Kredit müqaviləsi

Növ: 

 

Kredit müqaviləsi №____

_______________ şəhəri (rayonu)                                                                                                                                                      “___” ________20__ il

 

Bundan sonra “Kreditor” adlandırılan _____________________________ ünvanda yerləşən “Bank və ya qeyri-bank kredit təşkilatının adı”, etibarnaməyə əsasən təşkilatın adından çıxış edən Bicbala Çoxlupulolanlı şəxsində (şəxsiyyət vəsiqəsi AZE № 0000000 __________ tərəfindən 00.00.20__ ildə verilmişdir), bir tərəfdən və bundan sonra “Borclu” adlandırılan ___________________________ ünvanında yaşayan Ehtiyac Cibiboşlu şəxsiyyət vəsiqəsi AZE № 0000000 __________ tərəfindən 00.00.20__ ildə verilmişdir) digər tərəfdən, aşağıdakılar barədə bu Müqaviləni imzaladılar:
1. Kreditin şərtləri
1.1. Kreditin məbləği _____________________________________ manat təşkil edir. Kredit cəmi ______________________ ay müddətinə verilir və yalnız ______________________________üçün istifadə ediləcəkdir. Borclu götürdüyü krediti digər sahələrə xərcləməli olduqda, bu barədə Kreditora dərhal yazılı məlumat verməlidir və kredit məbləğini hesablanmış faizlərlə geri qaytarmalıdır.

1.2. Borclu kreditdən istifadəsinə görə kreditin məbləğindən 0,5% miqdarında vəsaiti komisyon haqqı kimi Kreditora ödəyir. Borclu razılıq verir ki, kreditin qaytarılmasının təmin edilməsi məqsədilə onun təklif etdiyi təminatın bütün risklərdən sığortalanması üçün nəzərdə tutulmuş ____________________məbləğində pul vəsaiti bu Müqavilənin 1.1. bəndində göstərilmiş kreditdən tutulacaq.

1.3. Bu müqavilənin l .1 .bəndində göstərilmiş məbləğ Borcluya onun ____________________ hesabına köçürülməklə və və/ya nağd qaydada verilir.

2. Kreditorun hüquqları

2.1. Aşağıdakı hallarda kreditin əsas məbləğinin və ondan faktiki istifadə edildiyi müddət üçün hesablanmış faizlərin vaxtından əvvəl qaytarılmasını tələb edə, tələbi yerinə yetirilmədikdə isə tutmanı təminat əmlakına yönəldə bilər:

2.1.1.. Borclu verilmiş kreditdən təyinatı üzrə istifadə etmədikdə;

2.1.2. Borclu kreditin əsas məbləğinin və (və ya) ona hesablanmış faizlərin tam məbləğinin, yaxud hər hansı hissəsinin bu Müqavilənin 1 saylı Əlavəsində müəyyən edilmiş qaydada ödənilməsi üzrə öhdəliklərini 15 bank günü və ondan artıq müddət ərzində icra etmədikdə;

2.1.3. Borclu bu Müqavilənin 4-ci bəndində müəyyən edilmiş vəzifələrini icra etmədikdə, yaxud lazımi qaydada icra etmədikdə;

2.1.4. Borclu vəfat etdikdə (hüquqi şəxs ləğv edildikdə) və ya müflis elan edildikdə;

2.1.5. bu Müqavilə və qanunvericiliklə ilə nəzərdə tutulmuş digər hallarda.

3. Borclunun hüquqları

3.1. Borclu əsas kredit məbləği üzrə borcu (yaxud ödənilməli olan hissəsini) və kreditdən faktiki istifadə etdiyi müddət üçün hesablanmış faizləri tam məbləğdə ödəyərək bu Müqavilə üzrə öhdəliklərini vaxtından əvvəl icra edə bilər,

4. Borclunun vəzifələri

Borclu aşağıdakıları öhdəsinə götürür:

4.1. alınmış kreditdən yalnız məqsədi üzrə istifadə etmək;

4.2. kreditin əsas məbləğini və ondan istifadə edilməsinə görə hesablanmış faizləri bu Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş məbləğ və müddətlərdə qaytarmaq;

4.3. aldığı kreditin məqsədli istifadə edilməsinə və kreditin qaytarılması üçün təqdim edilmiş təminatın vəziyyətini yerində yoxlamaq məqsədilə Kreditorun nümayəndəsinə lazımi şərait yaratmaq.

5. Kreditdən istifadə edilməsinə görə faizlər

5.1. Borclu aldığı kreditdən istifadə edilməsinə görə Kreditora illik __________________ alışı üçün ___________________________ % miqdarında faiz ödəyir. Faizlər verilmiş kreditin əsas məbləğinin qalıq hissəsinə hesablanır. Bu Müqaviləyə görə 1 il 360 gündən ibarətdir.

5.2. Kreditor Borclunu 10 gün qabaqcadan xəbərdar etməklə faizlərin miqdarının birtərəfli qaydada dəyişmək hüququna malikdir.

6. Kreditin qaytarılması

6.1. Borclu tərəfindən ödəmələr həyata keçirilərkən ilk növbədə cərimələr, sonra faizlər, sonra isə kreditin əsas məbləği üzrə borc silinir. Yalnız bütün cərimələr və faizlər üzrə borclar ödənildikdən sonra qalan məbləğ kreditin əsas məbləği üzrə borcun silinməsinə yönələcəkdir.

6.2. Pul vəsaitləri Kreditorun ____________________________________________________ saylı hesabına manatla köçürülür. Ödəniş günü qeyri-iş gününə düşdükdə, ödəmə növbəti iş günü həyata keçirilir. Borclu bürün kredit əməliyyatları ilə bağlı bank və /və ya digər xərclərinin ödənilməsini öz üzərinə götürür.

7. Məsuliyyət

7.1. Borclu aldığı kreditin və ona hesablanmış faizlərin bu Müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini pozduqda, hər bir gecikdirilmiş əsas məbləğin gündə 0,1% miqdarında cərimə ödəyir.

8. Müqavilənin qüvvədə olduğu müddət

8.1. Bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflər öz hüquq və vəzifələrini yerinə yetirənədək qüvvədə qalır. Bu müqavilənin şərtlərinə uyğun olaraq “Borclunun” “Kreditor” qarşısında olan öhdəliklərinin tam ödənilməsinə qədər nəzərdə tutulan faizlər və cərimələr müvafiq olaraq hesablanır.

9. Tətbiq olunan qanunvericilik
9.1. Bu Müqavilənin icrası, onun müddəalarının təfsiri, həmçinin bu Müqavilədən irəli gələn mübahisələrin həlli zamanı tərəflər Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tuturlar.

10. Son müddəalar
10.1. Bu Müqavilə bərabər hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib edilmişdir.
Kreditor
Rekvizitlər

Borclu
Rekvizitlər

Qeyd: Kredit alan şəxslərin nəzərinə: bu Müqaviləni oxuyun və hüquqşünasla məsləhətləşin. Əgər bu Müqavilənin hər hansı müddəası Sizə aydın deyilsə, yaxud bu Müqavilənin hər hansı müddəası ilə razı deyilsinizsə, bu Müqaviləni imzalamayın

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.