İntizam tənbehinin verilməsi haqqında Əmr

Növ: 

 

 

 

Bakı şəhəri                                                               _____________ 20__ il

 

___ N-li

 

Ə M R

 

“İntizam tənbehinin verilməsi haqqında”

 

_____________ Departamentin _____________ mühəndisi _____________ oğlu _____________2010-cu il tarixdə Şirkət ərazisinə icazəsiz olaraq soyuq silahla daxil olmuşdur. Bununla onlar, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin «b» bəndində («Şirkətdaxili İntizam Qaydaları»nda) nəzərdə tutulan, həmçinin Əmək Kontraktı ilə müəyyən edilmiş vəzifələrini pozublar.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, habelə Azərbaycan Respublikasının  Əmək  Məcəlləsinin 186-cı  maddəsinin  2 «c»  bəndini və 187-ci  maddəsinin tələblərini  rəhbər  tutaraq,

ƏMR EDİRƏM:

1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin «b» bəndində («Şirkətdaxili İntizam Qaydaları»nda) nəzərdə tutulan, həmçinin Əmək Kontraktı ilə müəyyən edilmiş vəzifələrini pozduğuna görə, Şirkətin, aşağıda adları qeyd edilmiş işçiləri

 

_____________ oğlu-_____________ Departamentin _____________ mühəndisi.

2010-cu il  iyul ayı üzrə  aylıq vəzifə maaşının 7 (yeddi) %-i məbləğində cərimə edilsin.

2. Bu Əmrin məzmunu, imza etdirməklə  aidiyyəti olan işçiyə elan edilsin.

 

 

Direktor

Güclüzadə F.F.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.