Əlavə Dəyər Vergisinə edilən dəyişikliklər

Ramil Gachay's picture
2017-ci ildə bu vergi növü ilə bağlı edilən əlavə və dəyişiklikləri bir neçə istiqamətə ayırmaq olar:
Aqrar sahənin inkişafının təşviqi məqsədi ilə kənd təsərrüfatı məhsullarının istehsalı və təqdim olunmasının tənzimlənməsi:
 
Kiçik və orta sahibkarlığın stimullaşdırılması, pərakəndə ticarətdə rəqabət  mühitinin təmin edilməsi və vergi yükünün optimallaşdırılması məqsədi ilə Vergi Məcəlləsinin yeni 13.2.60-cı, 13.2.61-ci, 13.2.62-ci, 13.2.64-cü maddələri və 153-cü, 159.1-ci və 174.3-cü maddələrinə edilən dəyişikliklər “kənd təsərrüfatı məhsullarının istehsalı”, “kənd təsərrüfatı məhsullarının satışı”, “pərakəndə satış”, “ticarət əlavəsi” anlayışları verməklə yanaşı ƏDV-nin tərifinə dəyişiklik edilmiş, respublika ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı üçün vergitutma obyektinin ticarət əlavəsi, yəni pərakəndə satış qiyməti ilə alış qiyməti arasındakı fərq olduğunu, ƏDV-nin də həmin məbləğdən hesablanmalı olduğunu təsbit etmişdir, bir
şərtlə ki, satıcılar belə malların uçotunu ayrıca aparsınlar. Uçotun tələb olunan şəkildə aparılmasını təmin etməyən vergi ödəyicilərinin mallarının pərakəndə satışında ƏDV ümumi dövriyyədən hesablanmalıdır.

 

Misal: Kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə məşğul olan ticarət obyekti 45.000 manat dəyəri olan malların üzərinə 5.000 manat ticarət əlavəsini əlavə etmək istəyir. Bu zaman həmin ticarət əlavəsinə 18% ƏDV dərəcəsini tətbiq edərək 900 manat vergi məbləğini müəyyən edir. Malların son satış qiyməti formalaşarkən ilkin dəyər (45.000 manat), ticarət əlavəsi (5.000 manat) və ƏDV məbləği (900 manat) cəmlənərək 50.900 manat təşkil edir.

Elektron ticarətin vergiyə cəlb olunması:

Vergi Məcəlləsinin 168.1.5-ci, 169.1-ci və 169.3-cü maddələrinə edilən əlavə və dəyişikliklər virtual məkanda ƏDV-nin tətbiqini tənzimləyir. Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, bu məkanda iş və xidmət təqdim edildikdə və ya lotereya, digər yarış və müsabiqə keçirildikdə vergi tutulan əməliyyatın yeri kimi xidmətlərin alıçısının və lotereya, yarış və müsabiqənin iştirakçısının olduğu yer müəyyən olunur və həmin dövlətdə də ƏDV tətbiq olunur.
İşin və xidmətin alıcısı, lotereya, digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olduqda ƏDV-ni həmin şəxs özü hesablayır və büdcəyə ödədikdən sonra Vergi Məcəlləsinin
tələblərinə riayət etmək şərti ilə ödənilmiş məbləği əvəzləşdirə bilir. İşin və xidmətin alıcısı, lotereya, digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olmadıqda isə ödənişi aparan yerli bank və ya xarici bankın respublikadakı filialı ƏDV-ni hesablayaraq alıcının vəsaiti hesabına büdcəyə ödəyir, tutulmuş ƏDV isə bank və ya filial tərəfindən əvəzləşdirilmir.
 
Misal: Azərbaycan vətəndaşı respublika hüdudlarından kənarda qeyri-rezidentin elektron qaydada təşkil etdiyi lotereyada iştirak etmək məqsədi ilə 250 manat ekvivalentində köçürülən
vəsaitə görə iştirakçıdan bank tərəfindən 45 manat (250*18) ƏDV tutularaq büdcəyə ödənilməlidir.

 

Sənədlə tam tanış olmaq üçün qoşmadakı faylı yükləyin.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.