Qətnaməsindən ləğv edilməsi barədə kassasiya şikayəti

 

AZƏRBAYCAN RESPUBLİKASI ALI MƏHKƏMƏSİNİN
MÜLKİ İŞLƏR ÜZRƏ MƏHKƏMƏ KOLLEGİYASINA

Bakı Apellyasiya Məhkəməsinin
2(103)-0000/2011 saylı, 00.00.2011-ci il
tarixli Qətnaməsindən

Cavabdeh Flankəs Flankəsov Flankəs qızının nümayəndələri _________________________

Kassasiya şikayəti __ Saylı Hüquq Məsləhətxanasının Vəkil _______________________ tərəfindən tərtib edilmişdir.

KASSASİYA ŞİKAYƏTİ

Nizami rayon məhkəməsinin __________________ saylı, 17 iyun 2011-ci il tarixli Qətnaməsi ilə Bakı şəhər Səbail rayon məhkəməsinin 06 aprel 2006-cı il tarixli ______________ saylı və Bakı şəhəri Nizami rayon məhkəməsinin 14 mart 2011-ci il tarixli ____________ saylı qətnamələri ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilmiş və 26 fevral 2004-cü il təvəllüdlü ___________________qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Flankəs Flankəsov Flankəsqızının xeyrinə _______________________ hər ay qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında, 03 noyabr 2010-cu il təvəllüdlü _______________________ yetkinlik yaşına çatanadək saxlanılması üçün Rüstəmova Leyla İmaməli qızının xeyrinə____________________ oğlundan hər ay qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment tutulması qət edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 2(103)-4163/2011 saylı, 28 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə cavabdeh Flankəs Flankəsov Flankəsqızının nümayəndələri ______________oğlu, _______________oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmadan, Nizami rayon məhkəməsinin ___________ saylı, 17 iyun 2011-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin göstərilən qətnaməsi ilə aşağıdakılara əsasən razı deyilik və hesab edirik ki, qətnamə ləğv olunmaqla iddia tələbi rədd edilməlidir.

Belə ki, “Access Bank” tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan görünür ki,____________________ oğlu təyin olunmuş aliment öhdəliklərini tam və düzgün olaraq yerinə yetirmir. Həmçinin____________________ oğlunun qazancı və digər gəlirləri Bank tərəfindən açıqlanmamış, eyni zamanda ____________öz gəlirlərini gizlətmişdir.
Qeyd etməliyik ki, bizdə olan məlumata əsasən ______________ bankda idarə edici və gəlirli vəzifədə çalışır və onun qazancı yüksəkdir. Bundan əlavə maaşdan əlavə müəyyən aylar üzrə bonuslar da alır.
Bundan əlavə qeyd etməliyik ki, məhkəmə iclası zamanı tərəfimizdən məhkəməyə vəsatət təqdim olunaraq____________________ oğlunun son 5 (beş) il ərzində qazancı və digər gəlirləri barədə işlədiyi yer üzrə təşkilata ("Access Bank") sorğu göndərilməsi xahiş edilmişdir. Lakin məhkəmə əsassız olaraq vəsatəti təmin etməmişdir.  Bizdə olan məlumata əsasən ____________bankda idarə edici və gəlirli vəzifədə çalışır və onun qazancı yüksəkdir. Bundan əlavə maaşdan əlavə müəyyən aylar üzrə bonuslar da alır.
Bundan əlavə olaraq bildirmək istəyirik ki, Nəsimi rayon İcra şöbəsi tərəfindən __________QSC-yə ____________ saylı 14.10.2011-ci il tarixli məktub göndərilərək 09.03.2006-cı il tarixdən 09.10.2011-ci il tarixədək olan müddət ərzində hər ay____________________ oğlu tərəfindən tələbkar Flankəs Flankəsov Flankəsqızına ödənilmiş məbləğ ilə məhkəmə qətnaməsinə əsasən____________________ oğlunun qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında tutulmalı olan aliment miqdarı arasında fərqin müəyyənləşdirilib nə qədər məbləğ təşkil edilməsi barədə yazılı məlumat verilməsi xahiş edilmişdir.
__________QSC-nin ____________ saylı 14.10.2011-ci il tarixli məktuba cavab verilmişdir. Həmin cavab məktubuna əsasən,____________________ oğlu tərəfindən tələbkar Flankəs Flankəsov Flankəsqızına ödənilmiş məbləğ ilə məhkəmə qətnaməsinə əsasən____________________ oğlunun qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında tutulmalı olan aliment miqdarı arasında fərq müəyyənləşdirilmiş və borcun məbləği  3863,49 (üç min səkkiz yüz altmış üç manat qırx doqquz qəpik) manat təşkil etdiyi bildirilmişdir.
Qeyd edilən borc məbləği Nəsimi rayon İcra şöbəsinin ________________ saylı, 02.11.11-ci il tarixli məktubu ilə də təsdiq edilmişdir.
Göstərilənlərdən aydın olur ki, iddiaçı ____________6 aprel 2006-cı il tarixli 2-670/06 saylı Səbail rayon məhkəməsinin qətnaməsi üzrə öz öhdəliklərini düzgün yerinə yetirmir və bunlara görə aliment miqdarının azaldılmasını tələb edə bilməzdi. Lakin məhkəmə qətnamə qəbul edərkən bunları nəzərə almamışdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinin tələblərinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv olunması üçün əsasdır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Sizdən xahiş edirik Bakı Apellyasiya Məhkəməsinin
_____________________saylı, 28 sentyabr 2011-ci il tarixli Qətnaməsindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edəsiniz.

Qoşma:

1. Kassasiya şikayətinin surəti – 2 nüsxə;
2. Dövlət rüsumunun ödənilməsi barədə qəbz – 1 nüsxə;
3. Vəkilin orderi:

Nümayəndələr: _______________ ______________oğlu

  
     _______________ _______________oğlu

Vəkil:      _______________ 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.