Avropa Şurasının Bakıdakı Ofisi ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək” layihəsi çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Ədliyyə Akademiyası ilə birgə vəkillər üçün “Avropa İnsan Hüquqları Konvensiyasına Giriş” HELP distant kursuna ərizələrin qəbulunu elan edir. (Avropa Şurasının HELP Proqramı – Hüquqşünasların İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı)