AIJurium - это шотландская инициатива, посвящённая практическим вопросам права и управления искусственным интеллектом. Платформа публикует...
“The Advocates for Human Rights” təşkilatı Qadın hüquqlarının müdafiəsi üzrə Hüquqi Təlim Akademiyasında (2017-2018) iştirak üçün ərizələrin qəbulunu elan edib.
Proqramda iştirak etmək istəyən hüquqşünaslar rus və ya ingilis dillərini bilməlidirlər.
Hər iki dildə elan və ərizə forması e-mailə əlavə olunub. Son müraciət tarixi 6 fevral 2017-ci il. Təlim Akademiyasının keçiriləcəyi ölkə yaz aylarında elan ediləcək. Bütün xərclər təşkilatçılar tərəfindən ödəniləcək.
Proqramla bağlı hər hansı suallarınız olarsa xanım Rose Park-a yaza bilərsiniz: rpark@advrights.org