmanına və Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən həyata keçirilir.

Sualınıza görə təşəkkür edirik.

2012-05-21

1589  Kamran (21-05-2012) Salam! 1588-ci suala cavab verdiyiniz üçün təşəkkür edirəm. İndi Sizdən xahiş edirəm münasibət bildirəsiniz. Kommersiya mağazasının bir hissəsi şəxsi mülkiyyətdə olan həyət evinin torpaq sahəsinə düşür. reyestr xidməti mağazaya mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina edir, o səbəbə görə ki, burada guya torpağın təyinatı dəyişmişdir. Halbuki, Bələdiyyə torpaqlarının istifadə edilməsi haqqında Qanunun 13.4-cü maddəsi bunun əksini deyir. Xidmətdən qeyri rəsmi bildirilir ki, kommersiya obyektlərinə mülkiyyət hüquqlarından çıxarışların verilməsi konkret olaraq rüşvətlə həll edilir. Hətta bu barədə məhkəmənin qətnaməsi də icra edilmir. İndi kimə müraciət etmək lazımdır? Təşəkkür edirəm.

Salam.

Məsələ ilə bağlı Azərbaycan Rеspublikasının Kоrrupsiyaya qarşı mübarizə üzrə Kоmissiyasına müraciət etməyiniz məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

2012-05-22

1590  Rauf (21-05-2012) Sərəncam vermək üçün etibarnamə sahiblik hüququ yaradır ya yox?

Salam.

Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Etibarnamə mülkiyyət hüququnu təsdiq edən sənəd deyil.

Sualınıza görə təşəkkür edirik.

2012-05-22

1591  Orxan (22-05-2012) Salam De Jure Məhkəmədə iclasında gedərkən şəxsiyyət vəsiqəsini götürmək lazımdır, əgər nümayəndə gedərkən səlahiyyətini təsdiq edən sənəd dedikdə nə başa düşüm hansı sənəd tələb olunur ?

Salam.

Səlahiyyətinizi təsdiq edən sənəd etibarnamədir (notariat qaydada təsdiq olunmuş; əgər hüquqi şəxs verirsə onda həmin hüquqi şəxsin möhürü ilə təsdiq olunmalıdır).

Sualınıza görə təşəkkür edirik.

2012-05-22

1593  Rauf (22-05-2012) Menim sualim IXM-nin bu maddesi uzredi. 152.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat miqdarında cərimə edilir Eger texpasporta adi olan (yeni sahibi/mulkuyetchisi) yaninda oturubsa onda etibarname lazim deyil bu aydindi. Menim sualim eger gendoverennosti (serencam hugugu) olan shexs mashindadirsa (ozu surmur,yaninda oturur) bashqa shexse surmeye etibarnamesiz vere biler ya yox. Yani mu maddede \"sahiblik hugugu olan shexs\" deyende kimler basha dushulur?. Cavabiniza gore minnetdaram.

Salam.

Bəzi hüquq anlayışları daha yaxşı dərk etmək üçün aşağıdakı müddəalara diqqət yetirin:

Mülki Məcəllənin 152.4-ci maddəsinə əsasən Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin sərəncam hüququ mülkiyyət hüququn tərkib hissəsidir (Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur).

Qeyd etdiyiniz sahiblik hüququ isə Mülki Məcəllənin 152.2-ci maddəsində əks olunub. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

Əgər şəxsin etibar etmə hüququ varsa o digər şəxsə də əmlakı etibar edə bilər. Nəqliyyat vasitəsində bir yerdə (idarə etmə hüququ olan və etibarnaməsi olan şəxslər) olarkən etibarnamə olmadan da şəxsə etibar edilə bilər.  

Sualınıza görə təşəkkür edirik.

2012-05-23

1594  Orxan (24-05-2012) Salam De Jure, men yol neqliyyat hadisesi neticesinde mashin vurmusham, sigortaya gec melumat verdiyimdem mene sigorta haqqimi vermirem . Deyir vaxtinda xeber elememisen bize biz de vermirik(3 gunden cox kecmiwdi), zererceken teref meni mehkemeye verib pulu menden teleb edirler , Sualim beledir| Sigortadan pulu nece teleb ede bilerem (Hansi huquqi esasla) QABAQCADAN TESHEKKUR EDIREM

Salam.

Məsələ ilə bağlı İcbari sığortalar haqqında Qanuna müraciət etməyiniz məqsədə uyğundur, həmçinin mübahisə zamanı Sığorta şirkəti ilə bağlanılmış müqavilənin müddəalarını rəhbər tutmalısınız.

Sualınıza görə təşəkkür edirik.

2012-05-24 1595  Vasili (24-05-2012) Salam. Ilk once serf edeceyiniz vaxt ucun size evvelceden minnetdaram. Sual: Ana iddia erizesi ile mehkemeye muraciet edib,hazirliq iclasinda ushaqin atasi ile qalmasina dair shifahi suretde raziliq verib, lakin iclasdan sonra atanin numayendesi ona sazish baqlamaqi deyib, amma mueyyen sebeblerden ana fikrinden yayinib ve deyib ki daha istemirem ushaq atasi ile qalsin. indi ana isteyir ki nikah pozulsun amma ushaqin (az yashli) kimde qalmasi ayrica iddia kimi yeniden mehkemeye muraciet etsin bu mumkundurmu? eger ana musteqil iddia vermek istese nikah haqqinda mehkeme dayandirilacaqmi? ve ana yeniden musteqil iddia vermek uchun MPM ve Aile mec-nin hansi maddelerini rehber tutsun oz erizesinde. cox xahish edirem cavab yazardiniz,cunki men huquqshunas kimi yeni fealiyyete bashlayiram ve mehz sizin kimi peshekarlarin komeyine ehtiyacim var.evvelceden xususi teshekkurler

Salam.

İşlərinizdə uğurlar.

Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən:

Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.

Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə:

  • boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli;
  •  uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli;

Bütün bu işlər bir-biri ilə əlaqəlidir ona görə də bir iddia ərizəsində birləşdirilə bilər və ya iddia artıq verilibsə iddia ərizəsinə əlavə edilə bilər. Həmçinin  Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər.

Sualınıza görə təşəkkür edirik.

2012-05-24

1596  Rauf (25-05-2012) CM 263.1-1 ve 264 maddeler(bir yol negliyyat hadisesi uzre) uzre ish achilanda hakim daha agir maddeni teyin edir yoxsa maddeler toplana biler?

Salam.

Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz.

Sualınıza görə təşəkkür edirik.

28-05-2012

1597  Rehman (2012-05-28) Salam! Xahiş edirəm münasibət bildirəsiniz. Həkimlərə vergilər orqanında qeydiyyatdan keçərək əlavə peşəkar fəaliyyətlə məşğul olmaq üçün aldıqları VÖEN kifayət edir, yoxsa Səhiyyə Nazirliyindən xüsusi icazə də almalıdırlar. Qanunla belə fəaliyyət necə tənzimlənir? Təşəkkür edirəm.

Salam.

Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında Prezidentin Fərmanına əsasən tibbi fəaliyyət ilə məşğul olmaq üçün lisenziya tələb olunur. Həmin lisenziya  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilir (dövlət rüsumu 5500 manat). Eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergilər orqanlarında qeydiyyatdan keçməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-05-28

1598  Elvin (31-05-2012) Evvela salam! Sualim beledi,men ozum ucun ev almisham, amma evi oz adima yox xalam ogunun adina kecirtmek isteyirem. Natarusda defelerle oldum amma natarus meni cox incidir ve alqi satqi muqavilesini testiqlemir. deyir evi alan sensen xalan oglunun adina kecirde bilmezsen,sizden cox xahish edirem mene bu barade meslehet veresiz. meslehetinize cox ehtiyacim var. Evvelceden teshekkur edirem!

Salam.

Hüquqda kiminsə adına almaq anlayışı yoxdur (baxmayaraq ki, danışıqda bu cür ifadələr istifadə edilir). Əgər daşınmaz əmlakının mülkiyyətçisi olmaq istəyirsinizsə alqı-satqı müqaviləsində siz iştirak etməlisiniz. Əks təqdirdə mülkiyyətçi sizin qohumunuz olacaq və sizin mülkiyyət hüququnuz qorunmayacaq və həmin əmlaka heç bir hüququnuz olmayacaq.

Sualınıza görə təşəkkür edirik.

 2012-05-31

1599  Agayev (31-05-2012) Salam, Xahiş edirəm bildirərdiz bu işçini hər hansı bir ixtisas artırma kursuna idarə tərəfindən göndərilirsə və həmin kursu kecən müəssisə nu elm təlim tədris müəssəsi deyəkdə oda elə Bakı şəhərində yerləşdiyinə görə buna ezamiyyət yazılmır ancaq işdə olmadıqına görədə tabelə qol cəkmir, bunun bəs kursda olan müddəti maaşı necə hesablanır, münasibətinizi mümkünsə əmək məcəlləsinə və ya hansısa başqa bir qanunvericiliyə isdinadan bildirəsiniz. əvvəlcədən minətdaram.

Salam.

Baxmayaraq ki, Əmək Məcəlləsində birbaşa bu cür təlim və kurslar nəzərdə tutulmayıb. Amma əgər bu təşəbbüs işəgötürən tərəfindən irəli gəlirsə deməli bu cür təlimlər işəgötürənin marağındadır (peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq;  Məcəllənin 9-cu maddəsinin \"ı\" bəndi və 12 maddənin \"f\" bəndi). Buna görə də  işçi (və ya qrup) müvafiq təlimdə peşə hazırlığını keçərkən onlar üçün bütün iş günü hesablanmalıdır (və ya təlim müddəti 4-6 saat) və bu müvafiq əmrlə rəsmiləşdirilməlidir.

Ümumilikdə isə bu cür məsələlər müəssisənin daxili təlimatları ilə tənzimlənməlidir (Peşə hazırlığın artırılması haqqında Təlimat və s.).

Sualınıza görə təşəkkür edirik.

2012-05-31

1600  Elchin (31-05-2012) Salam. Əcnəbi vətəndaş hansı əsaslarla Azərbaycan Respublikasında daimi yaşaya, əmək fəaliyyətlə məşqul ola bilər. Əvvəlcədən təşəkkürlər.

Salam.

Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşama

 

 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 22 (iyirmi iki) iş günü qalmış Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə alınması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər.

Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazə verilə bilər:

-     Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;

-     Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olduqda;

-     ölkə iqtisadiyyatına 500.000 (beş yüz min) manat məbləğində investisiya qoyduqda;

-     Azərbaycan Respublikasının banklarına 50.000 (əlli min) manat məbləğində pul vəsaiti  qoyduqda;

-     Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə aldıqda;

-     Azərbaycan  Respublikasının  təhsil müəssisələrində əyani təhsil aldıqda;

-     iqtisadiyyat, sənaye, müdafiə, mədəniyyət, idman, elm və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda.

Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaq  istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fərdi icazənin verilməsi  ilə bağlı yuxarıda qeyd  olunan müddətdə işəgötürən vasitəsilə Azərbaycan Respublikasının Dövlət  Miqrasiya Xidmətinə müraciət edə bilərlər.

Əməkçi miqrantın Azərbaycan Respublikasında müvəqqəti yaşamasına hüquq verən müvafiq vəsiqə fərdi icazənin qüvvədə olduğu müddətə verilir.

Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında yaşamalarını, yaşayış yeri üzrə qeydiyyatlarını rəsmiləşdirmiş olurlar.

Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşayış yerini dəyişərək yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Dövlət  Miqrasiya Xidmətinə müraciət etməlidirlər.

Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə onun verilməsinə əsas olan qanunvericiliklə müəyyən edilmiş hallar mövcud olduğu müddətdə qüvvədədir.

Azı 2 (iki) il Azərbaycan Respublikasında qanuni əsaslarla müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qanunvericiliklə müəyyən edilmiş  qaydada Azərbaycan Respublikasında daimi yaşama hüququ (immiqrant statusu) verilə bilər.

Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər (pasport və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənəd) və Dövlət Miqrasiya Xidməti  tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında Azərbaycan Respublikasından gedə və Azərbaycan  Respublikasına qayıda bilərlər.

Sualınıza görə təşəkkür edirik.

2012-06-01

1601  Elçin (01-06-2012) Zəhmət olmasa Əcnəbi vətəndaşlar haqqında əlvə və dəyişikliklər olunmuş qanunları yerləşdirəsiz. Əvvəlcədən dərin təşəkkürlər...

Salam.

Bütün zəruri qanunlarla http:]]]www.dejure.az/qanunlar/qanunlar səhifəsində tanış ola bilərsiniz.

2012-06-10

1602  Vuqar (02-06-2012) Salam hörmətli Dejure.Qeyd etmək istəyirəm ki,mən 1980-ci ildən Xətai rayonunda yaşayıram.2005-ci ildə yaşadığım əraziyə bitişik boş torpaq sahəsini Nazim adında şəxs özbaşına zəbt edib yerində 2 mərtəbəli qanunsuz tikili inşa etdirdi. Mənim hasarımın hündürlüyü 3 metr olduğundan onun pəncərəsi həyətimə düşmürdü.Bir müddət bundan əvvəl biz evdə olmayan zaman adıçəkilən Nazim özbaşına mənim hasarımı yarıya qədər uçurdub.Biz evə gələndə gördük ki,hasar uçurulub və onun pəncərəsi görünür.Sizə yazmağımda məqsəd odur ki,bu cür özbaşınalıq halının aradan qaldırılması üçün məhkəmədə hansı qaydada iddia qaldırmalıyam və hansı sənədləri təqdim etməliyəm.Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Bu cür məsləhətlər ödənişli şəkildə firmamızın hüquqşünasları tərəfindən göstərilir.

Təşəkkür edirik.

2012-06-10

1603  Natiq (03-06-2012) Salamlar.Bir istintaqda şahid qismində ifadə vermişəm amma ifadəm dəyişdirilib,imzamın ekspertizasını tələb etsəm də müstəntiq məhəl qoymur. Bundan ötürü hansı instansiyaya müraciət etməliyəm? Təşəkkürlər.

Salam.

Bununla bağlı məhkəmə prosesində hakimə məlumat verməlisiniz, yaxud yazılı şəkildə baş prokurorluğa məlumat verə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-06-10

1604  Elchin (04-06-2012) salam. sualım beledir men hərhansı bir avtosalondan avtomobil almazdan əvvəl avtomobili test yürüşü etmək istəyirəm və bu zaman hansı öhdəlikləri daşıyıram test yürüşü edərkən? qəza yaranarsa məsuliyyət kimin üzərinə düşür? hansısa müqaviləyə qol çəkməliyəm ya yox? cavaba görə əvvlcədən təşəkürlər

Salam

Bəli. Bu halda ayrıca müqavilənin bağlanmasına ehtiyac var. Və avtomobil ayrıca olaraq sığortalana bilər. 

Müqavilədə tərəflərin məsuliyyəti mütləq göstərilməlidir.

Sualınıza görə təşəkkür edirik.

2012-06-10

1605  Qalib (04-06-2012) Salam. Azərbaycan Respublikasinin vetendashi oz ölkesinden qeydiyyatdan cixmadan her hansi bir olkenin vetendashi ola biler?

Salam.

Qanunvericilik bunu qadağan etmir, əgər digər ölkənin qanunvericiliyi buna imkan verirsə.

Sualınıza görə təşəkkür edirik.

2012-06-10

1606  Orxan (08-06-2012) Salam DEJURE, İşçinin vəzifəsi dəyişərkən əmək müqaviləsində nə kimi dəyişikliklər edilir? Əgər elə deyilsə əmək müqaviləsi yenidən tərtib olunmalıdır? Ümumi nə edilməlidir mümkünsə etraflı izah edərdiz . Təşəkkürlər.

Salam.

Bəli yeni əmək müqaviləsinin bağlanması daha məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

2012-06-10

1607  Terane (08-06-2012) Salam! rəhbər işçini cinayət məcəlləsinin 311.1 maddəsi ilə ittiham edib həbs ediblər. İstintaq davam edərkən müəssisə həmin rəhbər işçini (hansı məcəllənin hansı maddəsi ilə bilmirəm) müvəqqəti vəzifəsindən kənar edib məhkəmənin qərarı çıxanadək müvəqqəti başqa birisini təyin edə bilərmi Nəzərə alsaq ki həmin idarənin rəhbər işçiyə ehtiyacı var Xahiş edirəm ki sualımı ətraflı cavablandırasınız Əvvəlcədən minnətdarlığımı bildirirəm

Salam.

Müəssisənin ali rəhbərliyinin (təsisçilərin) qərarı ilə yeni rəhbər və ya onu əvəz edən şəxsi təyin edə bilər.

Sualınıza görə təşəkkür edirik.

2012-06-10

1608  Elibaba (08-06-2012) Salam! Sud pulu almaq ucun hansi senedler teleb olunur?

Salam.

Qanunvericilikdə \"süd pulu\" anlayışı istifadə edilmir və bununla bağlı münasibətlər (qızı ərə verərkən hər-hansı bir pul məbləğin verilməsi və s.) tənzimlənmir.

Sualınıza görə təşəkkür edirik.

2012-06-10

1609  Orxan (11-06-2012) Salam DE JURE, mənə vəsatətin nümunəsi ıazımdır, mümkünsə köməklik göstərərdiz

Salam.

Vəsatətlərin nümunələrini bu səhifədə əldə edə bilərsiniz - http:]]]dejure.az/erizeler

2012-06-12

1610  Adil (11-06-2012) \"İsti su təchizatı\" və isitmə xidmətlərinin tarifləri Tarif (qiymət) Şurasının müvafiq qərarına əsasən, isti su tarifləri: əhali qrupu üzrə 1 kub metr üçün 40 qəpik, Sual: Bu menziller ücün necə hesablanır, isitmə xidməti başa düşülür onlar mənzilin hər kub metr üçün hesablanır, bəs \"mənzilə isti su təchizatı\" hansı yolla hesablanır? oda mı kubla, yoxsa adam sayı ilə, və yaxud başqa yolla?

Salam.

Məsələ ilə bağlı  “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarı ilə tanış olmağınız məqsədə uyğundur.

Əlavə olaraq bildirək ki, sayğac quraşdırılmamış mənzillərdə bir nəfər üçün aylıq isti su istehlakı norması 2 kub metr həcmində müəyyən edilir.

Sualınıza görə təşəkkür edirik.

