Borc müqaviləsi

Növ: 

BORC MÜQAVİLƏSİ

 

Bakı şəhəri                                                                                                                                                                     «__» __________20___ il 

Bir tərəfdən «Birinci Şirkət»  (sonradan «Borc alan» adlandırılır), Nizamnamə əsasında fəaliyyət göstərən Şirkətin Direktoru ______________________şəxsində,
və digər tərəfdən «İkinci Şirkət»  (sonradan «Borc verən» adlandırılır), Nizamnamə əsasında fəaliyyət göstərən Şirkətin Direktoru __________________ şəxsində, bu Müqaviləni aşağıdakılar barəsində bağladılar:
1.     MÜQAVİLƏNİN PREDMETİ
1.1. «Borc verən» _______________________(hərif ilə) manat məbləğində pul vəsaitini (sonradan «Borc» adlandırılır) «Borc alan»a qaytarılmaq şərti ilə maliyyə yardımı kimi Xarici Şirkətlərə olan borclarını ödəmək məqsədilə borca verir, «Borc alan» isə «Borc»u bu Müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürür.
1.2. «Borc verən» bu Müqavilənin 1.1.-ci bəndində nəzərdə tutulmuş məbləği faizsiz borc kimi «Borc alana» verir.
1.3. Borc məbləğinin verilməsi anı, həmin məbləğin «Borc alan»ın bank hesabına köçürüldüyü an hesab edilir.
1.4. Bu Müqavilənin şərtlərinə görə götürülən «Borc»un faiz üzrə verilməsi nəzərdə tutulmur.

2.    TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ
2.1. «Borc verən» üzərinə aşağıdakı öhdəliklər götürür:
2.1.1. Bu Müqavilənin 1.1.-ci bəndində nəzərdə tutulmuş məbləği müqavilə imzalanan tarixdən 3 (üç) bank günündən gec olmayaraq «Borc alan»ın hesabına köçürmək.
2.1.2. Bu Müqavilənin 1.1.-ci bəndində nəzərdə tutulmuş məbləği eyni vaxtda tam həcmdə «Borc alan»ın hesabına köçürmək.
2.2. «Borc alan» üzərinə aşağıdakı öhdəliklər götürür:
2.2.1. «Borc» məbləğini «__» __________il tarixədək geri qaytarmaq.

3.    MÜQAVİLƏNİN QÜVVƏDƏ OLMA MÜDDƏTİ VƏ LƏĞV EDİLMƏSİ QAYDASI
3.1. Bu Müqavilə «Borc verən»in Müqavilədə qeyd olunan «Borc» məbləğini «Borc alan»ın hesabına köçürdüyü gündən qüvvəyə minir və «Borc alan» tərəfindən «Borc»un tam həcmdə qaytarıldığı günədək qüvvədə qalır.
3.2. Bu Müqavilə özündən əvvəl yazılı və ya şifahi formada qüvvədə olan hər hansı bir müqaviləni və ya şərtləri əvəz edir.
3.3.    Bu Müqaviləyə vaxtından əvvəl aşağıdakı hallarda xitam verilə bilər.
- tərəflərin qarşılıqlı razılığı ilə;
- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulduğu digər hallarda.
4.     MÜQAVİLƏYƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ
4.1. Bu Müqaviləyə bütün əlavə və dəyişikliklər, maraqlı olan tərəfin 10 (on) iş günü əvvəl verilmiş yazılı bildirişi əsasında, yalnız tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər.
4.2. Bu Müqaviləyə edilən əlavə və dəyişikliklər onun ayrılmaz hissəsi sayılan yazılı əlavə Razılaşma ilə rəsmiləşdirilir.

5.     MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ
5.1. Tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisələr, bir qayda olaraq, danışıqlar vasitəsi ilə həll edilir.
5.2. Tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməzsə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında baxılacaq.

6.    MÜQAVİLƏNİN NÜSXƏLƏRİ
6.1. Bu Müqavilə «Borc alan» ilə «Borc verən» tərəfindən Azərbaycan dilində, 2 (iki) nüsxədə imzalanıb və imzalanmış nüsxələr eyni hüquqi qüvvəyə malikdir. Tərəflərin hər birində bir nüsxə saxlanılır.

7.     TƏRƏFLƏRİN ÜNVANLARI, İMZALARI VƏ BANK REKVİZİTLƏRİ
7.1. «Borc alan»: «Birinci Şirkət»
7.2. «Borc verən»: «İkinci Şirkət»
«Borc alan»: «Birinci Şirkət» _________________________ (M.Y.)
«Borc verən»:  «İkinci Şirkət» _________________________                                        (M.Y.) 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.