Renta müqaviləsi

Növ: 
 
 
RENTA MÜQAVİLƏSİ №
 
Bakı şəhəri                                                                                                                         «____» ______________ 20__ il
 
_________________________________________________________________________________________
(nizamnamə, etibarnamə, dövlət qeydiyyatı şəhadətnaməsinin №-si fəaliyyət göstərən, bundan sonra «Renta alan» adlanacaq
 
_______________________________ _______________________________
(hüquqi şəxsin adı, vətəndaşın F.A.A.) (vəzifəsi, F.A.A.)
 
şəxsində bir tərəfdən, _________________________________________________________________-________
(nizamnamə, etibarnamə, dövlət
____________________________________________________________________ fəaliyyət göstərən, bundan
qeydiyyatı şəhadətnaməsinin №-si)
sonra «Renta ödəyicisi» adlanacaq ____________________________________________________ şəxsində digər
(vəzifə, F.A.A.)
tərəfdən öz aralarında bu məzmunda müqavilə bağladılar:
 
 
1. MÜQAVİLƏNİN PREDMETİ
 
1.1. Renta alan _______________________________________-__________ renta ödəyicisinin mülkiyyətinə verir,
(əmlakın adı)
renta ödəyicisi alınmış əmlakın müqabilində müddətsiz (daimi) vaxtaşırı olaraq hər
rübdə bir dəfə müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür.
1.2. Renta ödəyicisi müqavilənin 1.1. bəndində göstərilən əmlakı təhvil-təslim aktı əsasında qəbul edir.
 
2. RENTANIN FORMASI VƏ MİQDARI
 
2.1. Daimi renta pulla ödənilir. ____________________________________________
(miqdarı göstərilir)
məbləğində pul hər təqvim rübünün sonunda ____________________________________
(ödənişin üsulunu
________________________________________________________________________
göstərmək: nağd yolla; bankdakı hesaba köçürmə yolu ilə)
renta alana verilir.
2.2. Renta ödənişinin gecikdirilməsinə görə Renta ödəyicisi Renta alana ____________ faiz məbləğində penya ödəyir.
2.3. Ödənilən rentanın miqdarı minimum əmək haqqı miqdarının artırılmasına proporsional surətdə artırılır.
 
3. RENTA ÖDƏNİLMƏSİNİN TƏMİN EDİLMƏSİ
 
3.1. Renta ödəyicisi renta ödənilməsi üzrə öz öhdəliklərinin icrasını təmin etmək üçün
_____________________________________________________________________
(əmlakı girov qoyur; beh verir;
_____________________________________________________________________
zaminliklə təmin edir; məsuliyyət riskini sığorta etdirir.
_____________________________________________________________________
Bu barədə bağlanmış müqavilələrin N-si və tarixi göstərilir)
3.2. Renta ödəyicisi renta ödənilməsini təmin etmədikdə Renta alanın renta müqaviləsini ləğv etmək və müqavilənin ləğvi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək ixtiyarı vardır.
 
4. RENTANIN SATIN ALINMASI
 
4.1. Renta ödəyicisinin onu satın almaq hüququ vardır.
4.2. Aşağıdakı hallarda Renta alan Renta ödəyicisinin rentanı satın almasını tələb edə bilər:
a) Renta ödəyicisi onun ödənilməsini bir ildən çox gecikdirdikdə;
b) Renta ödəyicisi renta ödənişini təmin etmək öhdəliklərini pozduqda;
v) Renta ödəyicisinin rentanı müqavilədə nəzərdə tutulan miqdarda və müddətlərdə ödəməyəcəyinə açıq-aşkar dəlalət edən hallar yarandıqda;
q) Renta ödənilməsi üçün verilmiş daşınmaz əmlak ümumi mülkiyyətə daxil olduqda və ya bir neçə şəxs arasında bölüşdürüldükdə;
d) Müqavilədə göstərilən digər hallarda.
4.3. Göstərilən hallarda daimi renta ona dair müqavilə ilə müəyyənləşdirilmiş qiymətlə satın alınır.
 
