Saxlama müqaviləsi

Növ: 

 

Malların anbarda saxlama müqaviləsi

 

                                                                    Bakı şəhəri                                                                                                                                  «_____»_________20__-ci il 

                                                                                                                                                                

    Biz aşağıda imza edənlər: bir tərəfdən bundan sonra «Tapşıran» adlanacaq “_______________________” MMC-nin direktoru  _______________________ şəxsində, digər tərəfdən  «Saxlayıcıı» adlanacaq  «_______________________» şirkəti, şirkətin prezidenti _______________________ şəxsində, «aşağıdakı şərtlərlə bu müqaviləni bağlayıırıq.

 

1.       MÜQAVİLƏNİN  PREDMETİ

1.1.    Bu Müqaviləyə əsasən, Saxlayıcı (anbar sahibi) saxlama haqqı  müqabilində Tapşıranın ona verdiyi  tikinti materiallarını 1(bir) il müddətində ona məxsus olan saxlamaq üçün qəbul etməyi öhdəsinə götürür.

1.2.    Bu Müqaviləyə əsasən Saxlayıcıya çatacaq saxlama haqqı hər ay üçün 200 AZN təşkil edir.

 

2.       TƏRƏFLƏRİN  HÜQUQ VƏ VƏZİFƏLƏRİ

2.1.    Saxlayıcı aşağıdakıları etməyə borcludur:

2.1.1.malları qəbul edərkən öz hesabına malların  yoxlanmasını həyata keçirmək, onların sayını və zahiri vəziyyətini müəyyənləşdirmək;

2.1.2.malların mühafizəsini təmin etmək məqsədi ilə saxlama şəraitini dəyişdirmək üçün gördüyü tədbirlər barədə Tapşıranı xəbərdar etmək;

2.1.3.mallarda zədələnmə aşkar etdikdə bu barədə akt tərtib etmək və Tapşırana dərhal məlumat vermək;

2.2.Tapşıran aşağıdakıları etməyə borcludur:

2.2.1.Tapşıran saxlama haqqını bu Müqavilədə nəzərdə tutulan məbləğdə Saxlayana ödəməyə borcludur.

 

  3.TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

Tərəflərin bu Müqavilədən törəyən məsuliyyəti, qüvvədə olan mülki qanunvericiliyə uyğun olaraq , saxlama haqqında ümumi normalarla tənzimlənir.

 

4.YEKUN MÜDDƏALAR

    Müqavilə  iki  nüsxədən  ibarət  tərtib edilməklə, bir nüsxə  «Saxlayan»da,  digər nüsxə  isə

«Tapşıran»da saxlanır.

 

                TƏRƏFLƏRİN  HÜQUQİ  ÜNVANLARI

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.