Almaniya parlamenti: "Yox" deməli "Yox"!

Ramil Gachay's picture

Almayida cinsi təcavüz və zorlamaya qarşı mübarizə haqqında Qanuna dəyişiklik etmişdir. Bundestaq onu səs çoxluğu ilə təsdiq etmişdir. Zorlama qurbanlarının "yox" demək və ya bildirmək, artıq məhkəmə iddiası üçün yetərli sayılır. Qadın - və ya bir kişi - indi verbal (və ya konkludent) şəkildə potensial təcavüzçünü rədd (cinsi əlaqədən imtina) etmək kifayətdir; təcavüz bundan sonra davam edərsə - bu zorlamada ittiham olunmaq üçün əsas sayılacaq.

Bununla yanaşı zərər çəkmişin cinsi əhəmiyyətli deyil. İddia hətta həyat yoldaşına qarşı qaldırıla bilər. 

Əvvəllər zorlamaya görə cəzalandırmaq üçün, cinayətin qurbanı mütləq müqavimət göstərməli idi, cinayətkar isə zor və ya hədə-qorxu tədbiq etməli idi. Bu maddənin olmaması yüzlərlə təcavüzçünün azadlıqda olmasına səbəb olmuşdur. Qeyd olunan qanun layihəsi Köln şəhərində qalmaqallı yeni il gecəsindən sonra üzə çıxmışdır, həmin gecə yüzlərlə qadın miqrantların seksual təcavüzünə məruz qalmışdır. 

euronews.com

 

 
 

 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.