5. XÜSUSİ ŞƏRTLƏR
 
5.1. Renta ödənilməsi üçün daşınmaz əmlak verilərsə, daimi renta müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
5.2. Bu müqavilə üzrə Renta alanın hüquqları
_____________________________________________________________________
(fiziki şəxslərə və ya qeyri-kommersiya təşkilatlarına)
 
tələbin güzəşti yolu ilə verilə bilər və ________________________________________
(vərəsəlik üzrə
_____________________________________________________________________
və ya hüquqi şəxslər yenidən təşkil
_____________________________________________________________________
keçə bilər.
_____________________________________________________________________
olunduqda hüquq varisliyi qaydasında)
 
6. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ VƏ MÜBAHİSƏLİ MƏSƏLƏLƏRİN HƏLLİ
 
6.1 Hazırkı Müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar.
6.2 Tərəflər arasında hazırkı Müqavilənin icrası ilə bağlı bütün mübahisələr, məsləhətləşmələr və danışıqlar yolu ilə razılaşdırıla bilmədiyi təqdirdə, Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilməlidir.
 
7. QARŞISIALINMAZ QÜVVƏ (FORCE MAJEURE)
 
7.1 Tərəflərin iradəsindən asılı olmayan, qabaqcadan nəzərdə tutulması və məntiqə uyğun ehtiyatlılıq şəraitində rəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə (hərbi əməliyyatlar, fövqəladə hallar, hökumətin qərarları, mülki iğtişaşlar, mühasirə, zəlzələ, yanğın, daşqın və s. kimi hadisələr) ortaya çıxdığı təqdirdə Tərəflər üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar.
7.2 Öhdəlikləri yerinə yetirmək imkanı olmayan Tərəf bu barədə yazılı akt tərtib edir və digər tərəfi dərhal yaranmış şərait, onun nəzərdə tutulan davamlığı və sona çatması müddəti barədə məlumat verir.
 
8. MÜQAVİLƏNİN DÜZƏLİŞ OLUNMASI
 
8.1 Tərəflərin qarşılıqlı razılığı əsasında hazırkı Müqaviləyə, onun ayrılmaz hissəsi olan ayrı-ayrı Protokollarla müvafiq qaydada rəsmiləşdirilən, dəyişikliklər və əlavələr edilə bilər.
8.2 Qeyd olunan Protokollar hər iki Tərəf imzaladığı andan qüvvəyə minir.
 
9. MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏSİ
 
9.1 Hazırkı Müqavilə Tərəflərin səlahiyyətli şəxsləri tərəfindən axırıncı imzalandığı andan qüvvəyə minir və "___" ______________.20___ ilə qədər etibarlıdır.
9.2 Tərəflərdən heç biri müvafiq müddətin başa çatmasına 15 (on beş) gün qalmış hazırkı Müqavilənin ləğv etmək niyyəti barədə qarşı Tərəfə yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə, Müqavilənin qüvvəsi avtomatik olaraq növbəti 1 il müddətlərinə uzadılacaqdır.
9.3 Tərəflər hazırkı Müqavilənin müddətini vaxtından əvvəl dayandırmaq hüququnu özlərində saxlayırlar. Bu halda hazırkı Müqaviləni ləğv etmək istəyən tərəf 15 (on beş) gün əvvəl qarşı tərəfi yazılı surətdə öz niyyəti barədə rəsmi olaraq xəbərdar etməlidir.
 
Yuxarıda qeyd olunanlara təsdiq olaraq, hazırkı Müqavilə iki əsl nüsxədə, hər Tərəf üçün bir nüsxədə, tərtib olunmuşdur.
 
10 TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI VƏ BANK REKVİZİTLƏRİ
 
 
Renta alan adından Renta ödəyicisi adından

 

_______________

“___” _____________ 20___ il

 

 

_______________

“___” _____________ 20___ il

 

 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.