Anbardarın Vəzifə Təlimatı

«TƏSDİQ EDİRƏM»

“_________________” ASC-nin

İdarə Heyətinin sədri

____________________Flankəs Flankəsov

 «____»___________ 20___ il

 

     

Anbardarın Vəzifə Təlimatı

                                                                                                                                                         

1.         ÜMUMİ MÜDDƏALAR

 

1.1.                           Anbarın sürücü-yükdaşıyanı fəhlə kateqoriyasına aiddir və “_________________” ASC-nin İdarə Heyətinin sədrinin əmri ilə tutduğu vəzifəyə təyin olunur və işdən azad edilir.

1.2.                           “_________________” ASC-nin Anbardarı (sonradan müvafiq surətdə «Cəmiyyət», və «Anbardar» adlandırılırlar) bilavasitə Anbar Müdirinə tabedir.

1.3.                           Anbardar öz işində bu Vəzifə Təlimatını, Cəmiyyətin əmrlərini, sərəncamlarını, əsasnamələrini, Azərbaycan Respublikasının mövcud qanunvericiliyini rəhbər tutur.

1.4.                           Anbardar vəzifəsinə, orta təhsilli, iş stajı tələb olunmayan şəxs təyin olunur.

1.5.                           Anbardar öz işində  aşağıdakı normativ sənədləri rəhbər tutur:

·         görülən işlə bağlı normativ sənədləri;

·         əmək bölgüsü qaydalarını;

·         direktorun və bilavasitə rəhbərliyinin əmr və sərəncamlarını;

·         Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim artırmaq;

·         Yüksək mədəni xidməti təmin etmək;

·         Azərbaycan Respublikasının qanunvericiliyinə və qüvvədə olan digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etmək;

·         “_________________” ASC-nin mülkiyyətini qorumaq, yüklərin ünvanına vaxtında və itkisiz  çatdırılmasını təmin etmək;

·         Əmək məhsuldarlığını artırmaq, işdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq;

·         Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə tələblərinə riayət etmək;

·         Düzgün və sədaqətli olmaq, işdə özünü ləyaqətli aparmaq, başqalarını intizam qaydalarını pozmaqdan çəkindirmək.

 

2.         VƏZİFƏLƏR

 

2.1.                İşçinin qarşısında duran əsas məsələ yüklərin və poçtun anbara qəbulu, saxlanması və oradan təhvil verilməsini təmin etməkdir;

2.2.                İxrac anbarında olan yüklərin siyahısını tərtib etmək:

 

-           İxrac yüklərini və poçtu anbara qəbul edərkən, yüklərin faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla yerlərin çəkisinin dəqiqləşdirilməsi, markalanmanın düzgünlüyünü yoxlamaq;

-           Yüklərin xüsusiyyətindən asılı olaraq yüklərin anbarda düzgün yerləşdirilməsini təşkil etmək;

-           Sənədlərində heç bir çatışmamazlıq faktı olmayan yükü göndərilmə anbarına qəbul etmək və anbarda yüklərin qabaqcadan reyslər və istiqamət üzrə komplektləşdirilməsini təşkil etmək;

-           Yükün göndərilməsi barədə kompyuter vasitəsilə «Anbar» proqramında müvafiq qeydiyyat aparmaq;

-           Transfer yükün qəbulu və təhvili zamanı hər bir yerin qablaşdırılmasının, plomb və möhürünün vəziyyətini, markalanmanın düzgünlüyünü yoxlamaq;

 

2.3.                İdxal anbarına yükləri təhvil almaq, yükləri yükalana təhvil vermək:

 

-           Yükü idxal anbarına qəbul edərkən yük manifesti ilə yükə aid göstəriciləri tutuşdurmaq;

-           Yükün qablaşdırılmasına diqqət yetirmək;

-           Yük yerlərini yükdaşıyanlara və mexanizasiya vasitələri ilə anbarda düzgün yerləşdirilməsinə nəzarət etmək. Bu zaman yükdaşıyanlar və xüsusi avtonəqliyyat vasitələrin sürücüləri tərəfindən xəbərdaredici nişanların tələblərinə əməl olunmasına diqqət yetirmək;

-           Zəruri hallarda – yüklərin sənədləşməsində çatışmamazlıq, yer və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və yükün xarab olması hallarında yük nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək;

-           Yükün tərkibindən asılı olaraq, onu qəbul edərkən təhlükəli yüklər üzrə inspektoru, sanitar-karantin xidmətinin inspektorunu yükün qəbuluna cəlb etmək;

-           «Təhlükəli yüklər»in, onlar üçün ayrılmış xüsusi şərəiti olan anbara yerləşdirilməsini təmin etmək;

-           Yükü idxal anbarına qəbul etdikdən sonra müvafiq qeydiyyat aparmaqla şəxsi ştamp vasitəsilə yükün qəbulunun təsdiqləmək;

-                      İdxal anbarına qəbul edilmiş yüklərə aid müştəri xidmətləri şöbəsinin  məlumat üzrə operatoruna vermək;

-                      Sənədlərində qeyri-dəqiqlik və çatışmazlıq faktı olmayan yükü yükalana təhvil vermək;

-                      Aviaşirkətlərə mənsub olan paletlərin, konteynerlərin, yük torlarının, kəmərlərin, bərkidici halqaların və digər texnikanın tərtibatların qəbulunda, saxlanmasında göndərilməsində iştirak etmək.

 

3.         HÜQUQLARI

 

3.1.                        Normal iş şəraiti ilə təmin olunması.

3.2.                        Öz vəzifə borcunu həyata keçirmək məqsədilə lazım olan məlumatı müəssisənin işçilərindən almaq.

3.3.                        fəaliyyəti ilə əlaqədar məsələləri bilavasitə rəhbərliyinin müzakirəsinə təqdim etmək.

3.4.                        Vəzifə borcunun yerinə yetirilməsində yardımçı olmağı bilavasitə rəhbərlikdən tələb etmək.

           

4.         MƏSULİYYƏT

 

4.1.               Hazırkı vəzifə təlimatında nəzərdə tutulan vəzifə borclarının yerinə yetirilməməsinə və ya düzgün icra olunmamasına görə  - Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyi çərçivəsində.

4.2.               Öz əmək fəaliyyətinin həyata keçirilməsi prosesində yol verdiyi qanun pozuntusuna görə - Azərbaycan Respublikasının qüvvədə olan inzibati, cinayət və mülki qanunvericiliyi çərçivəsində.

4.3.              Maddi ziyanın vurulmasına görə - qüvvədə olan Azərbaycan Respublikasının əmək və mülki qanunvericiliyi çərçivəsində.

4.4.              “_________________” ASC-nin maraqlarının qorunmaması, müəssisə və müştərilər barədə sənədlərin (kommersiya sirrinin), məxfi məlumatın üçüncü şəxslərə açıqlanmasına görə.

4.5.               İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşıyır.          

 

 «Tanış olmuşdur»:

                                                   

Anbardar                   ____________________________

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.