2012-06-12

1611  Emin (11-06-2012) salam. İşçinin atası vəfat ederse bu zaman hüzr məclisində iştirak etmək üçün işçiyə işə götürən tərəfindən əmək haqqısı ödənilməklə neçə gün icazə verilir? Belə bir hal baş verib lakin,İdarə rəhbərliyi işçidən hüzürdə iştirakı ilə əlaqədar işdə olmadığı müddətə məzuniyyət yazmağı haqqında ərizə tələb edir. Yəni məzuniyyət kimi qeyd olunmadan həmin dövr üzürlü hal olaraq nəzərə alına bilərmi? Xahiş edirəm qanunvericiliyə istinadən mənə cavab verin

Salam.

Bu məsələ ilə əlavə məzuniyyətin verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Lakın bir çox müəssisələr öz kollektiv müqavilələrində, və ya daxili təlimatlarda toy və ya yas günləri ilə əlaqədar əlavə məzuniyyət günləri (ödənişli) işçilərə verir. Lakın bu məsələnin tənzimlənməsi birbaşa işəgötürənin səlahiyyətindədir.

Sualınıza görə təşəkkür edirik.

2012-06-12

1612  Elibaba (14-06-2012) Salam! 1608-ci suala bir az aydinliq getirmek isteyirem. Sud pulu dedikde, usaq dogularken anaya ayrilmis dovlet terefinden sosial yardim nezerde tutulur. Sag olun!

Salam.

Bu müavinət növü \"süd pulu\" adlandırılmır. Uşağın anadan olmasına görə müavinət adlandırılır. Belə ki, Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Fərmana əsasən həmin müavinətin məbləği - 75 manat təşkil edir.

Sualınıza görə təşəkkür edirik.

2012-06-15

1613  Turab (16-06-2012) Salam Aleykum. Bildiyimiz kimi qacqin shexs her hansi bir dovlet universitetine daxil olduqda illik odenis dovlet terefinden odenilir. Telebe ere gedenden sonra, eger ere getdiyi insan qacqin deyilse, hemin illik odenis yene dovlet terefnden odenilir, ya yox? Sag olun!

Salam.

Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər.

Sualınıza görə təşəkkür edirik.

2012-06-18

1614  Rahila (16-06-2012) Her vaxtınız xeyir, Sizden bir şey maraqlanmaq istərdim, Bilmirəm kömək eləyə biləcəksiniz ya yox. Deməli bizim şirkət fiziki şəxlə nəqliyyət haqqında, yani sürücüllük faliyəti ilə bağlı müqavilə bağlamaq istəyir Bizə lazım olan sənədlər hansılar olacaq? Mən bilən bu halda, licenziya lazımdı? Hansı sənədlər daha lazım olur? Sabah Allah eləməsin nəsə olsa, məsulliyəti kim daşıyır,sürücü və ya işə götürən şirkət? Birdə əgər şirkət licenziya almaq istəsə bunun üçün nə eləmək lazımdı? Sualıma cavab versəz çox məmnun olaram.

Salam.

Əgər taksi xidmətləri göstərilirsə onda bəli lisenziya tələb olunur (Nəqliyyat Nazirliyi tərəfindən verilir) və bu təqdirdə həmin şəxslə xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılır (bu halda sürücü vergi ödəyicisi olmalıdır). Lakın əgər siz həmin şəxsi işçi kimi işə götürürsünüzsə onda ehtiyac yoxdur (sadəcə əmək müqaviləsi bağlanılır). 

Sualınıza görə təşəkkür edirik.

2012-06-18

1615  Elşən (16-06-2012) Salam hörmətli Dejure! Xahiş edirəm aşağıdakı sualımı cavablandırasınız. Hüquqi şəxsin ilkin qeydiyyatı mülki məcəllə və dövlət rüsumu haqqında qanunundan başqa hansı digər hüquq normativ aktların, qayda və ya təlimatların əsasında aparılır. Öncədən Sizə öz minnətdarlığımı bildirirəm.

Salam.

Aşağıdakı qanunları əlavə olaraq nəzərdən keçirməlisiniz. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanun, əgər QHT onda Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanun.

Sualınıza görə təşəkkür edirik.

2012-06-18

1616  Emin (16-06-2012) Enerji Idaresi terefinden mene cerime yazilmisdir. Mende oz novbamda asassiz cerimenin leğv olunmasi ilə əlqədar məhkəməyə müraciət etmişəm.Lakin Enerji İdarəsinin əməkdaşı məndən həmin cərimənin ödənilməsini tələb edir. Məhkəmə hələ işə baxmayıb ayın 21-də baxmasını nəzərdə tutur.Mənə məsləhət verin

Salam.

Məhkəmənin qərarını hər iki tərəf gözləməlidir.

Sualınıza görə təşəkkür edirik.

2012-06-18

1617  Ilkin (18-06-2012) Salam. Menim adima menzil krediti var. Eslinde hemin kredit menim kecmis direktorumundu.Kredit onun oglu rehber oldugu bankda idi. Kreditin vaxtindan 3 il kecib, kreditin mueyyen hissesi(10%) odenib. Meni buna gore ne gozleyir ve men bu kreditin menim olmadigini nece subut ede bilerem(kreditin ayliq odenisi 3000 manat menim maasim ise hemin vaxt 240 manat olub). Cox sagolun.

Salam.

Əgər kredit vaxtında ödənilməsə siz bütün əmlakınızla cavab verəcəksiniz. Kredit götürərkən diqqətli və ehtiyatlı olun. Krediti vaxtında öz direktorunuzun adına rəsmiləşdirilməsini tələb edin. Əks təqdirdə sənədlər əsasında borcu siz ödəməli olacaqsınız.

Sualınıza görə təşəkkür edirik.

2012-06-18

1618  Samire (20-06-2012) salam. evin sexsi mulki yoldasimin adinadir.qeydiyyatda olan oglum,gelinim ve 2 uwaglarini nece qeydiyyatdan cixarda wkbilerem? yoldawim onlarin raziligi olmadan evi kime istese ona da vere bilermi?evvelceden twk.

Salam.

Əgər həmin əmlak nigah dövründə əldə edilibsə o, sizin birgə mülkiyyətinizdir (razılığınız olmasa, heç kimə satıla bilməz). Qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-06-25

1619  Camil (20-06-2012) Bibim 1934-cu ul təvəlüdlüdür. 2006-ci ildə vəfat edib. Ailə qurmayıb. Atam vəfat edənə (1988-ci il) kimi bibim bizimlə (atam, anam və mən) bir yerdə yaşayıb. Atam öləndən sonra da bibim bizimlə (mən və anamla ) yaşamaqda davam edib. Bibimin valideynləri vəfat edib. Babam 1937-ci ildə həbs edilib, məhkəmənin hökum ilə güllələnib. Amma bunu təsdiq edən sənəd mövcud deyil və 1937-ci ildən onun nənəm yaxud uşaqları ilə əlaqəsi barədə heç bir sənəd yoxdur. Bunu dolayısı yolla 7 dekabr 1962-ci ildə açılmış ev dəftəri də sübut edir. Belə ki, bu gunku günə kimi aparılan həmin dəftərdə ev dəftərinin aparılmasına məsul kimi atam, bibim, nənəm qeyd olunub Bibim sağlığında Əmanət Bnkında öz adına açdırdığı əmanət vesabına varis kimi məni təyin edib və bu haqqda bankdakı şəxsi hesabında bu haqda muvafiq qeydləri edib. Mən bibimin bank əmanətinə birdəfəlik ödəmənin alınması üçün varislik şəhadətnaməsi almaq uçun kimə (haraya ) və hansı sənədləri təqdim etməliyəm?Öncədən təşəkkürlər!

Salam.

Bunun üçün agent bank kimi Kapital bank müəyyən edilib. Bütün sənədlərlə ora müraciət etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-06-25

1620  Elşən (22-06-2012) Salam Hörmətli DeJure. Xahiş edirəm aşağıdakı sualımı cavablandırasınız. Bildiyim qədər təcrübədə daşınmaz əmlaka hüquqları qeydiyyata almaq üçün müvafiq sənədlərlə birlikdə ərizə DƏDRX-in müvafiq idarəsinin müvafiq şöbəsinə şəxsən təqdim edilir. Sənədlərlə birlikdə ərizə idarənin ümumi şğbəsinə poçtla göndərildikdə hüquqların qeydiyyatı həyata keçirilirmi? Bu halda qeydiyyatla bağlı ərizədə şəxsin imzasının notarial təsdiqi mütləqdirmi? Öncədən həmişəki kimi Sizə öz minnətdarlığımı bildirirəm.

Salam.

Poçtla da sənədləri göndərə bilərsiniz.

Əgər mübahisə yaranarsa, mübahisəni məhkəmə yolu ilə həll edə bilərsinioz.

Sualınıza görə təşəkkür edirik.

2012-06-25

1621  Natiq (22-06-2012) Salamlar. Bir sualım var,əvvəlcədən təşəkkür edirəm cavab üçün.21 apreldə haqqımda təhqiqat başlayıb,320 ci maddədən və 01 mayda istintaqa verilib amma sübut azdır deyib istintaq başlama qərarı vermirlər.amma buna baxmayaraq artıq 50 ci gündür ki çağırırlar idarəyə.Müstəntiqin bu hərəkəti qanunimidir? Bu qədər uzatmağa ixtiyarı varmı ilkin araşdırmanı? Təşəkkürlər.

Salam.

Əgər işdə sübutlar kifayət deyil. Və müstəntiq süründürməçilik hallarına yol verir, bununla bağlı Baş Prokurorluğa və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-06-25

1624  Camil (27-06-2012) 1619-cu sualla elaqedar. Kapital Banka vərəsəlik shehadetnamesi lazimdir. Notarius ev kitabinda 1962-ci ilden aparilan qeydleri, hemchinin emanetcinin emanet uzre shexsi hesabinin suretini teleb ederek (orada əmanətin mənə vəsiyyət olunması barədə qeyd var) mene vərəsələik şəhadətnaməsi verə bilərmi?

Salam.

Əgər vəsiyyətnamə notarius tərəfindən tanınmırsa mübahisəni məhkəmə qaydasında həll edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-06-29

1625  Vüqar Əskərov (28-06-2012) salam! xahiş edirəm sualımı cavablandırasınız!Mən fiziki şəxs kimi danışmaz əmlak üzərində hüqüqlarımın qeydiyyata alınması üçün DƏDRX nin müvafiq şöbəsinə etdiyim müraciətdən qanunsuz imtina cavabı almışam. İndiki halda Reyestr xidmətinin qərarından hansı məhkəməyə şikayət verməyimi və iddia ərizəsinin hansı məzmunda olmasını bilmək istəyirəm. Əvvəlcədən minnətdarlığımı bildirirəm!

Salam.

Bunun üçün müvafiq İnzibati-iqtisad məhkəməsinə müraciət etməlisiniz (DƏDRX-ın hansı rayon ərazisində yerləşməsindən asılı olaraq 1-ci və ya 2-ci İnzibati-iqtisad məhkəməsinə). İddianın məzmunu sizin tələbinizdən və DƏDRX-ın cavabından asılıdır.

Sualınıza görə təşəkkür edirik.

2012-06-29

1623  Elchin (25-06-2012) Salam. Sualım beledir. Bizim heyet evi babamın adındadı. Babam rehmete gedib. Atam evi söküb yenidən tikib. Nenem yaşayır. Evin senedleri itib. İdarədə lazimi senedler yoxdu. Atam evi nece öz adına keçirə bilər? bunun üçün Babamın bütün evladlarının razılıqı olmalıdır ya yox? Cavabınıza görə təşəkkürlər.

Salam.

Bunun üçün 6 ay ərzində notariusa yaxınlaşmaq lazımdır və vərəsəlik hüquqları tanınmalıdır. Digər övladlar da vərəsəlik hüquqlarına malikdirlər və təbiii ki, hüquqlar rəsmiləşdirilərkən onların razılığı olmalıdır (əgər bir şəxsin xeyrinə əmlak verilirsə).

Sualınıza görə təşəkkür edirik.

2012-06-29

1626  Rehman (30-06-2012) Salam! Vətəndaşa fərdi mənzil tikintisi üçün 5 sot torpaq sahəsi ayrılaraq mülkiyyətinə verilmişdir. Həmin vətəndaş, qonşuluqda qanuni əsaslarla kommersiya fəaliyyəti göstərən sahibkara, şəxsi mülkiyyəti olan torpaq sahəsindən 1 sot satmışdır. İndi DƏDRX-i bildirir ki, rüşvət verməsəniz torpağın təyinatının dəyişdiyini bəhanə edərək, biz həmin sahəni qeydiyyata almayacağıq. Halbuki, Qanunda (TM) iaşə və kommersiya obyektlərinin yaşayış fonduna aid olan torpaq sahələrində inşa edilməsi nəzərdə tutulur. DƏDRX-nin mövqeyi qanunidirmi? Təşəkkür edirəm.

Salam.

Əgər DƏDRX yalnız rüşvətlə əsaslandırırsa əlbəttə ki, qanuni deyil. Bu məsələ ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya və məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-07-02

1627  Emin (01-07-2012) Salam. Mənzil Tikinti Koperativi tarafindan inşa olunan yüksək mərtəbəli yaşayış binasında 63 kv metr oaln 1 otaqlı, tam özəllləşdirilmiş mənzilim var. Qeyd etdiyim mənzilin yəni MTK-ların balansında olan özəlləşdirilmiş mənzillərin komunal haqqı hər kv.m üçün hansı tariflə hesablanır?

Salam.

Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Qərara diqqət yetirməyiniz məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

2012-07-02

1628  Elchin (02-07-2012) Salam? Cavablara görə təşəkkür edirəm. Xarici bir şirkətin Azərbaycanda nümayəndəsi olduğum üçün onun əmtəə nişanından istifadə edirəm. Bəs qanuni nümayəndəsi olmayan şəxslər bu əmtəə nişanından istifadə edə bilərlərmi. (məsələn müəyyən bir avtomobilin logosu).

Salam.

Əgər hüququ təsdiq edən lisenziya müqaviləsi və distribyutor müqaviləsi yoxdursa bu cür hərəkətlər qeyri-qanuni hesab edilir.

Sualınıza görə təşəkkür edirik.

2012-07-03

1629  Anar (03-07-2012) Salam. Hamımızın qeydiyyatda olduğumuz evdən başqa anamın adında başqa ev də var. Həmin evdə heç kim qeydiyyatda deyil. indi anam evi satmaq istədikdə övladların razılıq ərizəsi tələb olunur notariat kontorunda. Axı bu evin biz övladlara nə dəxli var? bu miras ev deyil ki. Hər kəsin öz evi var, ümumi qeydiyyatda olduğumuz ata evi də ayrıdır. bu ev isə sonradan alınıb. Xahiş edirəm bu barədə məlumat verərdiniz.

Salam.

Şəxs o vaxtı əmlakı sərbəst sata bilər ki, həmin əmlak vərəsəlik hüququ ilə məhdudlaşmış olmasln. Bu hal sui-istifadələrə yol verilməməsi üçün nəzərdə tutuıub. Qeyd etdiyiniz əmlak gələcəkdə vərəsələr arasında bölünən əmlaka çevrilə bilər., ona görə əvvəlcədən bu əmlakın müqəddəratı barədə məlumatları olmalıdır. Ona görə də razılıq tələb olunur.

Sualınıza görə təşəkkür edirik.

2012-07-04

1630  Agayev (10-07-2012) Salam. Hüquqi şəxs adi bir vergi ödəyicisi olmayan fiziki şəxsi hansısa işin görülməsi üçün deyəkki təmir bərpa işlərində fəhlə kimi işlədmək üçün götürür. Mən bilən bu muzdlu işci kimi gedir, bəs bunu rəsimləşdirmək üçün necə müqavilə bağlanılmalıdı? podrat müqaviləsi buna biraz uyğundur lakin orda dövlət sosial suğorta tutulmalıdı bəs axı bu fiziki şəxsin heç sosial şəhadətnaməsi yoxdur axı, birdə ola bilər bu məsələ heç podrat müqaviləsi ilə rəsimləşmir, xahiş edirəm bildirərdiz bunu necə rəsimləşdirmək olar. birdə hər hansı müqaviləni məsləhət görməklə müvafiq qanuna isdinat etməyinizi xahiş edirəm. əvvəlcədən təşəkkürmü bildirirəm .

Salam.

Bu münasibətlərə görə həm podrat müqaviləsi, həm xidməti (şəxsin VÖENi olmalıdır) müqavilə uyğun ola bilər. Fərdi sahibkar olan şəxslər 17 manat DSMF vəsait köçürməlidirlər. İstinad Əmək Məcəlləsi, Vergi Məcəlləsi və Sosial sığorta haqqında qanun.

Sualınıza görə təşəkkür edirik.

2012-07-12

1631  Adil (10-07-2012) Salam! mənim oğlum bu il Sankt-Peterburq (Özəl yox məhz) \"dövlət\" universitetinə qiyabi şöbəsinə qəbul olunub! Bilmək istərdim \"Hərbi cağırışdan\" təhsil almaq üçün azad olunurlarmı?Əvvəlcədən təşəkkür edirəm!

Salam.

Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun 21.1.5.-ci maddəsinə əsasən xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək. çağırışçılara möhlət yalnız bir dəfə verilir:

Sualınıza görə təşəkkür edirik.

2012-07-12

1632  Vugar (16-07-2012) salam! Hüquq pozuntusu anlayışı nədir?

Salam.

Hüquq pozuntusu — hüquq normalarının tələblərinə zidd olan və hüquq fəaliyyət qabiliyyəti (delikt fəaliyyət qabiliyyəti) tərəfindən törədilmiş təqsirli hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik). Hüquqi məsuliyyətlə nəticələnir.

Sualınıza görə təşəkkür edirik.

2012-07-18

1633  Elnur (23-07-2012) SALAM. EVIN TEXNIKI PASPORTUNA ESASEN 1938-CI ILDE BABAM TEREFINDEN INSHA EDILMISHDIR. HEMIN EVI HEYETYANI TORPAQ SAHESI ILE BIRGE HUQUQI QEYDIYYATA ALMAQ UCHUN RAYON ICRA HAKIMIYYETINE HUQUQUI SERENCAM UCHUN MURACIET ETMISHEM. ORDAN ISE BILDIRIRLER KI, TORPAQIN AYRILMA SENEDI OLMADIGINDAN VE MERHUMUN ADINA SENED VERMEK MUMKUN OLMADIGINDAN SERENCAM VERE BILMERIK. SUAL: MEN(DAHA DOGRUSU ATAM, MERHUMUN BIRINCI DERECELI VERESESI) HANSI QANUNLARA ESASLANARAQ FERDI YASHAYISH EVIMIZI VE TORPAQ SAHESINI OZELLESHDIRE BILEREM? TESHEKKURLER.

