AIJurium - это шотландская инициатива, посвящённая практическим вопросам права и управления искусственным интеллектом. Платформа публикует...
Mətbuatda xəbər verildiyi kimi hakim olmaq üçün namizədliyini irəli sürmüş 800-dən çox hüquqşünasla “Bakı Kristal Zalı”nda test imtahanı, habelə həmin imtahanda müvəffəqiyyət qazanmış 359 nəfər namizədlə yazılı imtahan təşkil olunmuşdur.
Bütün namizədlərlə bərabər şəraitdə, vahid zalda keçirilən bu imtahanlar çoxsaylı müşahidəçilər və KİV nümayəndələri tərəfindən tam izlənilmiş, şəffaflığın təmin edilməsi məqsədilə proseslər “onlayn” rejimində internet vasitəsilə birbaşa yayımlanmışdır.
Yazılı imtahanın nəticələrinə görə 176 nəfər müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılmışdır. 183 nəfər isə müvafiq bal toplaya bilməmiş və onlardan 7 nəfəri imtahan nəticələrinin iştirakları ilə yenidən araşdırılmasını xahiş etmişdir.
Bununla əlaqədar məsələyə Hakimlərin Seçki Komitəsi tərəfindən 10 noyabr 2016-cı il tarixdə həmin namizədlərin, habelə, QHT və KİV nümayəndələrinin iştirakı ilə açıq apellyasiya qaydasında baxılmışdır.
Proses zamanı hakimliyə namizədlərin cavabları bir daha yoxlanılmaqla nəticələrin düzgün hesablandığı müəyyən olunmuş, onlar öz cavab vərəqələri ilə tanış edilmiş, yol verdikləri səhv və nöqsanlar diqqətlərinə çatdırılmış və müvafiq izahlar verilmişdir.