Müəssisədəki payın alqı-satqı müqaviləsi

Növ: 

 

 

MÜƏSSİSƏDƏKİ PAYIN ALQI-SATQI MÜQAVİLƏSİ

 
Bakı şəhəri                                                                                                                                                             “___” ________ 20__ il
 
 
Satıcı:
 
“Şirkətin adı” MMC-nin təsisçisi _____________________________________________ünvanında yaşayan İmkan Flankəsov Brandenburq oğlu (Ş/V AZE №_________, 00.00.20__-ci il tarixdə ________ RPİ tərəfindən verilib)
 
Alıcı:
 
______________________________________________________ ünvanında yaşayan Kramzik Pulluyev Manqo oğlu (Ş/V AZE № _______, 00.00.20__-ci il tarixdə _______ RPİ tərəfindən verilib)
 
Bununla belə Tərəflər hazırkı Müqaviləni aşağıdakı məzmunda bağladılar:
 
 
1. Müqavilənin predmeti və qiymət
 
1.1. Satıcı aşağıda göstərilən payı satır, Alıcı isə həmin payı alır və bu müqavilədə müəyyən olunan haqqı ödəyir.
 
1.2. Payın məxsus olduğu “Şirkətin adı” Məhdud Məsuliyyətli Cəmiyyəti_____________________________________, Azərbaycan Respublikası ______________________________________________________tərəfindən 00.00.20__-cı il tarixli, ____________________________ qeydiyyat nömrəsi ilə təsdiq edilmiş Nizamnamə və Şəhadətnamə əsasında qeydiyyatdan keçmişdir.
 
1.3. Satıcı, “Şirkətin adı” MMC-nin təsisçisi İmkan Flankəsov Brandenburq oğlu, “Şirkətin adı” MMC-nin Nizamnamə kapitalında ona məxsus olan ___ manat həcmində __ paydan ibarət ___ payını Kramzik Pulluyev Manqo oğluna ___ manata satdı.
 
 
2. Satıcının bəyanət və təminatları
 
2.1. Satıcı bəyan edir və təminat verir ki:
 
2.1.1. O, tam hüquqi qabiliyyətlidir, əmlak mülkiyyətçisi olmaq, əmlakdan istifadə etmək və onun üzərində sərəncam vermək, bu müqavilə üzrə öz üzərinə öhdəliklər götürmək və bu öhdəlikləri yerinə yetirmək səlahiyyətinə malikdilər.
 
2.1.2. O, satılan payın üzərində hüquqi qüvvəsi olan tam, qanuni və müstəsna mülkiyyət hüququna malikdir və bu hüququ təsdiq edən tam hüquqi qüvvəyə malik müvafiq sənədlərə malikdir. Satılan pay hər hansı həbsdən, girov öhdəliyindən və sair öhdəliklərdən azaddır. Satıcı satılan payı bu müqaviləyə əsasən Alıcıya özgəninkiləşdirmək üçün tam hüquqa malikdir.
 
2.1.3. Nə bu müqavilənin bağlanması, nə də bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi qüvvədə olan qanunvericiliyin hər hansı bir müddəasını, Satıcının tərəf olduğu hər hansı müqavilənin və ya rəsmi sənədin müddəalarını, yaxud Satıcıya münasibətdə qüvvədə olan hər hansı məhkəmə qətnaməsinin, qərardadının, göstərişinin, əmrinin, təlimatının müddəalarını pozmur və onlara zidd deyildir.
 
 
3. Satışın həyata keçirilməsi və ödəniş
 
3.1. Satıcı təsdiq edir ki, Alıcı satılan payın bu müqavilənin yuxarıda göstərilən satış qiymətini Satıcıya bu Müqavilə imzalandığı anda ödəmişdir.
 
3.2. Müqavilənin təsdiqi və rəsmiləşdirilməsi üçün xərclər _________________ tərəfindən ödənilir.
 
 
4. Digər şərtlər
 
4.1. Bu müqavilə _________________ nüsxədə tərtib olunmuşdur. Onlardan 1 nüsxəsi notariat kontorunda saxlanılır, digərləri isə tərəflərə verilir.
 
4.2. Bu müqavilənin icrası, ona dəyişikliklər olunması və pozulması ilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən nizama salınır.
 
4.3. Bu müqavilə Tərəflərin onu imzaladığı və müqavilənin notariat qaydasında təsdiq edildiyi anından qüvvəyə minir.
 
 
5. Payın satışının Satıcı üçün nəticələri
 
5.1. Hazırkı Müqavilə imzalandığı andan Satıcı müəssisənin təsisçisi statusu ilə bağlı malik olduğu bütün hüquq, vəzifə və öhdəliklərini itirmiş hesab edilir. Payın satın alınmasının Alıcı üçün nəticələri: hazırkı Müqavilə imzalandığı andan Satıcıya məxsus olan səlahiyyət və əmlak üzərində sərəncam hüququ Alıcıya keçir.
 

Satıcı adından

Alıcı adından

 

_______ İmkan Flankəsov Brandenburq oğlu

“___” _____________ 20___-cu il

 

 

_______________ Kramzik Pulluyev Manqo oğlu

“___” _____________ 20___-cu il

 

 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.