Salam.

Əgər müəyyən dövlət qurumları mülkiyyət hüququnuzu tanımaqdan imtina edirlərsə onda siz məhkəməyə müraciət edib öz mülkiyyət hüququnuzu tanıtdıra bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-07-23

1634  Gunel (23-07-2012) Salam. nigah dövründə mənə alınan torpağı başqa bir şəxsə hədiyə etmişəm. lakin hədiyə etdiyim şəxs hələdə həmin torpaöı rəsmiləşdirməyib öz adına. indi mənim həyat yoldaşım o hədiyəni geri qaytara bilərmi? hədiyəni 2 il bundan öncə hər ikimizdən razılıq alındıqdan sonra verilib. Cavabınızı gözləyirəm. Cox sağolun

Salam.

Əgər hidəyyə bağışlama müqaviləsi ilə rəsmiləşdirilibsə və artıq 1 ildən çox müddət keçibsə onda hədiyyə edilən əmlak hədiyyə qəbul edəndə qalmalıdır. Hər bir halda mübahisə yaranan zaman məhkəməyə müraciət etməyiniz məqsədə uyğundur, çünki nigah dövründə əldə olunan əmlak birgə əmlak hesab edilir.

Sualınıza görə təşəkkür edirik.

2012-07-26

1635  Hafiz (24-07-2012) Salam size bir sualim var 2-ci qrup Qarabaq elli muellim isleye bilermi elilin elliyiyi ayaqinda olan travmadandir

Salam.

Bəli işləyə bilər amma bunun üçün əlavə olaraq tibbi komissiyanın rəyi tələb oluna bilər.

Sualınıza görə təşəkkür edirik.

2012-07-26

1636  Kamran (2012-07-26) Salam! Sualım belə olacaqdır. Nikah bağlanarkən qız Bakı şəhərində, oğlan isə rayonda pasport qeydiyyatında olmuşlar. Nikah Bakı şəhərində bağlanmışdır. Qız iddiaçı tərəf kimi nikahın pozulması üçün Bakıdakı məhkəmə instansiyalarına müraciət edə bilərmi. Məlumat üçün bildirirəm ki, nikahda olduqları müddətdə (2,5 il) hər bir tərəf öz daimi yaşayış yerlərindəki qeydiyyatı saxlamışlar. Təşəkkür edirəm.

Salam.

Mülki Prosessual Məcəlləsinin (MPM) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

Lakın istisnalar da var əgər aliment alınırsa və yaxud yetkinlik yaşına çatmayan uşaqlar iddiaçı ilə qalırsa aşağıdakı müddəalar tətbiq edilir:

MPM-nin 36.3 və 36.5 maddəsləri:

Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.

İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.

Sualınıza görə təşəkkür edirik.

2012-07-26

1637  Rehman (25-07-2012) Salam, hörmətli DE JURE! Vergi orqanları tərəfindən operativ vergi yoxlaması keçirilərkən ən azı neçə müfəttiş olmalıdır? Sizdən xahiş edirəm ki, əgər mümkünsə, operativ vergi yoxlamaları üçün metodik təlimat və yaxud göstərişlə məni tanış edəsiniz. Çox sağ olun.

Salam.

Qanunvericilik bu məsələdə vergi orqanlarına sərbəstlik verir.

Belə ki, Siz Vergi Məcəlləsinin 50-ci maddəsi ilə taniş olmalısınız.

50. Operativ vergi nəzarəti 

50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:

50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən “Fərqlənmə nişanı”nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 

50.1.2. aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi;

50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması;

50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktlarının aşkar edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi; 

50.1.5. (çıxarılıb) 

50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi;

50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halların aşkar edilməsi;

50.1.8. bu Məcəllənin 23.1.3-cü maddəsinə müvafiq olaraq xronometraj metodu ilə müşahidə aparılması.

50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır:

50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar;

50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar;

50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə;

50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda.

50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir.

50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir.

50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması bu Məcəllənin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər.

50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:

50.8.1. vergi ödəyicisinin adı;

50.8.2. VÖEN-i;

50.8.3. çekin vurulmasının tarixi və saatı;

50.8.4. obyektin adı və yerləşdiyi ünvan;

50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ;

50.8.6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;

50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəs

2012-07-26

1638  Rehman (28-07-2012) Salam! 1637-ci sualın cavabına görə təşəkkür edirəm. Lakin, diqqət yetirdikdə mənim sualım Vergi Məcəlləsində göstərilən müddəalar deyil, operativ vergi yoxlamaları üçün Nazirlik tərəfindən tərtib edilmiş təlimat və yaxud göstərişlə bağlı olmuşdur. Yəqin Sizin də təcrübənizdə tez-tez rast gəlinən haldır ki, müvafiq icra hakimiyyəti orqanları öz fəaliyyətlərində bilavasitə qanunları deyil, öz Nazirliklərinin və ya Komitələrinin tərtib etdiyi təlimatı daha üstün tuturlar. Mən bilmək istəyirdim ki, vergi müfəttişi operativ vergi yoxlaması keçirərkən, alınmış mala görə çek vurulmadıqda, bunu qanuni əsaslarla sübut etmək üçün hansı qaydalara əsasən hərəkət etməlidir? Təşəkkür edirəm.

Salam.

Bəli belə bir akt mövcuddur. Onun adı Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Metodiki Göstəriş. Həmin sənədi vergilər orqanlarında əldə edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-07-30

1639  Emin (31-07-2012) Salam. 15 avqust 2012-ci il tarixinden 24 avqust daxil olmaqla asas mezuniyyetde olacam.Qeyd edim ki ise cixma tarixim 27 avqustdur yani heftenin 1-ci gunu.Avqust ayinda 2 gun Ramazan bayrami olmağını nəzərə alsaq bu zaman menim mezuniyyet gunm 29 avqustadak uzadilirimi? İşlədiyim muassanin kadr şöbasi hemin uzadilmiş iki gunu şənbə və bazar gunlari(25-26 avqust)ila uzatdirmisdir. Bu na daracada doqrudur?

Salam.

Əmək Məcəlləsinin 114.6-cı maddəsinə əsasən əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

Sualınıza görə təşəkkür edirik.

2012-07-31

1640  Rehman (01-08-2012) Salam! Vergi müfəttişi kommersiya mağazasında yoxlama apararkən prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Onun hərəkətlərindən Məhkəməyə və eyni zamanda təmsil olunduğu idarəyə şikayət verilmişdir. Vergilər İdarəsi Məhkəməyə iddia verildiyini əsas tutaraq, daxil olmuş şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Şikayətə baxılmasına xitam verilməsi barədə qərar qəbul etmələrinə baxmayaraq, vergi müfəttişinin qanunvericliyin tələblərini pozmaqla tərtib etdiyi akt əsasında icraatı davam etdirmiş və sahibkara qarşı maliyyə sanksiyası tətbiq edilmişdir. Maliyyə sanksiyası haqqında qərardan Nazirliyin Apellyasiya Şurasına şikayət verdikdə, eyni əsaslarla, yəni, Məhkəməyə iddia verildiyini əsas tutaraq, daxil olmuş şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Bu necə olur ki, şikayətə baxılmasına xitam verilir, lakin digər tərəfdən sahibkara qarşı maliyyə sanksiyası tətbiq edilməsi barədə icraat davam etdirilir? Təşəkkürlər.

Salam.

Bununla bağlı pozuntuya yol vermiş məmurların məsuliyyətə cəlb olunması məqsədilə Vergilər Nazirliyinə müraciət etməyiniz məqsədəuyğundur. 

Sualınıza görə təşəkkür edirik.

2012-08-03

1641  Xətai (01-08-2012) Salam! Bələdiyyəyə məxsus torpaq sahəsinə yonca əkilmişdir. Bilərəkdən bələdiyyə sədri sənədlərin torpaq sahibinə verməsini gecikdirmiş və yonca bicilən zaman əkin sahəsini başqa birinin adına sənədləşirməsi aşkar olduqda tərəflər arasında mübahisə yaranmışdır. Rayon İcra Hakimiyyəti bildirir ki, biz kənd bələdiyyə sədrinin işinə qarışa bilmərik. Hətta polis işçiləri də bələdiyyə sədri Qasımov Nofəl və onun əlaltısı məhkumluq həyatı yaşamış Səadət adlı qadının əlində \"kuklaya\" çevrilmişlər. Əkin sahəsinin sənədləşməsi üçün neyləyim? 8 aydır idarələrdə sürünürəm. Neyləyim?İmza:Xətai

Salam.

Məsələ ilə bağlı prokurorluğa və məhkəməyə müraciət etməyiniz məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

01-08-2012

1642  Pasha (03-08-2012) Salam.Bizim qeydiyyatda olduğumuz və hal-hazırda yaşadığımız mənzil qardaşımın adınadır. Qardaşım bir neçə il öncə rəhmətə gedib. Amma hələ onu qeydiyyatdan çıxarmamışıq və mənzili də öz adımıza çevirməmişik Kommunal xərcləri də həmişə ödəmişik (qardaşımın adına da). Bu belə davam etsə bizə bir problem gətirməz ki? Əvvəlcədən minnətdarlığımızı bildiririk.

Salam.

Problem yarana bilər. Bunun üçün 6 ay ərzində notariusa yaxımlaşıb öz vərəsəlik hüququnu tanıtdırasınız və daha sonra Daşınmaz Əmlak Reyestr Xidmətinə müraciət edib öz mülkiyyət hüququnuzu təsdiqlədəsiniz (əgər başqa vərəsələr varsa onların razılığı tələb olunur).

Sualınıza görə təşəkkür edirik.

2012-08-09

1643  İldirim (09-08-2012) Salam! 0,20 ha. torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adları qeyd olunmuş 10 nəfərdən 5-i mənim ailə üzvlərimdir. Mənə və ailə üzvlərimə düşən payın ayrılıb mənə verilməsi üçün məhkəməyə ay yarım əvvəl müraciət etsəm də iş yubadılır. Çünki şəh-də adları olmayan digər qohumlarım həmin torpağı zorla ələ keçirmək və ev tikmək istəyirlər. Artıq həmin sahədə ilkin işlər də görülüb. Bu barədə 102 xidməti vasitəsilə polisə məlumat vermişəm. Bu torpağı bizdən ala bilərlərmi? Biz həmin torpağın mülkiyyətçisimi sayılırıq?Bu işlərin sonu necə ola bilər. Təşəkkür edirəm!

Salam.

Əgər sizin mülkiyyət hüququnuz DƏDRX-ın müvafiq Çıxarışı ilə təsdiqlənibsə sizin mülkiyyət hüququnuz var və təsdiqlənib. Mülkiyyətçilər arasında torpaqların bölünməsi isə məhkəmə tərəfindən həll olunmalıdır, əgər mübahisə varsa. Zorla başqasının əmlakını keçirməyə görə məsuliyyət nəzərdə tutulub.

Sualınıza görə təşəkkür edirik.

2012-08-09

1645  ldirim (10-08-2012) Valideynlərimdən yalnız anam sağdır.Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ona da payçı kimi onun da, mənim və ailə üzvlərimin də adları vardır. Varislikdən məhrum edilərəmcə,təkcə anama düşən paydan, yoxsa mənim və ailə üzvlərimin də paylı torpağından məhrum edilməliyəm? İndi isə şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi barədə məhkəmədə yeni iddia qaldırılıb.Mənim şəhadətnamə üzrə anama aid olan 0,002 hektardan umacağım yoxdur.Lakin böyük qardaşımln təzyiqi altında guya anama əl qaldırdığım barədə (maddə 132) məhkəmə oldu.Bu maddə ləyaqətsiz vərəsə olmaq barədə qətnamə çıxarılmasına əsas ola bilərmi?

Salam.

Bəli əsas ola bilər. Ona görə də mübahisə məhkəmə qaydasında həll edilməlidir.

Sualınıza görə təşəkkür edirik.

2012-08-14

1646  ldirim (10-08-2012) 14 iyunda mənə və ailə üzvləimə məxsus olan paylı mülkiyyətimizin ayrılıb verilməsi barədə Masallı məhkəməsinə müraciət etmiş, 28 iyunda şəxs.vəsiqələri surətlərinin notarusda təsdiq olunmadığı üçün onları alıb təsdiq etdirmişəm. Məhkəmə indiyə kimi bu işi yubadır. İndi isə eyni gündə eyni saatda həm bu işə, həm də qarşı tərəfin 5 gün əvvəl mənim ləyaqətsiz vərəsə olmağım barədə iddia ərizəsinə baxacağı barədə iki çağırış vərəqi göndərib.Çağırış vərəqələrinin biri həyat yoldaşımın adınadır. Halbuki ərizə mənim adımdan yazılıb. yazılmışdır.Hakimin bu işlərlə bağlı maraqlı olması bəllidir. Ona etiraz edə bilərəmmi?2.Ərizə daxil olduqdan sonra hakim hansı müddətdə işəbaxmalıdır?Təşəkkür edirəm!

Salam.

İddia ilə yaxşı tanış olun. Cavabdehin düzgün qeyd olub olmamısını qeyd edin və etirazınızı bildirin.

Sualınıza görə təşəkkür edirik.

2012-08-14

1647  İldirim (11-08-2012) Salam! Oğlum idarə etdiyi maşınla qəza törədib.Maddi ziyan ödənilib. Ölən,yaralanan, xəsarət alan,şikayət edən yoxdur.Lakin bu işlə Polis İdarəsinin İstintaq şöbəsi məşğul oldu. Onlar iddia edirdilər ki guya telefon məlumatı əsasında qəza zamanı xəsarət alan olub.Lakin bu məlumat polisin kitabında da yoxdur. Bu işlə doğrudanmı istintaq şöbəsi məşğul olmalıdır?

Salam.

Məlumatı dəqiqləşdirin. Səlahiyyətli şəxsdə əsas olub-olmamısını müəyyən edin.

Və birbaşa DİN-ə müraciət edin.

2012-08-14

1648  Pasha (11-08-2012) Salam! 1642-ci sualın cavabına görə minnətdaram. İndi isə zəhmət olmasa izah edin. Notariusda öz vərəsəlik hüququmuzu necə tanıtdırmalıyıq? Mənzildə rəhmətlik qardaşımdan başqa ancaq mənim yoldaşım və iki övladım qeydiyyatdadır. Əvvəlcədən təşəkkürümüzü bildiririk.

Salam.

Qeydiyyatda olub-olmamasından asılı olmayaraq ölən şəxsin yaxın qohumları (valideynləri, övladları, həyat yoldaşı) vərəsəsələr hesab edilirlər. Notariusa müraciət edərkən ölüm haqqında şəhadətnamə qohumluğu təsdiq edən sübutlar təqdim edməlisiniz. Əlavə məlumatı notariusun özündən də əldə edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-08-15

1649  Asim (2012-08-11) Salam haminiza islerinizde ugurlar arzu edirem.Menim sualim beledir bir Azerbaycan vetendasi olaraq Gurcustanda yasayan ve ora vetendasi olan qohumlarimin adina avtomobil alib mueyyen muddete Azerbaycanda sure bileremmi?Ve hansi muddete azerbaycan erazisinde qala bilerem hansi senedler esasinda avtomobili alib azerbaycana getirdikde haralara ne qeder dovlet rusumu odemeliyem?Zehmet olmasa etrafli melumat yazin qabaqcadan cox sagolun.

Salam.

Bu məsələ ilə bağlı məsləhətlər ödənişlidir. Çünki ətraflı məlumatın təqdim edilməsi çox vaxt tələb edir və müxtəlif gömrük rejimləri ilə bağlı ola bilər.

Sualınıza görə təşəkkür edirik.

 2012-08-15

1650  Alibaba (12-08-2012) Salam! Vereselik ucun hansi senedler teleb olunur?

Salam.

Bunun üçün xüsusi blok yaratmışıq. Tanış ola bilərsiniz -  Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi

Sualınıza görə təşəkkür edirik

15-08-2012

1651  Gulya (12-08-2012) salam, huquqi sexslerin nizamname kapitalinin nominal deyeri dedikde ne nezerde tutulur?

Salam.

Təsisçilər hüquqi şəxs yaradarkən nizamnyəri arta da bilər bilər əgər hüquqi şəxsin amə kapitalı formalaşdırırlar. Və onların həmin kapitala uyğun olaraq payları olur. Vaxt keçdikcə bu kapitalın dəyəri arta da bilər əgər hüquqi şəxsin gəlirləri artırsa. buna görə də hüquqi şəxsin dəyəri də artır. Lakın nominal nizamnamə kapitalı az da ola bilər misal üçün 20, 30 manat. Lakın şirkətin öz dəyəri daha baha ola bilər.

Sualınıza görə təşəkkür edirik.

15-08-2012

1652  Gulya (12-08-2012) salam, mulki mecelelenin 90.5 ci maddesinde\".. mayalarin meblegi deyismeden butun istirakcilarin mayalarinin nominal deyeri proporsional suretde artir\" ifadesi var bu ne demekdir?yeni mebleg armadan bu nece bas vere biler?

Salam.

Sual - 1651.

Qeyd olunan sual 1651-ci sualında qismən cavablandırılmışdır.

Mülki Məcəllə 90.5-ci maddə:

\"Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən il üçün mühasibat hesabatının göstəriciləri əsasında qəbul edilə bilər. Nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılan miqdarı cəmiyyətin xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının miqdarı və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi keçməməlidir. Cəmiyyətin nizamnamə kapitalı bu maddədə müəyyən edilmiş qaydada artırıldıqda iştirakçıların mayalarının məbləği dəyişmədən bütün iştirakçıların mayalarının nominal dəyəri proporsional surətdə artır\".

Bu məsələni konkret misalda göstərsək bəlkə daha aydın ola bilər. 

İki təsisçi hüquqi şəxs yaradırlar. Nizamnamə kapitalı 100 manat təşkil edir və 100 paydan ibarətdir. Hər birinin payı 50 paydan ibarətdir, yəni 50 faiz. Yəni nizamnamə kapitalın nominal dəyəri 50 manat təşkil edir. 

Bu o deməkdir ki, əgər nizamnamə kapitalı artırılsa, onda onun nominal dəyəri də artır. Belə ki, təsisçilər qərara aldılar ki, nizamnamə kapitalı artırılsın və 1000 manat olsun. Onların payları bərabər olaraq artırılır və 500 manat (pay) olaraq, 50% saxlanılır.

