Hüquqşünasların nəzərinə! Vəkilliyə sənəd qəbulunun müddəti uzadılmışdır.

Ramil Gachay's picture

Azərbaycan Repsublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sonuncu iclasında qəbul olunmuş qərara əsasən, vəkilliyə namizədlərin sənədlərinin qəbulu 30.12.2016-cı il tarixədək uzadılmışdır. Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər:

1.Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;
2.Şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti;
3.Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;
4.Əmək kitabçasının notariat qaydada və ya iş yerində təsdiq edilmiş surəti;
5.Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;
6.3x4 sm və 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;
7.Kadrların şəxsi məlumat vərəqəsi;
8.Tərcümeyi hal.

Sənədlər Bakı şəhəri, Səməd Vurğun küçəsi, 48-də yerləşən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin binasında bu ilin dekabr ayının 30-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 14:00-dan 18:00-dək qəbul olunur.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin əlaqə telefonlar: 596-32-71, 594-14-95.

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun 8-ci maddəsinə əsasən, imtahanların keçirilməsi tarixi barədə isə əlavə məlumat veriləcəkdir.

http://lawreform.az/

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.