prokurorluq

Ramil Gachay's picture

Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işləri başlanmışdır

Azərbaycan Respublikasının işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarınının tələblərini kobud surətdə pozmuşdur.

Ramil Gachay's picture

Bankın vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilmişdir

“Muğanbank” ASC-nin Kredit Departamentinin müdirinin qanunsuz əməlləri barədə Bakı Apellyasiya Məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Ramil Gachay's picture

Azərbaycanın prokurorluq orqanları cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində zəruri tədbirlər həyata keçirmişdir

Fevralın 5-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2015-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Ramil Gachay's picture

Azərbaycan Respublikasının Baş Prokurorluğu prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edir

     Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq keçirilən 15 müsabiqə əsasında prokurorluq işçilərinin 58 faizini təşkil edən 656 gənc hüquqşünasın işə qəbul edilməsi aparılan uğurlu islahatların məntiqi nəticəsidir.

Ramil Gachay's picture

Kütləvi informasiya vasitələrinin rəhbərlərinə xəbərdarlıq edilmişdir

Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, son dövrlərdə bir sıra kütləvi informasiya vasitələrində “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10 və 11-ci maddələrinin tələbləri kobud surətdə pozularaq müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında, eləcə də Baş Prokurorluqda istintaq olunan cinayət işləri üzrə həqiqətə uyğun olmayan, böhtan xarakterli informasiyalar düzgünlüyü yoxlanılmadan yayımlanmışdır.

Ramil Gachay's picture

Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilmişdir

“Ağstafa rayonu M.Mikayılov adına Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” MMC-nin fəaliyyətində yol verilmiş qanun pozuntularına dair Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Yenilənmiş əlaqə vasitələri barədə məlumatı burdan əldə edə bilrsiniz. 

Azərbaycan Respublikası Baş Prokurorluğu
Ünvan: AZ1001, Nigar Rəfibəyli küç. 7 , Bakı 
Baş prokuror Əliyev Kamran Bayram oğlu Tel/Faks:
(+994 12) 492 97 03
 

 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.