Nominal dəyəri, həqiqi dəyərdən fərqləndirmək lazımdır. Belə ki, 50% payın sahibi, baxmayaraq ki, 50 manatdır. Onun həqiqi dəyəri 10000 AZN ola bilər.

Sualınıza görə təşəkkür edirik.

2012-08-16

1653  Adil (13-08-2012) Salam! Mən məzuniyyətə çıxarkən mənim illik gəlirim hesablndı Amma illik gəlirimi hesablanarkən bəzi aylarda mənim əmək haqqıma 80-90 manat civarında mükafatlarım əlavə olunmuşdur və onların da vergisi tutulmuşdur. indi mənim ümumi 1 illik əmək haqqım məzuniyyət üçün esablanarkən və 12-ə bölüb orta əmək haqqımı taparkən mühasibatda mənim il ərzin bəzi aylarında \"aldıqım mükafatların pulunu çıxdılar\" sonra illik gəlirimi hesabladılar, həqiqətənmi əmək haqqına əlavə edilən mükafat pulları illik əmək haqqı məzuniyyətə hesablanarkən onlar daxil deyil? Bu nə dərəcədə doğrudur? Cavaba görə əvvəlcədən təşəkkür edirəm!

Salam.

Əmək Məcəlləsinin 139.1-ci maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır.

Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasənm əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Sualınıza görə təşəkkür edirik.

2012-08-16

1654  Natiq (22-08-2012 ) Salamlar. AR Cinayət-Prosessual məcəlləsinin 207.4, 217.1 ci maddələrindəki material vaxtı yəni cinayət işi başlamadan istintaq hərəkətləri qadağan edilir. Bəs izahatların alınması, üzləşmənin keçırılməsi, dəfələrlə idarəyə çağırılma praktikasını necə başa düşək bizim polis orqanlarında? Təşəkkürlər.

Salam.

CPM-nin 207.4-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, habelə hadisə yerinə baxış keçirə bilər. Hadisə yerinə baxış istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır.

CPM-nin 217.1-ci maddəsinə əsasən ibtidai istintaq və ya təhqiqat şəklində ibtidai araşdırma (hadisə yerinə baxış keçirilməsindən başqa bütün istintaq hərəkətləri daxil olmaqla) yalnız cinayət işinin başlanması haqqında qərar çıxarıldıqdan sonra aparılır.

Əgər bu müddəaların tələbləri pozulursa birbaşa prokurorluğa və ya daha sonra məhkəməyə müraciət edə bilərsiniz və sılahiyyətli şəxsləri məsuliyyətə cəlb olunmasını tələb edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-08-25

1655  İldirim (23-08-2012) Salam! 1.\"Qərəzli hərəkət\" dedikdə nə başa düşülür? Mən CM-nin \"Xuliqanlıq\" maddəsinin sonuncu sözlərini nəzərdə tuturam. 2.Huquq terminləri lüğəti varmı? Bu tipli suallar üçün orada nəsə axtarmaq olardı... 3.Əgər şəxs anlaqsız vəziyyətdədirsə, alkoqol qəbul edibsə, onun əməli qərəzli hərəkət sayıla bilərmi? Təşəkkür edirəm!

Salam.

Bütün bu məsələləri aydınlaşdırmaq üçün cinayət hüququn nəzəriyyəsi ilə tanış olmaq lazımdır. 

1. CM-nin 5-ci fəsli (təqsir) ilə tanış olun.

2. Əlbəttə var. Kitab şəklində satılır. Terminlər həmçinin qanunların özündə də göstərilir.

3. Bunu artıq tibbi ekspertiza və məhkəmə müəyyən edir.

Sualınıza görə təşəkkür edirik.

2012-08-25

1656  İldirim (23-08-2012) Mən muəlliməm. Uzun illərdir ki, fərdi olaraq insan haqları ilə məşğul oluram. Məkhəmələrdə etibarnamə ilə nümayəndə kimi iştirak edirəm. Bizdə - Masallıda insan haqları hər addımda tapdanır. İnsanlar məmurların əlində girinc qalıb. Tanış hüquqşünas dostlarım, vəkillər də var ki, birlikdə işləmək, insanlara hüquqlarının tanıdılmasında,məhkəmə, polis münasibətlərində məsləhətlər vermək, kömək göstərmək istərdik. De Jure-nin bölgə üzrə nümayəndəliyini açmaq olmazmı? Təşəkkür edirəm!

Salam.

Təbii ki, yaxşı təklifdir. Lakın hələ ki, bizim imkanlarımız o qədər də geniş deyil, baxmayaraq ki, dejure.az saytının köməyi ilə biz çalışırıq əhaliyə kömək edək. Hal-hazırda firma kimi biz hüquqi xidmətləri ödənişli şəkildə həyata keçiririk, lakın \\g\\r hüquqlar taptalanırsa biz çalışırıq imkan çərçivəsində müəyyən kömək edək. Ümidvarıq ki, işlərimizin faydası var.

2012-08-25

1657  İldirim (23-08-2012) Hadisənin təsviri. Kənd toyu. Gecə 23.00 radələri. Toydakılardan biri sərxoş vəziyyətdə rəqs edir. Qonşu stolda əyləşən qohumlarını rəqsə dəvət etsə də onlar bundan imtina edir.Təklifi qəbul edilmədiyindən sərxoş qohum əyləşən qohumlarına söz atır.Rəqs bitəndən sonra onu çölə çağırıb evə aparırlar. Toy ərazisindən 200-300 metr aralıda sərxoş qohumu danlayırlar ki, bu qədər içməyə ehtiyac yoxdur.Bu zaman eyni yolla evinə qayıdan başqa qohum da gəlib çıxır, o da sərxoşu danlayır.Sərxoş özündən çıxır,mübahisə yaranır.Qaranlıqda tutuşurlar. Yoldan keçənlər onları aralamaq istəyir.Hər ikisi yıxılır.Əllərində sıyrıqlar var.Səhəri gün polisə bu barədə məlumat verirlər ki,onu çağırıb xəbərdarlıq etsinlər. Polis ərizə yazdırır,məhkəmə həkiminə əçndərir,təhqiqat başlayır.Sərxoş üzr istəyir,barışırlar.Ağsaqqallar işin xətm olunmasını xahiş edirlər.Polis buna görə pulistəyirPul yox. İş istintaqa gedir.Xuliqanlıq maddəsi ilə iş açılıb.Təkrar təhqiqata qaytarmaq olarmı? Başınızı ağrıtdım. istəi

Salam.

İşin halları doğrudan da qarışıqdır. Əgər polis məmurları rüşvət istəyirlərsə bununla bağlı  Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya müraciət etməlisiniz. Həmçinin prokurorluğa müraciət edə bilərsiniz. Ola bilsin cinayət deyil, sadəcə inzibati xətadır. /Əlavə araşdırmanın həyata keçirilməsi və düzgün tövsifin verilməsi tələb olunmalıdır.

Sualınıza görə təşəkkür edirik.\\

2012-08-25

1658  İldirim (23-08-2012) Başqasına məxsus ərazidə özbaşına tikinti aparılır.Bu barədə 102 xidmətinin,polis Şöbəsinin,RİHB-nin məlumatı vardır.Xəbərdarlıq edilməsinə baxmayaraq tikinti davam edir. CM-nin \"Özbaşına tikinti\" maddəsi ilə bağlı cəzanın verilməsi üçün məhkəməyə kim müraciət etməlidir? Minnətdaram!

Salam.

Həmin daşınmaz əmlakın mülkiyyətçisi də məhkəməyə müraciət edə bilər.

Sualınıza görə təşəkkür edirik.

2012-08-25

1659  İldirim (23-08-2012) Ərizəçi polisə verdiyi şikayət ərizəsindən imtina etmək üçün kimə müraciət etməlidir? Gecəniz xeyrə!

Salam.

Həmin polis şöbəsinə və ya yuxarı instansiyaya müraciət edilə bilər. Lakın cinayət tərkibi müəyyən edilibsə və cinayət işi açılıbsa işə xitam verilməsi yalnız məhkəmə qaydasında mümkündür.

Sualınıza görə təşəkkür edirik.

2012-08-25

1660  Gulya (24-08-2012) salam, eger miras qoyan ogularini vesiyyet uzre verese teyin edirse ve miras acilana qeder ogullardan biri olse onda hemin oglun payi qanun uzre vereselikde oldugu kimi onun ovladlarina kecir yoxsa, diger vereselerin arasinda mutenasib olaraq bolusdururlur?

Salam.

Mülki Məcəllənin 1178-ci maddəsinə əsasən əgər vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülmüşdürsə, lakin mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyildirsə, qanun üzrə vərəsəlik əmələ gəlmir və onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr paylarına mütənasib surətdə alırlar.

Sualınıza görə təşəkkür edirik.

2012-08-25

1661  İldirim (25-08-2012) Masallı məhkəməsində son 1 ayda bir-birinin dalınca mənimlə bağlı 3 məhkəmə keçirilmişdir. Onların 1-i 132-ci maddə ilə bağlıdır.Qətnamələri ala bilmirəm. Hakim deyir ki,sənə 200 manat cərimə yazıb.2-3-cu məhkəmələr eyni günə, eyni saata təyib olunmuşdu. Dəfələrlə müraciət etməyimə baxmayaraq məhkəmə qətnamələrini ala bilmirəm. Kimə müraciət edim? Minnətdaram!

Salam.

Əgər hakimlər öz öhdəliklərini düzgün yerinə yetirmirsə bununla bağlı Məhkəmə-Hüquq Şurasına müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-08-27

1662  Anar (04-09-2012) Salam, öncədən göstərəcəyiniz köməyə görə minnətdarlığımı bildirirəm. Sualım belədir: Mən Şirvan şəhərində yaşayıram, burda bütün ətraf qonşularda olduğu kimi sənəd üzrə 600.0 kv.m amma faktiki 1694.7 kv.m babamin evi və həyətyanı sahəsi var. Babam 1991-ci ildə rəhmətə gedib, babamın adına olan ev və həyətyanı sahə onun vəfatından sonra nənəmin adına keçməsi üçün hansı sənədlər və bu sənədlərin dövlət rüsumunun nə qədər olmasını, nənəmin öz həyətyanı sahəsindən mənə verdiyi bəxşiş torpagda mənim özumə tikdiyim evin sənədləşməsinə dair nə qədər dövlət rüsumu köçürəcəyimi zəhmət olmasa izah edəsiniz. Çəkəcəyiniz əziyyət müqabilində bir daha minnətdarlığımı bildirirəm

Salam.

Öncə siz öz mülkiyyət hüquqlarınızı tanıtdırmalısınız və bununla bağlı Daşınmaz Reyestr Xidmətinə müraciət etməlisiniz (daşınmaz əmlaka dair bütün sənədləri həmin quruma təqdim etməlisiniz)  mübahisə yarandıqda məhkəməyə müraciət etməlisiniz. Rüsumlar barədə məlumatı aşağıdakı normativ aktdan əldə edə bilərsiniz. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Qərar

Sualınıza görə təşəkkür edirik.

2012-09-05

1663  Sevinc (04-09-2012) Salam. Biz 2007-ci ildə həyət evi almışiq. Həyət ümumi idi və heç bir sənədi yox idi. biz onun yalnız iki otagını almışdıq. Təbii ki alqı-satqı müqaviləsi də olmayıb buna görə. Biz pulu natariusla verdik, iltizam kagızı ilə. Yəni gələcəkdə sənədlərimizi düzəlməkdə kömək edəcəkdi. Sonradan öyrəndik ki, ümumi həyətin yalniz tex pasportu olub. orderi də olmayıb. və qaynananın adına. O da çoxdan rəhmətə gedib.Biz ora qeydiyyata necə düşə bilərik. Bəs biz aldığımız 2 otağı ayrıca çertyojunu çəkdirib, sənədsiz ev kimi yəni, ona ayrıca tex pasport, order çıxara bilərikmi?Orada qaz, işiq kodumuz özümüzündür. Ev Bakı şəhəri, yasamal ərazisindədir. Artıq dərəcədə xahiş edirəm, məsləhət verərdiz. Öncədən təşəkkürümü bildirirəm.

Salam.

Əgər daşınmaz əmlak sənətsizdirsə onun rəsmi satılması qeyri-mümkün olacaq. Bunun üçün mülkiyyət hüququnuz tanınmalıdır. Əmlaka dair lazımi sənədlər yoxdursa  yalnız məhkəmə qaydasında həll edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-09-05

1664  Konul (04-09-2012) Salam. Ailenin tek bir ovladinin esger getmemesi ucun er-arvad resmi boshaniblar ki,ata II qrup elil oldugu ucun ogul ona qulluq edirdi ve onu esger aparmadilar. Indi Ogulun 23 yashi var,orta-ali tehsillidir,artiq telebe deyil. 2 gun evvel ata yiol qezasinda helak olub.Faktiki aile biryerde yashayirdi resmi boshanmaya baxmayaraq.Ana 52 yashindadi ishlemir,ogulun esgerlik ishi onu cox narahat edir. Sual:ogulu indi esger aparmalidirlar?

Salam.

Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun-5-ci fəslinə əsasən aşağıdakı şəxslərə hərbi xidmətə çağırışa möhlət verilir (Qanundan çıxarış):

5-ci fəsil

Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi və çağırışdan azad etmə

Maddə 18. Çağırışa möhlət verilməsi

18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir:

18.1.1. ailə vəziyyətinə görə;

18.1.2. sağlamlıq vəziyyətinə görə;

18.1.3. təhsili davam etdirmək üçün;

18.1.4. Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək);

18.1.5. deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar.

18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar.

Maddə 19. Ailə vəziyyətinə görə çağırışa möhlət verilməsi

19.1. Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir:

19.1.1. başqa övladı olmayan I qrup əlil ata, yaxud ana;

19.1.2. 3 və daha çox uşaq;

19.1.3. I qrup əlil arvad;

19.1.4. 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda);

19.1.5. 18 yaşınadək və yaxud I qrup əlil qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda.

19.2. Çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 35 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər.

Qeyd: Bu Qanunun 19.1.5-ci maddəsində nəzərdə tutulmuş “saxlamaq imkanına malik başqa ailə üzvləri” dedikdə çağırışçının maddi və mənəvi yardıma ehtiyacı olan qardaş və ya bacısını saxlamalı, onlara qayğı göstərməli və bunun üçün real imkanlara malik olan qardaş və ya bacının ailə üzvləri nəzərdə tutulur.

Maddə 20. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi

20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir.

20.2. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.

20.3. Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Maddə 21. Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi

21.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir:

21.1.1. ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;

21.1.2. ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;

21.1.3. orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara;

21.1.4. ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək;

21.1.5. xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək.

21.2. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

21.3. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət almış və müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 35 yaşına çatanadək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Qeyd: Bu Qanunun 21.1.4-cü və 21.1.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar təkrar ali təhsil alan çağırışçılara şamil olunmur.

Sualınıza görə təşəkkür edirik.

1665  Rehman (04-09-2012) Salam! Bir nəfər vətəndaş öz dostuna şəxsi mülkiyyətində olan əmlakı bağışlamaq istəyir. Dövlət notariusu bağışlama müqaviləsini təsdiq etmək istəmir ki, siz yaxın qohum deyilsiniz. Guya mülkiyyətində şəxsi əmlak olan birisi, öz əmlakını yalnız yaxın qohumuna bağışlaya bilər. Bu halda isə o, öz əmlakını özgəninkiləşdirmək üçün alqı-satqı müqaviləsi bağlamalıdır. Notariusun dedikləri nə dərəcədə düzgündür? Yəni bizim ölkəmizin qanunlarında vətəndaşların əmlak üzərində hüquqlarını məhdudlaşdıran belə bir müddəa varmı? Təşəkkürlər edirəm.

Salam.

Əslində bağışlama müqaviləsi bağlamaq qeyri-qanuni deyil. Lakın nəzərə alaraq ki, bir çox şəxslər vergilərdən yayınmaq istəyir qanunvericilikdə müəyyən məhdudiyyət var. Belə ki, əgər siz əmlakı bağışlayırsınızsa onda hədiyyə alan, Vergi Məcəlləsinə əsasən bu əmlakın qiymətindən 14% dövlətə vergi ödəməlidir (yaxın qohumlar istisna olmaqla). Əgər bu şərti yerinə yetirirsinizsə onda notarius müqaviləni rəsmiləşdirilməlidir.

 Sualınıza görə təşəkkür edirik.

2012-09-05

1666  Anar (05-09-2012) Salam,zəhmət olmasa mənim mühərrik həcmi 2500 kub sm olan Ford Transit markalı avtobilimi texniki baxışdan keçirmək üçün nə qədər dövlət rüsumu köçürməli olduğumu və avtomobilimdə hansı catışmazlıqlara görə texniki baxışdan keçmə problemimin yarana bilməsi haqqında məlummat verəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm

Salam.

Yol hərəkəti haqqında Qanunun 30.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasında qeydiyyatda olan bütün nəqliyyat vasitələrinə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda ildə bir dəfə texniki baxış keçirilir. İstehsal olunduğu ildə qeydiyyata alınan nəqliyyat vasitəsi həmin ildə texniki baxışa cəlb olunmur. Texniki baxış keçirilməsi üçün \"Dövlət rüsumu haqqında\" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumuödənilir.

Dövlət rüsumu haqqında Qanunun 18.65.1-ci maddəsinə əsasən:

 Nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə:

18.65.1.1. avtonəqliyyat vasitələri üçün - 10 manat;

18.65.1.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün - 5 manat;

Sualınıza görə təşəkkür edirik.

2012-09-06

1667  Marina (07-09-2012) salam nenemi evden qizli şekilde apariblar. 10 gunden sonra o rehmete gedib olarin evinde. olumunden sonra aydin olduki olar vesiyyetname yazdirıblar. men olari nece mehkemeye verim ve hansi senedler lazim olacaq

Salam.

Əgər kənar şəxslər aparıblarsa bununla bağlı prokurorluq orqanlarına müraciət edə bilərsiniz. Lakın miras mübahisəsidirsə bununla bağlı rayon məhkəməsinə müraciət etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-09-10

1668  Kamran (07-09-2012) Salam! Bilmək istəyirəm ki, İnzibati-İqtisadi Məhkəmələrin hakimləri öz qərarlarını ləğv edə bilərlərmi, yoxsa bu birmənalı olaraq, apellyasiya instansiyasının səlahiyyətinə aiddir? Bununla əlaqədar inzibati prosessual qanunvericilikdə son vaxtlar hansısa dəyişiklik olubdurmu? Təşəkkürlər.

