"ASAN-xidmət" mərkəzlərinin əməkdaşları üçün "Azərbaycan Respublikasında yeni inzibati hüquq, onun tətbiqi ilə bağlı aktual məsələlər" mövzusunda seminar keçirili

Ramil Gachay's picture

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) "Cənubi Qafqazda hüquq sahəsində avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi" hüquq layihəsi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq 27.01.2017-ci il tarixində "ASAN-xidmət" mərkəzlərinin əməkdaşları üçün 3 saylı Bakı "ASAN xidmət" mərkəzində "Azərbaycan Respublikasında yeni inzibati hüquq, onun tətbiqi ilə bağlı aktual məsələlər" mövzusunda seminar keçirilib. Seminar yerli ekspertlər - Azərbaycan Respublikası Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini cənab Səyyad Kərimov və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hakimi cənab Xəqani Məmmədov tərəfindən aparılıb.

https://www.facebook.com/giz.law.az

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.