Beyləqan rayonunda ərinə iki nəfərlə xəyanət edən qadın intihar edib.
Hadisə rayonun Birinci Şahsevən kəndində baş verib.
Həmin kəndin ərazisində yerləşən uşaq bağçasında aşpaz işləyən N.Həsənova əri tərəfindən bağçanın gözətçisi Füzuli rayonunun Əhmədbəyli kənd sakini G.Baxşəliyev ilə birlikdə yataqda tutulub. Hadisədən sonra qadın rayonun İkinci Şahsevən kəndində yerləşən ata evinə qaçıb və orada özünü asaraq intihar edib. Onunla birlikdə yataqda tutulan G.Baxşəliyev isə Füzuli rayonunun Əhmədbəyli kəndinə qaçıb və o da özünü asaraq intihar edib.