Salam.

1-ci instansiya məhəməsi (o cümlədən, İnzibati-İqtisad məhkəmələri) öz qərarlarına yalnız düzəlişlər edə bilərlər (mexaniki və ona oxşar səhvlət), yaxud qiyabi qətnamə qəbul edildikdə onu ləğv edib işə yenidən baxa bilərlər. 1-ci instansiya məhəmə aktının mahiyyəti üzrə dəyişdirilməsi və ya ləğv olunması apellyasiya məhkəməsinin səlahiyyətlərinə aiddir.

İnzibati Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.

Sualınıza görə təşəkkür edirik.

2012-09-10

1669  Adil (12-09-2012) Salam! Apərbaycanda son minimum əmək haqqı 93,50 qəpik təyin olunub. Sual; Minimum əmək haqqı pensiya hesablanarkən hal-hazırda pensiyanın \"baza hissəsi\" 93,50q-lə hesablanmalıdır,Yəni minimum əmək haqqı Pensiya alanların \"Baza hissəsi\"nə də şamil olunurmu? yoxsa əvvəlki 85 manatla!cavaba görə təşəkkür edirik!

Salam.

Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında Qanuna əsasən əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2012-ci il üçün yaşayış minimumu ölkə üzrə 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilsin.

Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında Prezidentin Sərəncamına (31 avqust 2010-cu il № 1077) əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilsin.

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Prezidentin Sərəncamına əsasən:

1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, 2011-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2012-ci ilin 1 yanvar tarixinə:
1.1. bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;
1.2. fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

Gördüyünüz kimi, pensiyanın məbləği minimum əmək haqqından ayrı hesablanır və ayrı normativ aktlarla tənzimlənir. 31 avqust 2010-cu il № 1077 Sərəncam hələ də qüvvədədir.

Sualınıza görə təşəkkür edirik.

2012-09-14

1670  sGulya (14-09-2012) alam. zehmət olmasa \"İdman haqqında genişləndirilmiş hüdudlu Sazişi və həmin sazişin 2007 ci ildə mayın 1-də Avropa Şurası Nazirlər Komitəsinin 117-ci iclasında qəbul edilmiş Əsasnaməsini yerləşdirərdiniz.

Salam.

İdman haqqında Genişləndirilmiş Hüdudlu Sazişin Əsasnaməsinin təsdiq edilməsi barədə Qanun

Bu qədər.

1671  Elchin (15-09-2012) Salam. Menim sualim beledir avtoqezadan sonra avtomobile deyen ziyandan basqa itirilmis ziyani mehkeme yolu ile almaq olarmi(avtomobili satmaq ucun getirmisem ve qezaya dusub qiymeti 25000 manat qezadan sonra onun satis deyeri dusur) Evvelceden teshekkurler.

Salam.

Bəli mümkündür. Bunun üçün məhkəməyə sübutlat təqdim etməlisiniz və Mülki Məcəllənin 21-ci maddəsinə istinad etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-09-17

1672  Paşa (16-09-2012) Salam. Zəhmət olmasa 1997 ci ildə verilmiş özəlləşdirmə paylarının dövlət qiymətini yazın. Çox sağ olun.

Salam.

Həmin  özəlləşdirmə payları (çeklər) dövlət mülkiyyətin özəlləşdirməsi ilə əlaqədar əhaliyə paylanmışdır və hansı bir dəqiq qiyməti nəzərdə tutulmayıb. 

Sualınıza görə təşəkkür edirik.

2012-09-17

1673  Sedreddin (17-09-2012) Salam. Birinci nikahdan olan həyat yoldaşımdan ayrılarkən həmin nikahdan olan dörd nəfər azyaşlı uşağa sonrakı həyat yoldaşım həddi-büluğa çatana kimi baxmışdır. İkinci həyat yoldaşım əmək pensiyasına çıxarkən ögey ana kimi ögey dörd uşağı öz övladı kimi saxladığına görə \"Pensiya haqqında\" Qanunun 15-ci maddəsinin ona şamil olunub-olunmaması barədə izah verməyinizi xahiş edirəm.  Öncədən təşəkkürümü bildirirəm.

Salam.

Xahiş edirik həmin maddəni birdə nəzərdən keçirəsiniz.
 15.1. Ögey ata və ögey ana vəfat etmiş ögey oğlunu və ya ögey qızmı azı beş il tərbiyə etmiş və saxlamışdırsa, doğma valideynlərlə bir səviyyədə əmək pensiyası hüququna malikdirlər.

Sualınıza görə təşəkkür edirik.

2012-09-18

1674  Sedreddin (19-09-2012) Salam. \"Pensiya haqqında\" Qanunun 15.1-ci maddəsi ilə tanış oldum. Orda qeyd edilir ki, Ögey ata və ögey ana vəfat etmiş ögey oğlunu və ya ögey qızını azı beş il tərbiyə etmiş və saxlamışdırsa, doğma valideynlərlə bir səviyyədə əmək pensiyası hüququna malikdirlər. Belə olduğu təqdirdə 15.1- ci maddə mənim ikinci həyat yoldaşıma aiddir ya yox? Bunun aydınlaşdırmağınızı xahiş edirəm.

Salam.

Əgər vəfat etmiş ögey oğlunu və ya ögey qızını azı beş il tərbiyə etmiş və saxlamışdırsa bəli.

Qanunda göstərilən kimi.

Sualınıza görə təşəkkür edirik.

2012-09-20

1675  Seymur (22-09-2012) Salam mən bu yaxinlarda maşın almışam sahibi maşının heçbir vuruğu olmadığını biıdirdi mende inandım alqı-satqı etdik... bir necə gündən sonra Suğorta ya gedəndə məlum olduki maşın bir dəfə cuxura duşüb və 2300 manatliq maşına xəsarət dəyib matorxana hissəsində bir cox hissə dəyişib... Mən bilmək isdəyiremki meni aldatdıqlarına görə təzminat davası və yaxut hərhansısa bir dava aca bilərəm?

Salam.

Əgər hər hansı bir alqı-satqı müqaviləsi bağlanılıbsa və qeyd etdiyiniz şərtlər müqavilədə əks olunubsa onda əlbəttə ki, iddia qaldırıb zərərin əvəzin ödənilməsini tələb edə bilərsiniz, və yaxud nəqliyyat vasitəsini qaytarıb pulları geri ala bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-09-24

1676  Gulya (23-09-2012) salam, cinayet prosesi istirakcilari dedikde istintaq,tehqiqat orqanlari,prokrorluq ve mehkeme de nezerde tutulur?

Salam.

CPM-nin 7.0.18-co maddəsinə əsasən cinayət prosesinin iştirakçıları — təhqiqatçı, müstəntiq, prokuror, habelə zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, onların qanuni nümayəndələri və nümayəndələri, şübhəli və ya təqsirləndirilən şəxs, onların qanuni nümayəndələri, müdafiəçi, mülki cavabdeh, onun qanuni nümayəndəsi və ya nümayəndəsidirdir.

Sualınıza görə təşəkkür edirik.

2012-09-24

1677  Aziz (24-09-2012) Salam! Son dövrlər Klublar futbol transferləri zamanı futbolçunu gələcəkdə tam transferi ilə birlikdə icarəyə götürürlər. Sual: Necə düşünürsünüz bunu lizinq saymaq olarmı?

Salam.

Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən  lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

Bu cür müqavilələr xüsusi olaraq fərqlənir. Və mövcud mülki qanunvericiliklə tənzimlənmir. Buna görə də lizinq anlayışını bura aid etmək, fikrimizcə düzgün olmaz.

Sualınıza görə təşəkkür edirik.

24-09-2012

1678  Ramazan (24-09-2012) sabit gəliri olmayan atadan aliment formasında hər uşaqa görə nə qədər aliment tutulmasına qərar verilə bilər?

Salam.

Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

  • uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
  • uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
  • və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər

Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən

Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində müəyyən edilə bilər.

Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

Sualınıza görə təşəkkür edirik.

2012-09-25

1679  Ferid (24-09-2012) Salam. Bir nece ildir ki, tehlukesilik cihazlarinin qurulmasi, hazirlanmasi xidmeti gosterirem. Indi ise isteyirem bunu bir firma shekilinde edim. Yani qisa olaraq ishci qrupu yaradim ve ish sahemi boyudum. Hal hazirda VOEN-im yoxdur. Bakida yashayiram amma Masallida qeydiyyatdayam. Men bilmek isteyirem ki, Firma yaradib, qanunu MMC nishani ile xidmet gostermek ucun hara ve nece muraciet edim. Cavabiniz ucun evvelceden Teshekkur edirem.

Salam.

Bunun üçün sadəcə vergi orqanlarında qeydiyyatdan keçməlisiniz və hüquqi şəxs yaratmalısınız. Bizim firmaya müraciət edə bilərsiniz (əlaqə). Bizim xidmətlərimiz ödənişlidir.

Sualınıza görə təşəkkür edirik.

2012-09-25

1680  Elibaba (25-09-2012) Salam! menin sualim behle elaqelidir. Ev kiraye vermek ucun kirayisinden ayda 120 manata ev kirayesi danisilb. ve sonuncuda 80 manat beh alinib, ve sozlewilib ki, 4 gunden sonra kirayiwin evde yawamalidir. 4 gunun tamaminda kiyayiwin evde qalmaqdan boyun qacirib ve verdiyi 80 manati geri isteyib. ev yiyesi ise ya evde qalib 40 manatda tezeden vermeyi, ya da behi geri qaytarmaqdan boyun qacirdigini bildirdikde ise kirayisin polisle pulunu alacagini bildirib. Ev sahibinin behi qaytamamaq huququ ve kirayiwinin ise pulu geri istemek huququ varmi? xahis edirem bu barede oz fikirlerinizi bildiresini! Allah razi olsun!

Salam.

Əgər tərəflər arasında beh müqaviləsi bağlanılıbsa və müqavilədə verilən behin qaytarılmaması nəzərdə tutulubsa onda heç bir problem yoxdur və hətta məhkəmə qaydasında həll edildikdə məhkəmə beh alanın tərəfin tutmalıdır. Yox əgər heç bir müqavilə bağlanmaybsa və bu şərtlər əvvəlcədən razılaşdırılmayıbsa onda beh verən haqlıdır, çünki beh alan sübutları təqdim edə bilməyəcək.

Sualınıza görə təşəkkür edirik.

2012-09-27

1681  Elibaba (26-09-2012) Salam! Maqistiral yolda (konkret olaraq Qazax-Aqstafa yolunda) DYP-nin radar isaresi olmayan bir yerde, ustelikde suruculer ucun gizlin olan yeni gorunu bilmeyen yerde radar aparati ile durmasina qanunla icaze verilirmi? 

Salam.

Siz yuxarı orqanlara müraciət edə bilərsiniz. Amma Yol-Patrul Xidməti haqqında Təlimatına əsasən patrul və əməliyyat-xidməti nəqliyyat vasitələri ilə aparılan nəzarət aşkar, gizli və qarışıq olmaqla üç növə bölünür. Ola bilsin onlar bu müddəaya istinad edə bilərlər, bu halda siz bildirə bilərsiniz ki, radarlara aid deyil (4.2-ci bənd: gizli nəzarət - xüsusi rəng qrafikası olmayan xidməti-əməliyyat və digər nəqliyyat vasitələrində mülki geyimdə və ya xidməti geyim formasında olan YPX inspektorlarıtərəfindən, əsasən sutkanın işıqlı vaxtında aparılır.)

Sualınıza  görə təşəkkür edirik.

2012-09-27

1682  Natiq (27-09-2012) Salamlar. Zəhmət olmasa iki sualımı cavblandırardınız. CM-nin 79 cu maddəsinə dəyişikliklər layihəsi hazırlandığı haqda məlumatlar doğrumudur? Və ya artıq dəyişiklik olması doğrumudur? Və bu maddədə nəzərdə tutulan şəxsiyyət əleyhinə ağır cinayət kateqoriyasına CM-nin 178.2.3 maddəsi daxilmidir? Təşəkkür edirəm.

Salam.

CM-nin 79-cu maddəsinə aid son dəyişikliklər 2007-ci ildə olub (424-IIIQD saylı qanun). 

Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən CM ilə nəzərdə tutulmuş əməllər böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.

CM ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.

178-ci maddədən çıxarış:

178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə —

178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edilən cinayət ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏRə aid edilmir. Bu cinayət İQTISADİ SAHƏDƏ CİNAYƏTLƏRə aiddir.

Sualınıza görə təşəkkür edirik.

2012-09-27

1683  Gulya (28-09-2012) Salam, mülki işlər üzrə birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarından və həmcinin apellyasiya instansiya məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarından kassasiya instansiyasına şikayət etmək olar? MPM də mən qanuni qüvvəyə minmiş ifadəsinə rast gəlmədim.yəni ümimiyyətlə qanuni qüvvəyə minmiş qərardan kassasiya şikayəti mümkündür hər bir halda ?

Salam.

Qanuni qüvvəyə minmiş qətnamə və qərarlardan yalnız yeni açılmış hallar üzrə yenidən baxıla bilər (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu) və ya \"insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında\" Konvensiyanın müddəalarını pozularkən (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi) baxıla bilər (MPM 44-1, 45 fəsilləri). 

Sualınıza görə təşəkkür edirik.

2012-10-01

1684  KOnul (01-10-2012) Salam. Men bankda bash muhasib ishleyirdim. 2005-2008-ci iller uzre Bankin fealiyyetini Korrupsiya Idaresinden yoxladilar ve Idare Heyetinin sedrine,kredit shobe mudurune ve mene bash muhasib kimi CM-in 308.2 maddesi ile cinayet ishi acdilar. Ne istintaq zamani tam gunahsizligim haqqinda yazdigim mektublara,vesatetlere, ne de mehkemenin gedishinde beraet telebime baxmadilar. 20 iyun 2012-de 1 il sinaq muddeti verdiler. Appelyasiya shikayetim de temin olunmadi, yene qerar quvvede qaldi. Yeqinki Ali Mekhemeye de shikayet verecem, ancaq biliremki, onsuz da pul vermesem beraet olmayacaq. Sadece bir mesele meni narahat edir. Men ixtisasca huquqshunasam BDU-da oxumusham. 3 ile yaxin huquqshunas stajim da var,indi yene huquqshunas ishleyirem. Ancaq bilmirem Ali Mehkemede beraet almasam bele, 1 il sherti muddet bitenden sonra, kollegiyaya uzv ola bilerem, ya mutleq beraet almaliyam? Vekiller Kollegiyasina uzvluk qaydalarinda bu haqda ne deyilir? Qorxuram,indi beraet ala bilmesem, sonra peshman olaram.

Salam.

Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunun 8.2-ci maddəsinə əsasən ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada alınan tibbi rəyə əsasən əqli qüsurlarına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmayan, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər vəkil ola bilməzlər.

Ona görə də məhkumluğunuz tam götürülməlidir. Lakın əgər cinayəti törətməmisinizsə axıracan mübarizə aparmağı və bəraət qazanmağı məsləhət bilirik.

Sualınıza görə təşəkkür edirik.

2012-10-01

1685  Konul (02-10-2012) Cavabiniza gore teshekkur edirem. Amma Siz bu sistemi menden gozel bilirsiniz,ve \"korrupsiya yazibsa demek nese var\" mentiqli hakimlerimiz ne cox..(( Demeli texminen 1 ilden sonra mehkumlugum odenilecek ve o zaman vekil ola bilerem? Amma hele qerarim quvveye minmeyib, ve men axiracan mubarize aparmaga qerar versem bu xeyli muddet uzana biler ve menim 1 illik sinaq muddetimin aximi bashlanmayacaq. Bu arada kollegiyal imtahan vere bilerem axi hele baremde quvveye minmish qerar yoxdu? Cavabiniza gore evvelceden teshekkur edirem!

Salam.

Bəli bu mümkündür qanunvericiliyə uyğun olaraq.

Sualınıza görə təşəkkür edirik.

2012-10-04

1686  Konul (02-10-2012) Size bi sualim da var: Sabuncu Icra Hakimiyyeti bu ilin avqustundan verdiyi qerarla binalarin fasadini deyishir ve buna gore camaatin hamsinin qanunsuz artirmalari qalsin bir yana, qanuni balkonlarinin sokurki, ozumuz fasada uygun tikeceyik. Yaxshi bunu basha dushduk, bes heyetlerin ici barede kim qerar verir? Bu haqda hara ve kime shikayet etmek lazimdir? Bu gun icraadan camaata xeberdarliq gelib ki,3 gun erzinde balkonlari sokun yoxsa ozumuz sokeceyik. Ixtiyarlari var?

Salam.

Əkər əlavə tikinti baş vermişdirsə və buna dair rəsmi icazə varsa, həmçinin həmin artırmış sahə üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd mövcuddursa onda məsələ ilə bağlı birbaşa məhkəməyə müraciət edə bilərsiniz.

Əks təqdirdə artırmalar qanunsuz həyata keçirilmişdir.

Sualınıza görə təşəkkür edirik.

2012-10-04

1687  Emin (03-10-2012) Bankda olan depozitariya (saxlanc) xidmatindan man mustari olaraq muqavila asasinda saxlanc qutusu kirayalayarak bank xidmatindan istifade etmisam. Bank terefinden saxlanc qutusuna aid istifadame verilmis 2 acardan 1 itirmisam Lakin muqavila sartlarinda itirilmis acarin erimesi her hansi serti maliyye vahide veya mebleqle gostarilmamisdir. Lakin bank mandan itmis acarin dayarin odamak maqsadi ila cox yuksak qiymatda pul odamayimi talab edir, Muqavilada bu hal nezere alinmayibsa bank mandan istadiyi mablaqda odanis talab ede bilermi?

Salam.

Əgər bu şərt əvvəllər müqavilədə nəzərdə tutulmayıbsa, tərəflər qarşılıqlı razılaşma əsasında məsləni həll etməlidirlər. Əks təqdirdə məhkəmə vasitəsilə həll ediləcək. Hər bir halda məbləğ ağlabatan miqdarda olmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2012-10-04

1688  İlqar (05-10-2012) Salam Dejure.Bilmek isterdim hansi halda yani ne qeder staji oldugu halda rehmete gedenin aile uzvleri DSMF-den aile bashchisini itirmeye gore pensiya ala biler?Bildirim ki rehmete gedenin 36 yashi olub.staj hesablanarken herbi xidmet dovru nezere alinirmi?rehmete gedenin 3.5 il herbi xidmeti ve 2006 ci ilden Sosial sigorta shehadenemasi olub.ve her ay vergi ve sosial sigorta xerclerini odeyib.Evvelceden teshekkurumu bildirirem.

