Bu gün – oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında əldə olunmuş razılığa əsasən, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində, habelə səyyar formada hüquqi yardım göstərilməsi ilə bağlı qurumlar arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilmişdir.