Valideynlik hüququndan məhrumetməyə dair iddia ərizəsi

 

 

 

______ rayon  məhkəməsinə

 

 

İddiaçı: _____________________

/ Ünvan: _____________________/

 

Cavabdeh: _____________________

/ Ünvan: _____________________/

 

 

 

 

İ D D İ A  Ə R İ Z Ə S İ

 

( valideynlik hüququndan məhrumetməyə dair)

 

Cavabdehlə ___________-cı il tarixdə rəsmi nikaha girib ailə qurmuşuq. Bu nigahdan ________-ci ildə ________________________oğlu/qızı adlı uşağımız  anadan olmuşdur.

Cavabdeh _____-ci ildə uşaq altı aylıq olanda məni tərk edib getmiş, aramızda ailə münasibətləri pozulmuşdur.

_____ rayon məhkəməsinin ______-ci il tarixli qətnaməsi ilə nikahımız pozulmuş və bu barədə nikahın pozulması haqqında şəhadətnamə də almışıq.

Nikahın pozulması  ilə yanaşı azyaşlı uşağın saxlanılması üçün cavabdehdən aliment tutulması da qət edilmişdir.

Aliment tutulmasına dair icra vərəqi icraya yönəldilmiş, lakin cavabdeh indiyə qədər aliment ödəməmişdi.

Həmin vaxtdan  cavabdeh uşaqla maraqlanmamış, onun saxlanılması üçün nə maddi, nə də mənəvi köməklik göstərməmişdir.

Azərbaycan  Respublikası Ailə Məcəlləsinin 64.0, 64.0.1 və 64.0.2-ci maddələrinə əsasən valideynlər (onlardan biri) öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə; valideynlik hüquqlarından məhrum edilə bilərlər.

Məhkəmənin nəzərinə çatdırıram ki, cavabdeh bir valideyn kimi üzərinə düşən vəzifələri yerinə yetirməmiş, 6 aylıq olandan onu atıb getmiş, həmin vaxtdan  uşağına  maddi və mənəvi dəstək göstərməmiş, ümumiyyətlə, uşağı ilə maraqlanmamış, uşağın saxlanılması üçün aliment ödəməkdən qəsdən boyun qaçırmışdır. Belə ki, uşaq atasını tanımır. Bunu zəruri olarsa, uşaq məhkəmə iclasında dindiriləndə tam aydın olar.

Hesab edirəm ki, qeyd edilən hallar cavabdehin bir valideyn kimi üzərinə düşən vəzifələri yerinə yetirmədiyi, valideyn olmasının yalnız doğum haqda şəhadətnamədə ata qrafasında adının olması ilə məhdudlaşmasını tam sübut edir.

          Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cö və 150-ci  maddələrini rəhbər tutub məhkəmədən

 

Xahiş Edirəm:

 

Cavabdehin ____________-ci ildə anadan olmuş  ________________________oğluna/qızına dair valideynlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarasınız.

 

 

 

Qoşma:  İddia ərizəsinin surəti

               Nikahın pozulması və doğum haqda şəhadətnamənin təsdiq olunmuş

               surətləri

               Şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surəti

               Qətnamənin surəti

               İcra vərəqinin surəti

 

 

 

 

 

 

 

İddiaçı:                                        ________________________oğlu/qızı

 

 

 

“__” ______ 20__-ci il

 

                                   

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.