Bağışlama müqaviləsi

Növ: 

BAĞIŞLAMA MÜQAVİLƏSİ №_____

 

Bakı şəhəri                                                                                                                        «___» _____________ 20__  il

 

Bundan sonra "Hədiyyə verən" adlanan Payverən Səxavətliyev şəxsində, bir tərəfdən və bundan sonra "Hədiyyə alan" adlanan Kasıb Qohumov şəxsində digər tərəfdən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, aşağıdakılar barədə razılığa gəldilər:

 

1. Müqavilənin predmeti

 

1.1. Hədiyyə verən Hədiyyə alana əvəzsiz olaraq əşya _____________________________________verməyi vəd edir. (konkret əşyanın adını göstərməli)

1.2. Hədiyyə verənin əşyanı verməsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir.

 

2. Tərəflərin hüquqları

 

2.1. Hədiyyə verən vəd etdiyi əşyanı hədiyyə alan onu qəbul edənədək istədiyi vaxt geri götürə bilər.

2.2. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər:

a) Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə;

b) Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda;

v) O, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə;

q) Vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri pisləşdikdə;

d) Vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə öhdəlikləri yarandıqda.

2.3. Hədiyyə alan əşyanın (hədiyyənin) verilməsi anına kimi ondan imtina edə bilər, Hədiyyə verən isə hədiyyənin qəbul edilməməsi ilə əlaqədar olaraq ona dəymiş real zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

 

3. Müqavilə 2 (iki) nüsxədə tərtib olunmuşdur.

 

4. Bu müqavilə ilə əlaqədar yaranan mübahisələrə qanunvericiliyə uyğun olaraq baxılır.

 

 

TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI VƏ BANK REKVİZİTLƏRİ

 

HƏDİYYƏ VERƏN

HƏDİYYƏ ALAN

Ünvan:

 

 

Ünvan:

 

 

Bank rekvizitləri:

 

_______________

“___” _____________ 20___ il

Bank rekvizitləri:

 

_______________

“___” _____________ 20___ il

 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.