Zodiak

Zodiak

Zodiak (ing. Zodiac) — 60-cı illərin sonu 70-ci illərin əvvəllərində Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının şimal bölgəsində (ing. north california; azərb. şimali kaliforniya) fəaliyyət göstərmiş seriyalı qatil. Zodiak Amerika cinayətkarlıq tarixinin ən məşhur qatillərindən biri hesab olunur. Onun məşhurlaşmasının səbəblərindən biri bu günə qədərdə kimliyinin müəyyənləşdirilə bilməməsi və mətbuata göndərdiyi şifrəli-zəhərli məktublar olmuşdur.

Zodiak tərəfindən törədildiyinə inanılan ilk cinayət hadisəsi 1968-ci ilin dekabr ayında baş vermişdir. Ümumən Kaliforniya ştatının Benikia, Vallexo və San-Fransisko şəhərlərində cinayətlər baş vermişdir. 1968-ci ilin dekabr ayından 1969-cu ilin oktyabr ayına qədər davam edən silsilə cinayətlər zamanı 16-29 yaş arası dörd kişi və üç qadın hədəf alınmışdır. Qatil Zodiak adını cinayətlətləri törətdiyi zaman San-Fransisko Körfəz Bölgəsinin qəzetlərinə göndərdiyi şifrəli məktublar əsnasında əldə etmişdir. Məktublar şifrələnmiş olmaqla yanaşı eyni zamanda zəhərli idi. Bu günə qədər Zodiak tərəfindən göndərildiyinə inanılan məktublardan sadəcə birinin şifrəsi açılmışdır.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.