Niyyət sazişi

Qoşma: 

 

NİYYƏT SAZİŞİ № _______

 

Bakı                                                                                                “___” _____________  20__

 

Hazırkı Niyyət Sazişi aşağıdakı tərəflər arasında bağlanmış və qüvvəyə minmişdir

 

bundan sonra Bırıncı Şırkət adlanan «_______________» MMC, Direktor __________________ şəxsində

 

bundan sonra İkinci Şirkət adlanan «_______________» MMC, Direktor _______________ şəxsində

 

Bununla belə, BIRINCI ŞIRKƏT aşağıdakı şərtlər əsasında müstəqil kontraktor qismində İkinci Şirkətinin xidmətlərindən (mallarından) istifadə etmək niyyətindədir

 

və İkinci Şirkət həmin şərtlər əsasında BIRINCI ŞIRKƏT tərəfindən xidmətlərin istifadə edilməsini qəbul edir və razılığını bildirir

 

Bu məqsədlə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Tərəflər qarşılıqlı öhdəliklərini nəzərə alaraq aşağıdakılar barədə razılığa gəldilər:

 

1.       MÜQAVİLƏNİN PREDMETİ

 

1.1   Tərəflər ___________ sahəsində işgüzar münasibətlərini qurmaq niyyətindədirlər, bununla bağlı danışıqlar aparırlar və _____________ üzrə danışıqlar uğurla başa çatdığı təqdirdə Müqavilə bağlamağı öhdəlik götürürlər.

1.2   Tərəflər Sazişin 7-ci maddəsində göstərilən müddət ərzində hazırkı Saziş üzrə öhdəliklərini yekunlaşdırmağa öhdəlik götürürlər.

 

2.        HÜQUQ VƏ ÖHDƏLİKLƏR

 

2.1.   Tərəflər bu Sazişin müddəti ərzində Saziş predmeti üzrə digər kontragentlərlə ünsiyyət yaratmayacaq və işgüzar münasibətləri qurmayacaqlar.

2.2.   Tərəflər birbaşa və / və ya telefon, faks, adi poçt, elektron poçt və ya digər məsafəli yazışma üsulları ilə müraciət edə bilər.

2.3.   Heç bir Tərəf digər Tərəfin yazılı razılığı olmadan hazırkı Sazişin icrasını və ya ondan irəli gələn hər hansı bir marağı və ya öz öhdəliklərini üçüncü şəxsə ötürə bilməz. Bu cür razılıq olmadan hüquq və öhdəliklərin ötürülməsi heç bir qüvvəyə malik olmayacaqdır.

2.4.   Bırıncı Şırkətin hüquq və vəzifələri:

2.4.1.        __________________________

2.4.2.        __________________________

2.4.3.        __________________________

2.5.   İkinci Şirkətin hüquq və vəzifələri:

2.5.1.        __________________________

2.5.2.        __________________________

2.5.3.        __________________________

 

3.        KONFIDENSIALLIQ

 

3.1.   Hər Tərəf digər Tərəfdən aldığı konfidensial kimi qeyd edilmiş məlumatların məxfiliyini təmin etməli və həmin məlumatların açıqlanmasının qarşısını almaq üçün zəruri tədbirləri həyata keçirməlidir. 

3.2.   Konfidensial məlumatın hazırkı Sazişə xaric olan digər tərəflərə ötürülməsi, məlumatların nəşri və ya digər üsulla açıqlanması, qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla, yalnız Tərəflərin qarşılıqlı yazılı razılığı ilə aparıla bilər.

3.3.   Tərəflər hazırkı öhdəliyi Sazişin imzalandığı andan üzərilərinə götürürlər.  Tərəflər danışıqlar zamanı əldə edilən nəticələr barədə kənar  (üçüncü) şəxslərə verməməyi öhdəliklərinə götürürlər. 

 

 

4.        GÖZLƏNİLMƏYƏN HALLAR

 

4.1.   Tərəflər nəzarət edə bilmədiyi və hazırkı Saziş imzalanarkən məntiqə uyğun şəraitdə nəzərə alına bilinməyən və ya qarşısı alına yaxud rəf edilə bilinməyən maneə ucbatından öz öhdəliklərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşımayacaqlar.

4.2.   Öhdəlikləri yerinə yetirmək imkanı olmayan Tərəf bu barədə digər tərəfi yaranmış şərait və öhdəliklərin yerinə yetirmək imkanlarına təsiri barədə məlumat verməlidir. 

 

5.        ƏLAVƏLƏR VƏ DÜZƏLİŞLƏR

 

5.1.   Tərəflərin qarşılıqlı razılığı əsasında hazırkı Sazişə, onun ayrılmaz hissəsi olan ayrı-ayrı Protokollarla müvafiq qaydada rəsmiləşdirilən, dəyişikliklər və əlavələr edilə bilər.

5.2.   Qeyd olunan Protokollar hər iki Tərəf imzaladığı andan qüvvəyə minir.

 

6.        MÜBAHİSƏLƏRİN HƏLLİ

 

6.1.   Hazırkı Saziş Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq nizamlanmalı və təfsir olunmalıdır.

6.2.   Hazırkı Sazişdən irəli gələn və ya ona aid olan hər hansı mübahisə və ya fakir ayrılığı yaxud onun şərtlərinin pozulması Tərəflər arasında öncə danışıqlar yolu ilə həll edilməlidir.

6.3.   Mübahisələr danışıqlar yolu ilə həll oluna bilinmədiyi təqdirdə Tərəflər aidiyyəti yurisdiksiyalı məhkəməyə müraciət etmək hüququndan istifadə edəcəklər.

 

7.        MÜQAVİLƏNİN MÜDDƏTİ

 

7.1.   Hazırkı Müqavilə imzalanma tarixindən qüvvəyə minir və __ __ 20____ tarixədək etibarlıdır və səbəb gətirməklə və ya gətirməməklə 3 gün qabaqcadan digər Tərəfə yazılı bildiriş göndərməklə xitam edilə bilər.

 

 

 

 

BIRINCI ŞIRKƏT

 

 

 

  _____________________

İmza

İKINCI ŞIRKƏT

 

 

 

  _____________________

İmza

 

 

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.