Ceyn Toppan
Ceyn Toppan (1854 — 1938) - amerikalı qadın cinsli qatil.
1863-cü ildə atası onu və bacısını yetimxanaya vermişdir. 1885-ci ildə Toppan tibb bacısı olmaq üçün oxumağa başladı. O, öz pasientlərinə morfiy və atropin daxil etməklə eksperiment aparırdı. Ceyn dərmanların dozalarını çoxaltmaqla onların sinir sisteminə necə təsir edəcəyinə tamaşa edirdi. Toppan huşsuz pasientlərə toxunanda seksual həzz alırdı. 1899-cu ildə Ceyn öz bacılığını strixnin ilə zəhərlədi. 1901-ci ildə Olden Devisə xidmət edirdi (bundan qabaq onun həyat yoldaşını öldürmüşdür).
Bir-neçə həftə ərzində Ceyn Devisi və onun iki qızını öldürdü. Sonradan həmin Devisin qohumları toksikoloji ekspertizanı təyin etməyə tələb etdilər. 26 oktyabr 1901-ci ildə Ceyn Toppanı həbs elədilər. əvvəlcə 11 qətldə özünü təqsirli bildi, sonradan bütün 31-i boynuna götürdü. Məhkəmə onun təqsirsiz olduğu barədə qərar qəbul etdi və dəlixanaya yerləşdirdi. Elə orda o, öz ömrünün axırına qədər qaldı.
"Mümkün qədər çox insanları, əlacsız insanları öldürmək" - öz cinayətlərin səbəblərini Ceyn bu cür izah etmişdir.
Education - This is a contributing Drupal Theme
Design by
WeebPal.