Salam.

Sosial sığorta haqqında Qanunun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır.

Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir:

ailə başçısını itirmək;

Ətraflı və detallı məsələlərin həlli üçün DSMF-nin regional və baş idarəsinə müraciət etməlisiniz.

2012-10-19

1689  Rauf (06-10-2012) Salam. Sualim JEK-den verilen Forma 2 ile elagadardir.Forma 2 gore JEK pul isteyir.Vermeyende, deyir onda get ishiq, su, qaz ve telefon idarelerinden borc olmamaq haqqinda arayishlari getir ve sonra deyir gedek eve baxaq gorek texpasportla ev duz gelirse onda verek?Bu telebler ne geder qanunidir ve men JEK ile hansi qanuna esasen danishmaliyam?Teshekkur edirem.

Salam.

Əgər MKİS süründürməçilik hallarına yol verirsə və Arayışı təqdim etməkdən yayınır, bununla bağlı məhkəməyə və yerli  icra hakimiyyəti orqanlna müraciət edə bilərsiniz, və dəymiş zərərin əvəzini, həmçinin məsul şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-10-06

1690  Gulya (07-10-2012) salam. CPM-in 45.3 maddesinde \" Boyuk ictimai tehluke toretmeyen askar cinayete dair sikayet uzre tehqiqatci cinayet isini baslamadan sadelesdirilmis icraat aca biler\" cinayet isi baslamadan sadelesdirilmis icraat dedikde ne nezerede tutulur.Yeni bu ne demekdir?

Salam.

Bunun uchun CPM-nin XXXIX fəsil ile tanish  olmalisiniz (Böyük İctİmaİ təhlükə törətməyən aşkar cİnayətlər üzrə məhkəməyədək sadələşdİrİlmİş İcraat).

Sualiniza gore teshekkur edirik.

2012-10-09

1691  Gulya (07-10-2012) Salam CPM.de 39 cu maddede cinayet teqibini istisna eden hallar qeyd olunub ve 40ci maddede ise cinayet teqibinin heyata kecirilmemesine imkan veren hallar qeyd olunub. Bunlar bir-birinden ne ile ferqlenir? axi her ikisinin de esaslari texmini eynidi meselen 40.2 ve 39.1.11 muqayise edin.onsuz 39.1.11 deki esaslar olduqda cinayet teqibi istisna olunur bunun tezden 40.2 qeyd olunmasinin ne menasi var?

Salam.

Maddə 39. Cinayət təqibini istisna edən hallar

39.1. Aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir):

39.1.11. cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda;

Maddə 40. Cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar

40.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir.

40.2. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş aşağıdakı hallarda təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər:

40.2.1. səmimi peşmanlıq çəkdikdə;

40.2.2. zərər çəkmiş şəxslə barışdıqda;

40.2.3. şərait dəyişdikdə;

Xahish edirik birde nezerden kechiresiniz.

2012-10-09

1692  Gulya (07-10-2012) salam. CPM in 53.7 ci maddesinde qeyd olunur ki teqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayətin törədilməsi, habelə sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törədilməsi halları istisna edilməklə, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət törətmiş şəxslərin müəyyən edildiyi cinayət təqibi üzrə dayandırılmış icraata xitam verilir\"axi CM -e esasen teqsirlendirilen sexs eger gizlenerse muddet dayandirilir ve ona gore de muddetin kecmesi bas vermir? bu maddede bes ne demek istenilir?

Salam.

Eyni zamanda ashagidaki maddelere de diqqet yetirin

48.3. Təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənməsi, cinayət təqibi üzrə icraatın dayandırılmasına səbəb olan digər hallar olduğu müddət, habelə cinayət işinin ona təqdim olunmuş materialları ilə tanış olduğu müddət bu Məcəllənin 48.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərə daxil deyildir.

53.1. Cinayət təqibi üzrə icraat aşağıdakı hallarda dayandırıla bilər:

53.1.3. təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndikdə;

Sual;n;za gore teshekkur edirik.

2012-10-09

1693  İrade (13-10-2012) Salam, zəhmət olmasa bir məsələ ilə bağlı fikrinizi bildirərdiz , deməli Cavabdeh törətdiyi əmələ görə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, bilmək istiyərdim ona zərərin ödənilməsi barədə mülki qaydada iddia hansı məhkəməyə verilməlidi? birdə həmin təqsirləndirilən şəxs zərərcəkmişə qarşı az ağır cinayət törədmişsə və bu məhkəmənin hökümü ilə qanuni qüvvəyə minmişsə zərərcəkmişin ona qarşı sonradan CPM nin 190.0.3. maddəsinə əsasən konpensasiya haqqında iddia qaldırmaq hüququ varmı?

Salam.

CPM 183-cü maddəsində qeyd olunur ki: “Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər.”

MPM-nin 42-ci maddəsinə əsasən cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir.

Sualınıza görə təşəkkür edirik.

2012-10-14

1694  İldirim (15-10-2012) Salam! Təhsil Şöbəsinin əmri ilə 24 gün müddətində ixtisasartırma kursuna göndərilmişəm. Ezamiyyə xərclərimi bir gün üçün 13 manatdan ödəyiblər. Halbuki Nazirlər Kabinetinin \"Ezamiyyə xərclərinin ödənilməsi qaydalarında bir günlük ezamiyyə xərci 45 manat nəzərdə tutulmuşdur. 2.Həmin qaydalarda bu vəsaitin 80 faizi(36 manat) mehmanxana məsrəflərinə xərclənməlidir. Lakin bir günlük mehmana ödənişinin 15 manat olması barədə sənəd təqdim etmişəm. Bu məqsədə ayrılmış məbləğin qalan hissəsini də verməlidirlərmi? Təşəkkür edirəm!

Salam.

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması (1. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 45,0 manat müəyyən edilsin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilir.

Müvafiq sənədlərlə təsdiq edilmiş yolda məcburi dayanma vaxtı üçün xərclər müəyyən edilmiş normalara əsasən ödənilir.

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının  20 faizini gündəlik xərc (yemək, rabitə, şəhərdaxili nəqliyyat  və digər xidmətlər üzrə xərclər daxil olmaqla) təşkil edir.

Gündəlik xərc - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir.

Mehmanxana xərcləri - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsi daxilində müvafiq təsdiqedici sənədlər əsasında, təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda isə ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi miqdarında ödənilir.

Əgər çeki təqdim etmək mümkün olmasaydı siz 1 günə 18 manat almalı idiniz.Və əlavə olaraq 9 manat digər xərclər üçün. 

İşçilərin Ezamiyyə Qaydaları

Sualınıza görə təşəkkür edirik.

1695  Faiq (2012-10-15) Salam! Mən maşın aldıqdan sonra məlun olduki bu maşın məhkəmənin arestindədir. Texpasport birici sahibin adınadır, borcu olduğu üçün bütün mülkiyyətinə arest qoyulub. Maşını aldığım adama qaytara bilmədim, öz adıma da keçirdə bilmirəm. Bu halda nə etmək olar?

Salam.

Məhkəməyə müraciət edib həbsdən azad etmək tələbi irəli sürmək lazımdır. Lakın məsələ mürəkkəbdir və məhkəmə bu tələbi yerinə yetirməyə də bilər əgər müvafiq sübutları təqdim etməsəniz. Əvvəlcədən həmin nəqliyyat vasitəsini etibarnamə ilə yox alqı-satqı müqaviləsi vasitəsi ilə alınması vacib idi. 

Sualınıza görə təşəkkür edirik.

2012-10-15

1696  Farid (15-10-2012) Salam. Düz 1 il əvvəl bir xanım maşın ilə içkili vəziyyətdə və sürücülük vəsiqəsi olmadan maşını sürərək mənim yol qırağında düzgün dayanmış maşını vurmuşdu. Həmin şəxsər mənə vurduqları ziyanı ödəməkdən boyun qaşırdılar. Mən mülki iddia qaldırdım. Həm maşının sahibinə həm də hadisəni törədən şəxsə. Qeyd edim ki maşın yararsız vəziyyətə düşmüşdü, və mən onu çox ucuz qiymətə satmalı oldum. Məhkəmə mənim iddiamı təmin etdi və həmin şəxslərə qarşı exspertizada qeyd olunmuş məbləğin müştərək olaraq ödənilməsi haqqında qərar çıxartdı. Nəqliyyat vasitəsinin sahibi dəyən ziyanın yarısın ödəyərək öz məhsuliyyətin bağladı. Digər xanım isə 3 aydır icraat başlamasına baxmayaraq dəyən ziyanı ödəmir.Bu xanım məhkəmələrdə bilərərkdən iştirak etməyib və indiki halda icra məmurlarının tələblərinə tabe olmur və icra şöbəsinə gəlmir(icra məmuru onu bir neçə dəfə xəbərdar edib). İcra şöbəsi bu şəxsin axtarışa verilməsi ilə bağlı qərar çıxardıb.İndiki halda bu şəxsi cinayət məsuliyyətinə cəlb etmək olarmı?

Salam.

Hal-hazırda yox. Əvvəlcə o inzibati məsuliyyətə cəlb olunmalıdır, daha sonra artıq cinayət məsuliyyətinə. Həmçinin onun əmlakına həbs qoyula bilər (əgər varsa).

Sualınıza görə təşəkkür edirik.

 15-10-2012

1697  Murad (16-10-2012) salam mənim sizə bir sualım var.Mən 1991-ci ildə XDS nin qərarı ilə pavilion tikmək üçün 72 kv torpaq sahesi birde abadlasdirma üçün 1750 kv torpaq sahesi ayrilib.həmçinin bununla bağlı mənə həmin torpağın eskizidə verilib. indi bələdiyyə deyirki sənə ayrılmış 1750 kv torpaq sahəsi bələdiyyə mülkiyyətidi bu hansı qanunvericiliklə doğrudur.məndə halhazırda bu torpağı özəlləşdirmək istiyirəm,mən neyləməliyəm? Əvvəlcədən sizə minnətdarlığımı bildirirəm

Salam.

Məsələ ilə bağlı məhkəməyə müraciət etməlisiniz və mülkiyyət hüququnuzu tanıtmalısınız.

Sualınıza görə təşəkkür edirəm.

2012-10-17

1698  İrade (17-10-2012) Salam bundan qabaq ki sualı (1693 ) cavablandırdıqınız üçün təşəkürmü bildirirəm lakin sizə tamam başqa məsələ ilə bağlı müraciət etmişdim , xahiş edirəm suala diqqət yetirəsiz, sadəcə olaraq bilməy istəyirəm əgər Cavabdeh törətdiyi əmələ görə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum olunubsa ona qarşı zərərin ödənilməsi barədə mülki qaydada iddia hansı məhkəməyə verilməlidi? birdə həmin təqsirləndirilən şəxs zərərcəkmişə qarşı az ağır cinayət törədmişsə və bu məhkəmənin hökümü ilə qanuni qüvvəyə minmişsə zərərcəkmişin ona qarşı sonradan CPM nin 190.0.3. maddəsinə əsasən konpensasiya haqqında mülki qaydada iddia qaldırmaq hüququ varmı?

Salam.

Ola bilsin cavabı tam oxumadınız. Ona görə də birdə təkrarlayırıq. 

MPM-nin 42-ci maddəsinə əsasən cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir.

Belə ki, MPM-nin 35.1-ci maddəsinə əsasən  qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

Bəli maddi və mənəvi zərərin əvəzin ödənilməsi ilə bağlı Mülki Məcəllənin 21-ci maddəsinə əsasən məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-10-18

1699  Natiq (18-10-2012) Salam.2002-ci ilde yoldasimla evime qeydiyyata dusmek ucun mehkemeye muraciet etmisdir.Mehkeme proses vaxti emlaka hebs qoymusdur.Iddianin aidiyyetinin duzgun olmadigi ucun mehkeme qerardadla erizeni redd etmisdir.Indi hemin evi satmaq ucun BTI-den forma 1 almaq ucun mehkemenin hebsin goturulmesi haqqinda qerardadi laizmdirmi?

Salam.

Əgər həbs üçün əsas yoxdursa artıq aidiyyəti məhkəməyə müraciət edib həbsi aradan götürə bilərsiniz.

Əlavə olaraq bizim firmaya yaxınlaşaraq hüquqi məsləhət verə bilərik. Ödənişli şəkildə.

Sualınıza görə təşəkkür edirik.

2012-10-20

1700  Valeh (19-10-2012) Salam hormetli De-Jure! Baki Bulvar idaresi bize gece saatlarinda Bulvarda Velosiped surmeye icaze vermir. Biz(daha dogrusu bir nefer yeni mudirimiz) bir nece defe surmeye cehd gostersek de Muhafizeciler bize hec bir esas getirmeden kobudluq derecesine catan mudaxileler etmishler.Bize bildirmishler ki biz yalniz Velosiped surmek ucun mueyyen olunmus erazide yeni Bulavarin artirilmish hissesinden istifade etmeliyik.Guya bizim Velosiped surmeyimiz bulvarda istirahet eden vetendashlara manecilik toredir. Halbuki biz gece saat 00:00 dan sonra velosiped surmeye cixiriq bu vaxt ise orada cox az insan olur.Biz Bununla bagli Bulvar idaresine resmi muraciet etsek de onlar hec bir huquqi esas getirmeden bizim mektubumuza musbet cavab vermemishler.sualim bundan ibaretdir ki Baki Bulvarinin huquqi statusu hansi qanunla tenzimlenir ve biz pozulmush huquqlarimizi mehkeme qaydasinda nece berpa ede bilerik? Evvelceden teşekkur edirem!!!

Salam.

Bəli bu məsələ ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz. Lakın Azərbaycanda olan mövcud şəraitdə bu məsələ mübahisəli ola bilər. Çünki velosiped üçün xüsusi ayrılmış yollar olmalıdır, nəinki bulvarda bütün şəhərlərdə və bütün bunlar qanunvericiliklə tənzimlənməlidir. Dənizkənarı Bulvar İdarəsinə (və ya onun nəzdində olan Kommunal xidməti və abadlaşdırma müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyəti, Dənizkənarı Milli Park müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı iddia qaldırılmaq olar 

Sualınıza görə təşəkkür edirik.

2012-10-20

1701  İldirim (23-10-2012) salam! Mirasın və vərəsəliyin müəyyən edilməsi məqsədilə Masallı məhkəməsinə müraciət etmişdim. Məhkəmə qərardadında göstərilmişdi ki,təqdim olunan sənəd surətlərinin hamısı notariusda təsdiq olunmalı,3 manat əvəzinə 20 manat rüsum ödənməli və göstərilən nöqsanlar düzələndən sonra məhkəməyə təkrar müraciət olunmalıdır. Elə də etdim.Eyni hakim material icraata götürüləndən 2 ay sonra deyir ki, bu işə ya reyestr xidməti, ya da iqtisad məhkəməsi baxmalıdır.Əgər baxıla bilməzdisə niyə qərardadında belə yazmışdı? Elə əvvəldən deyə bilməzdimi ki, bu iş bizlik deyil.İndi isə deyir qərardadı səhv vermişəm,gəl imza et ki,iş baxılmamış saxlanılsın.Hakim haqlıdırmı? Nə etməli? Minnətdaram!

Salam.

Hesab edirik ki, hakimin həmin qərardadından apellyasiya instansiyasına şikayət etmək olar. Çünki MPM-nin 31-ci fəslinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi məhkəməyə aiddir və rayon (şəhər) məhkəməsi tərəfindən baxıla bilər. Həmin hakimdən isə Məhkəmə-hüquq şurasına şikayət edə bilərsiniz və gələcəkdə o hakim yenidən bu işə baxsa ona etiraz etmək hüququnuz var.

Sualınıza görə təşəkkür edirik.

2012-10-24

1702  Kamran (24-10-2012) Salam! Birinci instansiya məhkəməsində heç bir araşdırma aparılmadan qəbul edilmiş qərardan apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiyası elə ilk iclasda, apellyasiya şikayətində göstərilən hallara aydınlıq gətirmədən I instansiya məhkəməsinin qərarını qüvvədə saxlanması barədə qərar qəbul etmişdir. Apellyasiya instansiyasının İnzibati İqtisadi Kollegiyası ilk iclasda qərar qəbul edirsə, bu halda İnzibati Prosessual Məcəllənin hansı müddəası pozulmuş olur? Təşəkkür edirəm.

Salam.

İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsində apellyasiya instansiyasının səlahiyyətləri göstərilir. Əgər hesab edirsinizsə həmin instansiyada məsələ tam araşdırılmamışdır və sizin sübutlarınız ola-ola onları nəzərə lmamışdırlar onda kassasiya şikayəti verə bilərsiniz.

87. Apellyasiya instansiyası məhkəməsində icraat

87.1. Apellyasiya instansiyası məhkəməsi daxıl olmuş şikayətin surətini digər proses iştirakçılarına göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan digər müvafiq tədbirləri görür.

87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir.

87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir.

87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir.

87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər:

87.7.1. İnzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;

87.7.2. İnzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.

87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

87.10. Məcburetmə haqqında iddia üzrə şikayət təmin edildiyi hallarda apellyasiya instansiyası məhkəməsinin qərarında, inzibati orqanın həmin qərar əsasında qəbul etdiyi inzibati akta qarşı şikayətin birbaşa həmin apellyasiya instansiyası məhkəməsinə verilməsi (hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti) göstərilməlidir.

 Sualınıza görə təşəkkür edirik.

2012-10-24

1703  Ceyhun (27-10-2012) Salam, İşəgötürən təşkilatın bütün işçiləri ilə (vəzifəsindən və işindən aslı olmayaraq rəhbərlikdən tutmuş xadiməyə qədər)3 aylıq əmək müqaviləsi bağlaya bilərmi? Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Yalnız Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

Sualınıza görə təşəkkür edirik.

2012-10-28

1704  Gulya (28-10-2012) Salam. mütəxəssis ilə ekspert arasında hansı fərq var?CPMdəki maddələri xahiş edirəm qeyd etməyəsiniz.Onları məndə oxumuşam .Sadəcə izahat versəniniz və praktiki misal göstərsəniz daha yaxşı olar.zəhmət olmasa.

Salam.

Mütəxəssiz rəy vermir, ekspertdən fərqli olaraq. Mütəxəssis hansı bir sahə üzrə biliklərə malik olan bir şəxsdir, ona görə də onun köməyi ilə ekspertə suallar da hazırlana bilər. Məhkəmə mütxəssisi dəvət edir ki, hansı bir sahə üzrə daha çox və ətraflı məlumat vermək, izat etmək üçün.

