AIJurium - это шотландская инициатива, посвящённая практическим вопросам права и управления искусственным интеллектом. Платформа публикует...
Minsk-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı baqajlarını götürüb gömrük nəzarətindən keçib zonanı tərk etmək istəyərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq “X-ray” intereskoprentgen aparatına yönəldilib. Gömrük əməkdaşı monitorda siqaretlərə bənzər əşyaların təsvirlərini gördüyündən həmin vətəndaş saxlanılaraq əl yükündə və baqajında gömrüyə mütləq qaydada bəyan ediləsi əşyaların olub-olmaması barədə şifahi sorğu-sual edilib. Gömrükçülərin şübhələrini inkar edən həmin şəxs baqajının içərisindəki malların yoxlanılması üçün müvafiq qanunvericiliyə uyğun olaraq gömrüyün yoxlama otağına dəvət olunub. Yoxlama zamanı vətəndaşa məxsus 2 ədəd əl çantası və 1 ədəd karton qutunun içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, electron və ya şifahi formada bəyan edilməyən, Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmayan 40 000 ədəd siqaretlər aşkar olunub.