Təhlükəsizlik şöbəsinin rəisinin vəzifə təlimatı

 

 
 

“TƏSDİQ EDİRƏM”

 

“Şirkətin adı” MMC-nin Baş Direktoru

 

___________________________

 

“___” _______________ 20__-ci il

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Təhlükəsizlik şöbəsinin rəisinin

VƏZİFƏ TƏLİMATI

 

1.           ÜMUMİ MÜDDƏALAR

1.1       Təhlükəsizlik şöbəsinin (bundan sonra “Şöbə”) rəisi ştat cədvəlinə uyğun olaraq rəhbər işçiləri təsnifatına aiddir və “Şirkətin adı” MMC-nin (bundan sonra “Cəmiyyət”) Baş Direktorunun əmri ilə tutduğu vəzifəyə təyin olunur və işdən azad edilir.

1.2       Təhlükəsizlik şöbəsinin rəisi struktur bölgüsünə müvafiq olaraq birbaşa “Şirkətin adı” MMC-nin Baş Direktoruna tabedir.

1.3       Təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə ali təhsilli və aidiyyəti vəzifələrdə ən azı 3 il iş stajı olan şəxs təyin edilə bilər.    

1.4       Təhlükəsizlik şöbəsinin rəisi öz işində aşağıdakı normativ sənədləri rəhbər tutur:

-      Azərbaycan Respublikasının Konstitusiyası;

-      Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları;

-      Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları;

-    “Şirkətin adı” MMC-nin Nizamnaməsi və digər təsisedici sənədlər;

-      Əmək funksiyalarına və vəzifə borclarına aid olan Azərbaycan Respublikasının qanunvericiliyi və normativ-hüquqi aktlar;

-      Təhlükəsizlik şöbəsinin Əsasnaməsini;

-      “Şirkətin adı” MMC-nin Baş Direktorunun əmr və göstərişləri;

-      hazırkı vəzifə təlimatı.

 

1.5       Təhlükəsizlik şöbəsinin rəisi aşağıdakıları bilməlidir:

-      “Şirkətin adı” MMC-nin istehsalat, təsərrüfat və maliyyə fəaliyyətini tənzimləyən qanunvericiliyi, normativ və metodik materialları;

-      hüquqi fəaliyyət üzrə normativ və metodik materialları;

-      daxili nizam qaydalarını və əməyin mühafizəsi normalarını;

-      işgüzar və peşə etiket qaydalarını;

-      təhlükəsizlik və mühafizə sahələrinə aid normativ aktları.

 

2.           VƏZİFƏ BORCLARI

2.1       Şöbənin idarə olunması və ümumi rəhbərliyin həyata keçirilməsi, tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünün aparılması;

2.2       Cəmiyyətə potensial müttəfiq və ya rəqib olan hüquqi və fiziki şəxslərin aşkar olunması və onların barədə məlumatların toplanılması;

2.3       Cəmiyyətə potensial və ya real rəqiblərinin Cəmiyyət tərəfindən qorunan məlumatın əldə edilməsinin qarşısının alınması;

2.4       Cəmiyyətin işçiləri tərəfindən iş yerində mümkün ziyan vura biləcək əməllərin qarşısının alınması üzrə müvafiq tədbirlərin təşkili və keçirilməsi;

2.5       Cəmiyyəti maraqlandıran məlumatların qanuni yollarla müxtəlif mənbələrdən əldə edilməsi.

2.6       Cəmiyyətin  quruluş bölmələrində baş verə biləcək xoşagəlməz hadisələr, faktlar və münaqişələr barədə qabağlayıcı məlumatların əldə edilməsi.

2.7       Cəmiyyətdə istehsal olunan və ya satılan məhsulların qorunması, habelə kommersiya sirrinin qorunması naminə vaxtaşırı tədbirlərin keçirilməsi.

2.8       Cəmiyyətdə kommersiya sirri rejiminin yoxlanılması üçün tədbirlərin hazırlanması və keçirilməsi.

2.9       Kommersiya sirrinin sızılması mümkün olan kanallarının aşkar edilməsi və onların qarşısının alınması.

2.10  Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasının təmin edilməsi.

 

3.           HÜQUQLARI

3.1       Şöbənin funksional fəaliyyəti ilə bağlı aidiyyəti struktur bölmələrlə qarşılıqlı əlaqələr qurmaq, zəruri olan sənədlərin təqdim olunmasını onlardan tələb etmək;

3.2       Cəmiyyətin xidməti otaqlarında və ərazisində xüsusi təyinatlı avadanlığın quraşdırılmasında və istifadəsində iştirak etmək.

3.3       Şöbənin fəaliyyəti ilə əlaqədar tabeliyində olan əməkdaşlar üçün icbari göstərişlər vermək, onların vaxtında və keyfiyyətlə icra olunmasına nəzarəti həyata keçirmək.

3.4       Şöbənin işinin təkmilləşdirilməsi məqsədilə rəhbərliyə müvafiq təkliflər verilmək.

3.5       Tabeliyində olan əməkdaşların intizam qaydalarının pozulmasına görə cəzalandırılması və ya işində fərqləndiyinə görə mükafatlandırılması barədə rəhbərlik qarşısında məsələnin qaldırılması, onların ixtisasartırma və treninq tədbirlərinə ezam olunması barədə təqdimatlar vermək.

 

4.           MƏSULİYYƏTİ

4.1       Hazırkı təlimatla nəzərdə tutulan vəzifə borclarının yerinə yetirilməməsinə və ya düzgün icra olunmamasına görə - Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyi çərçivəsində.

 

4.2       Öz əmək fəaliyyətinin həyata keçirilməsi prosesində yol verdiyi pozuntulara görə - Azərbaycan Respublikasının qüvvədə olan inzibati, əmək, cinayət və mülki qanunvericiliyi çərçivəsində.

4.3       Maddi ziyanın vurulmasına görə - əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan inzibati, əmək, cinayət və mülki qanunvericiliyi çərçivəsində.

4.4       “Şirkətin adı” MMC-nin maraqlarına riayət olunmamasına, konfidensial məlumatların yayılmasına görə - əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan inzibati, əmək, cinayət və mülki qanunvericiliyi çərçivəsində.

4.5       İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşıyır.

 

Tanış oldu

 

_______________________

 

 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.