Sualınıza görə təşəkkür edirik.

2012-10-28

1705  KAmran (04-11-2012) Salam! İPM-nin 36.4-cü maddəsinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Təcrübəli hüquqşünaslar bu müddəanı bir qədər geniş şərh etmiş olsaydılar çox minnətdar olardım. Cavabınıza görə əvvəlcədən təşəkkür edirəm.

Salam.

Subsidiar dedikdə əsas tələb sayılmayan tələbdir. Və əsas tələb verildikdə baxılması mümkündür.

Sualınıza görə təşəkkür edirik.

2012-11-05

1706  Qasanov (07-11-2012) Salam. Menim 28-yasim var,1-qrup elilem,stajim yoxdu,ata -anam vefat edib.6 ay olar ki qeydiyyatda olduqum rayondan cixib şehere emimin evine (ailə üzüvü kimi yox) qeydiyyata düsmüsem, rayonla 10 il olar hec bir elaqem yoxdur.atamnan qalan ev-eşikde ise atamin obiri arvadi ve uşaqlari qalir.rayonda mənim adima olan heçnə yoxdu,birce ümumi 6-neferlik ovaxtki(artiq 4ük,2-si vefat edib)ailemizin adina olan ovaxtlar paylanan (keyfiyyet sortu 3cü növ)olan 0.09 hektar torpaq sahesi varimizdi.Menim 60azn pensiyeden başqa heç bir qazancim yoxdu,mənə neçə azn sosial yardim düşür?

Salam.

Bununla bağlı sosial müdafiə orqanlarına müraciət etməlisiniz.

Aşağıdakı sənədlər sizə kömək olabilər:

  1. Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında Qanun
  2. Sosial yardım təyin edilməsi barədə Ərizə
  3. Ünvanlı dövlət sosial yardımı haqqında Qanun

Sualınıza görə təşəkkür edirik.

2012-11-08

1707  Qasanov (07-11-2012) Salam. Qohumumun belə bir suali var.Usaq olarkən ata-anam boşanib amma mən atamin evində qeydiyyatdayam,indi evlenmişəm və yoldaşim(atasinin evində qeydiyatdadir) ve 3-yaşli qizim başqa şəhərdə kirayə (60 azn-e)evde qaliriq.Özüm də isləmirəm,heç kimnən də köməyim yoxdur.Mən dövlətdən nə kimi yardim ala bilerem ve ne qeder.texminen. Bes hansi senedler lazimdi yardima.Cox xaiş edirem etrafli yazin

Salam.

1706-cı sualda sizin məsələniz barədə məlumat verilib.

Sualınıza görə təşəkkür edirik.

2012-11-08

1708  Qasanov (11-11-2012) Salam mesel üçün 2012 il ehtiyac meyyari 84 manatdi tutaq ki men de 23azn sosial yardim aliram, 2013 ilinde ehtiyac meyari 93azn olsa menim sos yardimim avtamatiçiski 33azn olacaq yoxsa artmayacaq?

Salam.

Ünvanlı sosial yardımın artırılması üçün və ya indeksləşdirilməsi üçün, əlavə ərizə ilə müraciət etməyinizi məsləhət görərdik.

Sualınıza görə təşəkkür edirik.

2012-11-12

1709  Qasanov (12-11-2012) Salam. Öncəki seuallara cavab verdiyiniz üçün təsəkkür edirəm,ALLAH razi olsun.ovaxt ailəmizə dövlət tərəfindən paylanan torpaqda mənim də payim var,torpağim olduğu üçün sosial yardim çox az düşür,sosial yardimimin artmasi məqsədi ilə o torpaği hediyye etmek yaxud satmaq olarmi?evvelceden tesekkurler

Salam.

Təbii ki, əgər o torpaq sizin mülkiyyətinizdədirsə, onu sata da bağışlaya da bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-11-14

1710  Rehman (14-11-2012) Salam! Məhkəmə araşdırmaları zamanı, əvvəllər torpaq sahələrinin texniki ekspertizası Ədliyyə Nazirliyinin müvafiq strukturu tərəfindən həyata keçirilirdi. Hazırda torpaq sahələri ilə əlaqədar həmin fəaliyyət Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən icra olunur. Sizdən xahiş edirəm ki, Prezidentin bu dəyişikliklə əlaqədar Sərəncamını göndərəsiniz. Təşəkkürlər.

Salam.

Məhkəmə ekspertizası təyin ediləkən iş Məhkəmə Ekspertiza Mərkəzinə göndərilir (məhkəmə qərərdadında torpaq komitəsinin ekspertlərin cəlb olunması da göstərilə bilər). Hal-hazırda bu səlahiyyətlər Ədliyyə Nazirliyinə məxsusdur (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə).

Sualınıza görə təşəkkür edirik.

2012-11-14

1711  Elvin (14-11-2012) salam,evvela bele bir online huquq portali istifadeye verdiyiniz ucun size teshekkur edirem.sualim beledir.merhum atam yashadigigimiz evi tiken vaxti, evimizin dam demirleri ustune dusherek dunyasini deyishmishdir. atamin olum sehadetnamesinde, atamin faktiki olum sebebi duzgun yazilmamishdir. sehadetnamede olum sebebi qefleti olum yazilmishdir. men oyrenmek isteyiremki atamin faktiki olum sebebini nece uze cixarim ve hansi orqanlara muraciyyet edim. sizden xahish edirem sualimi obyektiv cavablandirasiniz.evvelcedem teshekkurler!

Salam.

Bununla bağlı məhkəməyə müraciət etməlisiniz və faktı təsdiqləyən sübutları təqdim etməlisiniz. Əgər cinayətə əlamətləri varsa prokurorluq orqanlarında müraciət etməisiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-11-14

1712  Ceyhun (15-11-2012) Salam Dejure,Təşkilatda işəgötürən öz xahişi ilə işdən azad olunursa, yeni işəgötürənlə işçilər arasında yenidən əmək müqaviləsi bağlanmalıdırmı? Bu prosses necə tənzimlənir? Əvvəlcədən minnətdaram.

Salam.

İşəgötürən ya hüquqi şəxs ya da fərdi sahibkar ola bilər. Əgər hüquqi şəxsin direktoru dəyişdirilirsə o demək deyil ki, işəgötürən dəyişilir (Əmək Müqaviləsinin başlığında belə yazılır: Bu əmək müqaviləsi (kontraktı), (bundan sonra «Əmək müqaviləsi») işəgötürənin səlahiyyətlərini həyata keçirən “______________” MMC, «İşəgötürən» - cəmiyyətin direktoru ___________________________və «İşçi» _______________________). Sadəcə işəgötürənin rəhbəri şəxsi dəyişilir. Bütün əmək müqavilələri qüvvədə qalır.

Sualınıza görə təşəkkür edirik.

2012-11-16

1713  Qasanov (15-11-2012) Salam evvelki cavablara göre size tesekkur edirem.Bilmek isteyirem ki,meselen,ailenin 0.09hektar pay torpaq sahesi var ve sosial yardim ucun muraciet edende torpaqin qazancini cixib sora sos.yardim teyin edirler.O,toraqin sot ve ya hektari nece hesablanir?her sot ucun ne qeder qazanc hesablanir?

Salam/

Əvvəlki suallar oxşar mövzuda idi və eyni mövzu üzrə artıq 5-6 dəfə müraciət etmisiniz və onların hamsını cavablandırmışıq. Daha ətraflı məlumat sizə yalnız DSMF verə bilər (hesablanma qaydası nazirlər Kabinetinin qərarlarında var; burda tapa bilərsiniz)

Sualınıza görə təşəkkür edirik.

2012-11-16

1714  Kamran (18-11-2012) Salam! Bilmək istəyirəm ki, СНиП 2.05.02-85 (İnşaat Norma və Qaydaları) Azərbaycan Respublikasında qüvvədədirmi? Əgər qüvvədədirsə, xahiş edirəm Azərbaycan dilində olan variantını yükləyəsiniz. Çox sağ olun.

Salam.

Buna oxşar aktları bu ünvanda əldə edə bilərsiniz. Hal-hazırda Azərbaycan dilində bu akt mpvcud deyil.

Lakın müvafiq qaydalar var: “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında və Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında NK-nin qərarları.

Onlar ödənişli şəkildə sizə təqdim edilə bilər (əlaqə üçün 055 7121462).

Sualınıza görə təşəkkür edirik.

2012-11-19

1715  Elvin (19-11-2012) Salam. Sizə belə bir şərait yaratdığınız üçün təşəkkür edirəm. Mənim sualım belədir: Mən Lənkəran şəhərində yaşayıram. Bizim ev \"hökumət həyəti\" deyilən bir yerdə yerləşir. Həyətdə neçə illər idi ki, yalnız dirəkləri qoyulan bir yarımtikili ev var idi. Qonşuya məxsus idi. Nəsə 2 il bundan əvvəl o evi tikdi. Tikmək qalsın bir qırağa. Evi tikəndən bəri qonşulara gün verir işıq vermir. Tikdiyi evi kimə gəldi kirayə verir. Orda qalanlar da ağzına gələn pis söyüşləri danışır. Həyətdə də qız var, gəlin var. Atam bir dəfə icra hakimiyyətinə şikayət etdi. Gələn kimi də getdilər (yəqin rüşvətlə yola saldı). Ev demək olar ki, mehmanxanadı. Heç bilmirəm də evin sənədləri düzdür yoxsa yox. Hökumət həyətində olan bu evin yerini deyilənə görə xalq cəbhəsi dövründə alıb. Mən bununla bağlı nə edə bilərəm? Necə mümkündür onu cəzalandırmaq? Vallah atama yazığım gəlir. Qonşular da qorxurlar ondan heç nə demirlər. Xahiş edirəm cavab verin. Təşəkkürlər!

Salam.

Əgər həmin şəxslər əsayişi pozurlar və qeyri-qanuni hərəkətlərə yol verirlərsə bununla bağlı hüquq-mühafizə orqanlarına (polis, prokurorluq, məhkəmə) müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

19-11-2012

1716  Elvin (19-11-2012) Salam. Mən ADNA-da magistraturanın qiyabi şöbəsində 1-ci kursda oxuyuram. Bildiyiniz kimi dərslər dekabrın 5-i başlayır. Mən o vaxta kimi yəqin ki, dekabrın əvvəllərində işə düzələcəm. Sualım budur ki, mən işə qəbul olan kimi dərslərimlə əlaqədar akademik məzuniyyət götürsəm mənə maaş və ya maaşın qanunla nəzərdə tutulmuş hər hansı faizi veriləcəkmi? Təşəkkürlər!

Salam.

Əmək Məcəllənin 123.2-ci maddəsinə əsasən ğdənişli təhsil məzuniyyəti müddətində işçiyə bu Məcəllənin 177-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əmək haqqı ödənilir.

Qayda belədir (177.2 və 177.3):

  • Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.
  • aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlükəmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur.

Sualınıza görə təşəkkür edirik.

Nəzərinizə çatdırırıq ki, həftədə 3 sualdan çox vermək olmaz.

2012-11-19

1717  Nicky (19-11-2012) Salam size bir sualla muraciet etmek isteyirem,xahis edirem komeklik edesiniz.19.07.2012 il tarixinde saat 10 radelerinde bizi Yevlax Berde yolunun texminen 3-4 kilometirliyinde Shahinin yemekxanasi deyilen yerde bizi yol emkdasi saxlatdi kemerden istifade etmediyimiz ucun,Qeyd edimki men sernisin idi,dusdum kenara ,surucu senedi verdi ve oz sefini bildi.Yol polisinden sorusdumki kemer sizdede olmalidir ve ozunuzu teqdim etmelisiniz.Yol polisinin ozude hec bir kemerden istifade etmemisdir onu sorusduqda bize dediki yol polisi kemer taxmir.men telefonumu cixardim zenge,onlar cekirem hesab edib istediler,vermedikde mene Ulfat ve Ehtiram adlarinda olan iki polis sexsi qolumu burub telefonu elimden almaq istediler,10 YP 981 nomreli bmw markali masin idi,ozlerinide teqdim etmediler yaxalarinda dow nisan,bawlarinda papaq yox idi,Mesele cox uzandi Ombudsmana ve DYP yazdim mene lazimi cavab vermediler,Sizden xahis edirem komeklik edesiniz huququmu berpa etmeye,ustunden aylar kecib baxilmr,Natiq

Salam.

Bununla bağlı Daxili İşlər Nazirinə və Baş prokurorluğa müraciət etməyinizə məsləhət görürük.

Pozuntuya yol verən məmurlar məsuliyyətə cəlb olunmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2012-11-20

1718  Ceyhun (2012-11-20) Salam, MMC nin direktoru təsisçi ilə əmək müqaviləsi bağlamalıdırmı? Bağlamalıdırsa müqavilənin forması digər işçilərlə bağlanan adi müqavilə formasında bağlanılır? Əvvəlcədən təşəkkür edirəm. 

Salam.

Bəli bağlanmalıdır. Əmək Müqaviləsinin nümunəvi forması Əmək Məcəlləsinə əlavə edilib.

Sualınıza görə təşəkkür edirik.

2012-11-20

1719  Ceyhun (20-11-2012) Salam, İşçi öz xahişi ilə öz vəzifəsindən azad olduqda (sabəb göstərmir, sadəcə ərizədə çıxmaq istədiyi tarixi göstərirsə) Əmək Məcəlləsinin hansı maddəsinə uyğun işdən azad olunmalıdır? Əvvəlcədən minnətdaram.

Salam.

Əmək Məcəllənin 69-cu maddəsinin tələblərinə uyğun olaraq rəsmiləşdirmə aparılmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2012-11-21

1720  Nicky (20-11-2012) Men DYP mektub unvanlamisam ancaq cavab vermirelr 102 xidmetine zeng vurdum laqeyd yanasdilar deyirler gel Bakiya her bir vetendas her defe paytaxta uz tutanmazki.Yerli orqanlar mesgul olmalidir onun ucun size uz tutdum ki mene siz komek edesiniz. Mektublarima cavab gelmir DYP den. Insan huqulari Ombudsan da baxmadi bu ise biz bes kime uz tutaq.Sin dediyiniz kimi o orqanlarada yazsam uz tutsam yenede dusunuremki onlara qarsi tedbir gorulmeyecek,musteqil dovletimizde bezen laqeydlikler olur.Yenede minnetdaram sizlere sagolunki cavab yazdiniz.Natiq

Salam.

Belə olmaz təbii ki. Ola bilsin cavablandırma müddəti hələ başa çatmayıb. Müraciət etməyinizi təsdiq edin. Poçtla göndərərkən xəbərnamə ilə göndərin. Əgər 1 ay ərzində xəbər gəlməsə, həmin xəbərnamələrin surətlərini qoşub yenidən müraciət edin (eyni zamanda Prezidentə, Baş prokurorluğa və s.).. Müraciət edərkən öz adınızdan və ünvanızdan müraciət edin, çünki anonim məktublar qəbul olunmur.

Mütləq cavablandırılmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2012-11-21

1721  Emin (25-11-2012) Salam...Azerbaycan qanunvericiliyinda avtomobilda videoqeydiyyat qurgusu qurasdilirması yasaq deyil ki? Qeyd edim ki avtomobilimda videoqeydiyyat kamerası var(on şüşəyə yapışdırılmışam və avadanlıq zavod istehsallıdır) bunu DYP mandan çıxardılmasını tələb edə bilərmi? Qanunvericiliyə istinadən cavab verməyinizi xahiş edirəm.

Salam.

Həmin qurğunun istifadəsi Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında Qanun (23 dekabr 2003-cü il № 565-IIQ) ilə tənzimlənə bilər:

12. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr.

Sualınıza görə təşəkkür edirik.

2012-11-27

1722  Nicky (26-11-2012) Mingəçevir şəh. F.Əzimov küç.ev33.mən.25 ünvanında yaşayan Mahmudov Natiq Firdovsi oğlu. Dövlət Əmlak Komitəsinin 2006 ci ilden 105.5 kv m. sahəsi olan obyektin icarədarıyam. Bu obyekt Mingəçevir şəhərində 3-cü kateqoriyalı binaaltı yerdə yerləşir.Xahiş edirəm dovlet qiyməti nədirsə mən onu bilmək istəyirəm və mənə maraqlıdır ki. indiyədək dövlət rüsumu ödəyirəm. Buna gorə güzəşt olunurmu.

Salam.

Əgər həmin əmlak dövlətə aiddirsə və satılırsa onun qiyməti hərrac vasitəsilə müəyyən edilir və bu məsələlərlə Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzi məşğul olur. Onlara müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-11-27

1723  Kerim (27-11-2012) SALAM,AHILLIGA GORE QADINLAR NECE YASINDAN MUAVINET ALA BILERLER?

Salam.

Sosial müavinətlər haqqında qanunun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud  18  yaşına çatanadək sağlamlıq  imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxan əlil uşaqları.

Qanunun 7.0.2ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə müavinət hallarda təyin edilir.

Sualınıza görə təşəkkür edirik.

2012-11-27

1724  Natiq (27-11-2012) Salam size bir sualla muraciet etmek isteyirem mene komeklik edesiniz xahis edirem.Sosial yardimla bagli Yevlax seher ESMM-ne muraciet etdim ancaq mene sosial muavinetin dusmediyini bildirdiler 263 manat aklatdir 210 manat aliram yoldasim islemir ve iki azyasli usagim var 3 yasina catmayan.Mene bu maashla ne qeder sosial yardim duse biler ve nece ede bileremki bunu alim,adima ev,masin ve s emlak yoxdur

Salam.

Dövlət orqanı öz cavabını rəsmi əsaslandırmalıdır. Əgər həmin cavab ilə razı olmasanız məhkəməyə müraciət edə bilərsiniz. 

Sualınıza görə təşəkkür edirik.

2012-11-28

1725  Natiq (28-11-2012) Salam dovlet orqani hec bir yazili melumat vermir sadece men sizden oyrenmek isteyiremki dusur mene qanuni sosial yardim ya yox,menim oz hesablamalarima gore dusur,ancaq Yevlax ESMM bunu vermek istemir,Mehmekede dovlet orqanidir burada.Bununla bagli qaynar xett varmi.tesekkurler

Salam.

