Açıq (Qapalı) Səhmdar Cəmiyyətinin Nizamnaməsi

 

      “Dövlət qeydiyyatına  alınmışdır “

      Azərbaycan Respublikasının

      Vergilər Nazirliyi

       __________________tərəfindən

     

      Qeydiyyat ________________

       «_____»___________200___-__ il

      

             

       ___________________

“Təsdiq edilmişdir”

«_____________» Açıq (Qapalı) Səhmdar Cəmiyyətinin təsisçiləri tərəfindən

 

 

         ___________________

         ___________________

       ____________________

 

                                          

«__________________»

AÇIQ (QAPALI) SƏHMDAR CƏMİYYƏTİNİN

N İ Z A M N A M Ə S İ

 

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1. «_________________» Açıq (Qapalı) Səhmdar Cəmiyyəti (bundan sonra «cəmiyyət» adlanacaq) öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər müvafiq qanunvericilik aktları və bu nizamnamə əsasında həyata keçirir.

1.2. Cəmiyyətin  hüquqi ünvanı: ___________________________________

 

 

II. CƏMİYYƏTİN FƏALİYYƏTİ

 

Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər.

 

III. CƏMİYYƏTİN NİZAMNAMƏ KAPİTALI

 

3.1. Cəmiyyətin nizamnamə kapitalı ________ manata bərabər tutulan ______ ədəd ____ səhmdir. Hər bir səhmin nominal dəyəri _______ manatdır.  Cəmiyyətin səhmdarlarının nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir:

________________ (AZE №___) - _____ manat, __ səhm, __ %;

________________ (AZE №___) - _____ manat, __ səhm, __ %.

3.2. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə səhmdarların qərarının açıqlanması qaydası  cəmiyyətin ümumi yığıncağı tərəfindən müəyyən edilir.

3.3. Cəmiyyətin nizamnamə kapitalının artırılması və azaldılması, onun fəaliyyətinin auditor yoxlanışının keçirilməsi haqqında qərarlar səhmdarların ümumi yığıncağında qəbul edilir.

            3.4. Cəmiyyətin səhmlərinin, istiqrazlarının və digər növ qiymətli kağızlarının buraxılması, kateqoriyaları, onların nominal dəyəri və miqdarı, yerləşdirilməsi, dövriyyəsi, ləğvi, o cümlədən dividendlərin ödənilməsi qaydası qanunvericiliyə və səhmdarların ümumi yığıncağının qərarına əsasən həyata keçirilir.

3.5. Cəmiyyətin səhmdarları qanunvericiliklə və ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş hüquqlara və vəzifələrə malikdirlər.

 

IV.  CƏMİYYƏTİN İDARƏ EDİLMƏSİ

                            

4.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Cəmiyyətin idarəetmə orqanlarının yaradılması, tərkibi, fəaliyyətinin qaydaları, səlahiyyəti, qərarların qəbulu, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarların qəbulu, habelə onların cəmiyyətin adından çıxışlar etməsi qaydası qanunvericiliyə və ümumi yığıncağın qərarlarına uyğun olaraq müəyyənləşdirilir.

4.2. Qiyabi səsvermənin reqlamenti, hesablama komissiyasının yaradılması qaydası da səhmdarların ümumi yığıncağı tərəfindən müəyyən olunur.

 

                                                                                                                                        

V. CƏMİYYƏTİN LƏĞV OLUNMASI

 

5.1. Cəmiyyətin ləğv olunması Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər müvafiq qanunvericilik aktlarında müəyyən edilmiş qaydada həyata keçirilir.

5.2. Cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi və ümümi yığıncağın qərarları ilə tənzimlənir.

 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.