Bu il 12 vəkilin kollegiya üzvlüyündən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edilib

Ramil Gachay's picture

“2023-cü il ərzində Vəkillər Kollegiyasının Rəyasət Heyətində 186 intizam işinə baxılıb. 12 nəfər vəkilin fəaliyyəti, onların üzvlükdən azad edilməsi üçün məhkəməyə müraciət edilməsi ilə bağlı qərarlar qəbul olunub. 9 nəfər vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb. 19 vəkilə töhmət verilib və 21 vəkilə irad tutulub. Humanizm nümayiş etdirilərək 31 iş üzrə intizam tənbeh tədbiri tətbiq edilməyərək, sadəcə xəbərdarlıq edilib”.

Bu fikirləri AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

Kollegiyanın sədri müsahibəsində cəzalandırılan vəkillərin adlarını açıqlamaq istəməyib. O, bunu vəkillərin nüfuzu ilə əlaqələndirdiyini qeyd edib.

“Çox istərdik ki, gələcəkdə qanunda vəkillərin intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı meyarlar daha dəqiq göstərilsin”, - deyə A.Bağırov bildirib.

Mənbə: https://azertag.az/

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.