Xeyr. Bu məhkəmə orqanı deyil. Bu De Jure təşəbbüs qrupudur. Və biz çalışırıq imkan dairəsində əhaliyə hüquqi yardım göstərək. Əgər öz hesablarınız əsaslıdırsa yazılı şəkildə müraciət edin DSMF-in yerli qurumuna, daha sonra həmin qurumun rəsmi cavabını aldıqdan sonra (əgər mənfi olsa) məhkəməyə müraciət edə bilərsiniz və DSMF-in mövqeyini mübahisələndirə bilərsiniz. Aidiyyəti normativ aktları biz sizə artıq göndərmişdik. Onların əsasında ünvanlı sosial yardım sizə düşüb-düşməyəciyini müəyyən edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-11-30

1726  Şöhrət (30-11-2012) Salam. Yashadigimiz ferdi yashayish evi ozeldir, lakin evin yerlershdiyi torpaq sahesinin ise senedi yoxdur (yeni, hemin torpaq sahesi (9,5 sot) evin texniki pasportunda sadece faktiki torpaq sahesi kimi qeyd olunub, senedle nezerde tutulan torpaq sahesi ise 0-dir). Sozugeden torpaq sahesinin ozelleshdirilmesi (senedleshdirilmesi) uchun ne edilmeli ve haraya muraciet olunmalidir? Muracietime baxdiginiza gore evvelceden teshekkurumu bildirirem.

Salam.

Təbii ki, torpaq sahəsinin mülkiyyətçisi müəyyən edilməlidir. Bununla bağlı yerləşdiyiniz rayon üzrə yerli icra hakimiyyətinə və bələdiyyəyə müraciət etməlisiniz. Və daha sonra həmin torpaq sahəsi üzrə icarə müqaviləsi və ya sahənin alınması ilə bağlı tədbirlər görə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-12-04

1727  Emin (01-12-2012) Hormetli redaksiya onceden Sizlere deyerli meslehetlerininz ucun tesekkurumu bildirirem. Qeyd edim ki,bir neçə ay qanunsuz olaraq gün aşırı(bir gündən bir)heç bir əmr olmadan gecə növbəsində işləmişəm.Qeyd edim kiçəmək müqaviləmdədə işə götürənlə iş saatlarında tamami ilə başqa işlərin icrası göstərilsədə əsassız olaraq gecə növbəsi qanunsuz yaradılaraq rəsmiyyətsiz olaraq 2 əməkdaş (o cümlədən həmin əməkdaşdan biri mən olmuşam )gecə növbəsi işlərinə cəlb olunmuşlar mühafizəçi qismində.Lakin istər işçi olaraq mənim razılıq ərizəm olmamış istərsədə hər hansı əmr rəsmləşdirilməmişdir.Bütün bunlarla bərabər qeyri iş günlərində (şənbə,bazar,bayram günlərində)müəssisə işləmədik də, sutkalıq yəni 24 saat işləmişəm.Yalnız bunu əsaslandırmağım üçün həmin növbələrin təhvil təslimi üçün nəzərdə tutulan möhürlənməmiş kitabda qeydiyyat aparmışıq mühafizəçi 2 əməkdaş olaraq öz aramızda.Bilmək stərdim ki, məhkəməyə müraciət edərək,gecə saatları üçün əmək haqqı tələb edə bilərəmmi? hazırda işdən azadam

Salam.

Əgər bu halın qeydiyyatını aparmısınız və müvafiq qaydada rəsmiləşdirmisiniz. Bununla bağlı öncə əmək müfattişliyinə müraciət edə bilərsiniz ki. aidiyyəti üzrə araşdırmalar aparsın və onların nəticəsində məhkəməyə müraciət edə bilərsiniz, həmçinin onların yoxlamasını gözləmədən də məhkəməyə müraciət edə bilərsiniz ki, ödənilməmiş məbləğlər ödənilsin.

Sualınıza görə təşəkkür edirik.

2012-12-04

1728  İsmail (04-12-2012) Salam! Anam 1954-cu ilin 7 avqustunda anadan olub. O teqaude ne vaxt cixacaq? 12 il is staji var. Atam teqaude cixmamis rehmete gedib. Atamin da teqaudunu ala bilecekmi?

Salam.

Əmək pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.

Həmin Qanunun 14-cü maddəsinə əsasən:

14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:

14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları:

14.1.1.1. 18 yaşına çatmamış;

14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 

14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;

14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə;

14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.

14.2.      sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər.

14.3.      Xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığortaolunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır.

Sualınıza görə təşəkkür edirik.

2012-12-06

1729  Elvin (04-12-2012) Evvela salam.Sualim beledir men her hansi bir tanidigim vetendas haqqinda Rayon(şəhər) qeydiyyat şöbəsine muraciyyet etsem,vetendas haqqinda arayis ala bilerem ya yox . Bu suala cavab menimcun cox onemlidir sizden xahish edirem mumkun qeder mene tez cavab veresiniz.evvelceden teshekkurler!

Salam.

Əgər zərurət varsa və əsaslıdırsa bu məsələ ilə bağlı Daxili Işlər Nazirliyi Pasport Qeydiyyatı Idarəsiə (MAPS sistemi) müraciət edib elə orda bu məlumatı əldə edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-12-06

1730  Murad (06-12-2012) Salam Vətəndaş Nuranə xanımla İlqar bəy arasında 1994-cü ildə nigah olub.1998-ci ildə Nuranə və İlqar bəyin yaşadığı mənzil, Akif bəyin anasının adına özəlləşib. 2006-cı ilin əvvəlində evin mülkiyyətçisi yəni Akif bəyin anası rəhmətə gedib. Elə həmin ilin dekabrında Elmira xanımla Akif bəy arasında olan nigah legv olunub. Birgə nigahdan Elmira xanımın 2 qızı var (əmək qabiliyyətli hesab olunurlar).Bildirmək istiyirəmki Elmira xanım və qızlar sözü gedən mənzildə qeydiyyatdadırlar.2012-ci ilin avqustunda Akif bəy evi öz adına keçirdib və indi həmin mənzili öz bacısına bagıslamaq isteyir. Elmira xanım isə bu hərəkətin baş verməsini istəmir və razılıq ərizələridə vermir. Nəzərinizə çatdırımki, İlqar bəy evi bacısına bağışlamaq üçün natariusa müraciət etmiş, natarius öz novbəsində bağışlanmanı etməmişdir.(səbəb: digər qeydiyyatçıların razılıq ərizələrinin olmaması.). Sual 1 Mən bilmək istərdimki, Nuranə xanımın və iki qızının razılıq ərizələri olmadan bağışlanma mümkündürmü?

Salam.

Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.

Qeyd etdiyiniz məsələdə aydın görünür ki, şəxsin iki qızı var və onlar onun gələcək vərəsələridir və həmin əmlaka hüquqları var. Həmçinin qeyd olunan şəxslər qeydiyyatdadır və  Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu bəndinə əsasən yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.

Sualınıza görə təşəkkür edirik.

2012-12-07

1731  Murad (06-12-2012) Hörmətli Dejure kollektivi sualım beledir? iradə xanımla Akif bəy arasında nigah 1994-cü ildə olub.onların yasadıqları mənzil 1998-ci ildə Akif bəyin anasının adına özəlləşib.(özəlləşmədə İradə xanımda iştrak edib)Evin mülkiyyətçisi 2006-cı ildə vəfat edib.Onun övladı Akif 2012-ci ilin avqustunda İradə xanımın və qızlarının razılıqları olmadan öz adına keçirib.Bilmək istərdimki bu nə dərəcədə doğrudu? və bu halı ləğv etmək üçün neyləməliyəm? Əvvəlcədən öz dərin minnətdarlığımı bildirirəm

Salam.

Bununla bağlı məhkəməyə müraciət etməlisiniz və notariat kontorunu məsuliyyətə cəlb etmək üçün Ədliyyə Nazirliyinə müraciət etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-12-07

1732  Ceyhun (07-12-2012) Salam, Zəhmət olmasa deyərdiz satılan malların üzərinə gəlir məqsədilə neçə faiz pul qoymaq olar? Bu məsələ hansı hüquqi normativlərlə tənzimlənir? 

Salam/

Hazırkı vəziyyətdə bizim ölkəmizdə bazar iqtisadiyyatıdır və  açıq xarakter daşıyır, ona görə də qiymətlər tələb və təklif əsasında formalaşır, yəni siz özünüz qiyməti müəyyən edirsiniz və rəqabəti nəzərə alırsınız (misal üçün sadə qələm 40 qəpikdirsə, onu 5 manata satsanız, müştərilər həmin qələmi başqalarından alacaq). Amma  təbii inhisardırsçılıqda və digər müstəsna hallarda qiymətlər iqtisadi təhlükəsizliyi təmin etmək üçün dövlət tərəfindən tənzimlənə bilər (Tarif Şurası tərəfindən).

Sualınıza görə təşəkkür edirik.

 2012-12-10

1733  Orxan (12-12-2012) Salam, Hörmətli De Jure , əgər işçi peşəsini saxlayir amma işdə şöbəsini dəyişirsə nə etməlidir?nə ilə bağlı sənədləşdirmə işi aparılmalıdır? Əmək məcəlləsində göstərilibsə maddələri qeyd edərdiz. (Elektrik peşəsində işləyirəm Mexanika və Nəqliiyat şöbəsində indi məni keçirdirlər Elektrik şöbəsinə)

Salam.

Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.

Həmçinin müvafiq əmr olmalıdır və həmin əmrin surətində həmin vəzifəyə keçirilməsi barədə razılıq bildirməlisiniz (əgər müvafiq ərizəniz yoxdursa).

Sualınıza görə təşəkkür edirik.

2012-12-13

1734  Elvin (20-12-2012) Evvela salam. Sualim beledir, Men harda qeydiyyatda oldugum barede hansi dovlet orqanlarina muraciyyet ede bilerem ve hansi dovlet orqanindan resmi qeydiyyat baresinde arayish ala bilerem? Cavabiniz cox onemlidir menimcun.sizden xahish edirem sualima mumkunse tez cavab vererdiniz .Evvelceden teshekkurler

Salam.

Rəsmi qeydiyyat barədə arayış həm MİS-dən (Mənzil İstismar Sahəsi) keçmiş JEK, həm də Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsidən də bu arayışı ala bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-12-21

1735  İldirim (21-12-2012) Qardaşıma 4 il 6 ay ciddi rejimli həbs cəzası verilib. Cəzanın 3-də birini yatandan sonra onun rejiminin dəyişdirilməsi mümkündürmü?

Salam.

CƏZALARIN İCRASI MƏCƏLLƏSİnin 70.2-ci maddəsinə əsasən müsbət xarakterizə edilən məhkumlar cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə aşağıdakı hallarda keçirilə bilərlər:

  • həbsxanadan cəzaçəkmə müəssisələrinə—məhkəmənin hökmü ilə müəyyən olunmuş həbs cəzasının ən azı yarısını çəkdikdə;
  • ciddi rejimli cəzaçəkmə müəssisələrindən - ümumi rejimli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə.
  • ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə.
  • az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdəbirini çəkdikdə

Aşağıdakı məhkumlar məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmirlər:

  • cinayətlərin xüsusi təhlükəli residivinə görə məhkum olunmuş şəxslər;
  • ömürlük azadlıqdan məhrum etmə növündə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz olunan şəxslər;
  • tibbi xarakterli məcburi tədbirlər keçməli olan şəxslər.
  • ciddi rejimli cəzaçəkmə müəssisələrindən ümumi rejimli cəzaçəkmə müəssisələrinə keçirilmiş şəxslər.

Cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlar:

  • məntəqə tipli cəzaçəkmə müəssisəsindən məhkəmənin hökmdə müəyyən etdiyi rejim növündəki cəzaçəkmə müəssisəsinə;
  • məhkəmənin hökmü ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən şəxslər ümumi rejimli cəzaçəkmə müəssisəsinə;
  • ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən üç ildən çox olmayan müddətə həbsxanaya keçirilə bilərlər.

Cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməsi məhkəmə tərəfindən həyata keçirilir.

Sualınıza görə təşəkkür edirik.

2012-12-24
 

1736  Natiq (25-12-2012) Salam size bir sualla muraciet etmek isteyirem.Biz 1989 cu ilde Yevlaxda kapirativ tikintisinde 3 otaqli menzil ucun novbeye deyanmisiq. 4500 kecmis SSSR manati ile pul kecirmisik. sonradan 2001 ci ilde 3000 min manat, 2002 ci ilden yeniden tikinti ucun 10 min odemisik, Namelum sebebden tikintini deyandirdilar. Indiye kimide tikinti oldugu kimi qalirdi 2 mertebesi tikili veziyetde,ancaq indi o tikilini sokurler,Biz kime ve hara muraciet edeceyimizi bilmirik,Pullar o vaxt Emanet kassasina (indiki Kapital banka) odenilib cekleride var.Xahis edirem komeklik edesiniz.Hormetle Natiq Qarayev Yevlax seherinden

Salam.

Bununla bağlı məhkəməyə və yerli icra hakimiyyətinə müraciət etməlisiniz və hüquqların bərpasını tələb edə biərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2012-12-27

1737  Elvin (27-12-2012) Salam,tarixde size qeydiyyatnan bagli sual vermishdim sizde suala cavab yazmishdiniz ki qeydiyyatnan bagli pasport qeydiyyat idaresinden ala bilersiniz. mende resmi erize ile pasport qeydiyyat idaresine muraciyyet edim meni pasport qeydiyyat idaresinin reisi idareye devvet etdi mende getdim PQ Idaresine.mene bildirdiki size yazili ve shifahi melumat vere bilmerik ve bu sozden sora menim yazdigim erizemi menim ustume ataraq meni aciladi.men bu herekete gore hansi orqana muraciyyet ede bilerem? cox xahish edirem menim tapdalanmish huququmun berpasi ucun menim sualima etrafli cavab veresiniz. Evvelceden minnetdarligimi bildirirem!

Sual - 1734 

Salam.

Bu məktubu poçt vasitəsilə də göndərə bilərdiniz (xəbərnamə ilə). Əgər məmur bu cür hərəkətlərə yol verirsə, bununla bağlı Daxili İşlər nazirin adına məktub, eyni zamanda həmin məktubun surətini AR Prezidentinə də göndərə bilərsiniz. Məmurların bu cür hərəkətlərinə son qoyulmalıdır.

Lakın biz bildirmişdik ki, bu məlumatı Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən ala bilərsiniz (Nobel pr. yerləşir).

Sualınıza görə təşəkkür edirik.

2012-12-28

1738  Natiq (27-12-2012).Salam mehkeme orqani ucun mevacib lazimdir o menlegide meni verecek gucum yoxdur,Hal hazirda o tikilir sokulur ve bu aydin meseledir ki Icra orqaninin eli olmadan hec bir abyekt sokule bilmez.Indi biz kimden kime sikayet edek deyesiniz zehmet olmasa.Mende dusunuremki ve deqiqi biliremki o pullar qaytarilmalidir tek men yox menim kimi onlarla adamlar var.Bunun ucun Kapital Banka ve ya hansi dovlet orqanina komeklik ede biler bu isle bagli.Bu abyekt ele yuksek vezifeli sexslerin isteyi ile sokulur, Mehkemeye gedirsen deyir vekil tut vekil deyir banka hesabima pul kocur ve ozumede getir baxim ,Bele vekilsiz mene cavab vermelidir mehkeme orqani?

Salam.

Məhkəmə məsləhət verən orqan deyil. Məhkəmə işlərə mahiyəti üzrə baxır və qərar qəbul edir. Təbii ki, hüquqi xidmətlər ödənişlidir və bu işləri görmək istəryirsinizsə peşakar hüquqi xidmətlərdən yararlanmaq lazımdır. Yox əgər bu sizin üçün o qədər vacib deyilsə onda xərclər sizə lazım deyil.

Özünüz də müraciət edə bilərsiniz, lakın bunun üçün mülki prosessual və mülki qanunvericiliklə tanış omalısınız, eyni zamanda inzibati prosessual qanunvericiliklə də tanış olmalısınız.

Əgər hüquqların pozulması faktı kütləvi hal daşıyırsa onda hamınız birlikdə məhkəməyə müraciət edə bilərsiniz (kim kimin qohumudur fərq etməz, qanun hər kəs üçün qanundur).

Sualınıza görə təşəkkür edirik.

2012-12-28

1739  Ceyhun (05-01-2013) Salam zəhmət olmasa hüquqi məsləhət verərdiz. Ev ananın adınadır, evdə anadan başqa oğlu və onun ailəsi yaşayır. Oğulun bir körpə övladı var. Evdə ana ilə oğul arasında problemlər yarandığından ana, oğulu ailəsi ilə birgə evdən çıxardır. Həmin mənzilə isə yalnız oğul yaşayış qeydiyyatındadır.1.Ev sahibi yəni ana özbaşına oğulu mənzil qeydiyyatından çıxarda bilərmi?2.Oğul ananın salığında yaşadığı həmin mənzildən pay istəyir. Ananın razılığı olmadan belə, oğulun evdən pay almaq hüququ varmı?Əvvəlcədən minnətdaram.

Salam/

Qanunvericiliyə əsasən mülkiyyət toxunulmazdır və mülkiyyətçi əmlakını öz mülahizəsinə əsasən istifadə edir və istədiyi şəxsi öz evinə qeydiyyata sala bilər və çıxarda bilər.  Buna baxmayaraq bəzi məhdudiyyətlər mövcuddur. Belə ki, qeydiyyatda olan şəxslər, və istifadə hüququna malik olan şəxslər məhkəmə qaydasında öz hüquqlarını qoruya bilər və kompensasiya almaq hüquqları var (istifadə hüququna xitam verildikdə).

Sualınıza görə təşəkkür edirik.

 2013-01-08

1740  Elibaba (08-01-2013) Salam! Rejim nedir?

Salam.

Rejim sözünün çox mənaları var. Bunun üçün izahlı lüğətə baxmalısınız. 

Belə ki, Rejim (lat. regimen — idarəetmə, əmr etmə) daha geniş mənada işin, fəaliyyətin şərtləri.

Aşağıdakı rejimlər mövcuddur: İş rejimi;Siyasi rejim, Hərbi rejim, Miqrasiya rejimi və s.

Sualınıza görə təşəkkür edirik.

2013-01-09

1741  Nurlan (09-01-2013) Salam, Mənim xalam mənə varisi olaraq vəsiyyətnamə vermək istəyir. Onun övladı yoxdur. Biz bu proceduru necə etməliyik?

Salam.

Bunun üçün xalanız vəsiyyətnamə yazmalıdır. Həmçinin notrariusa yaxınlaşıb vəsiyyətnaməsi notariat qaydada da təsdiq edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

09-01-2013

 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.