AIJurium - это шотландская инициатива, посвящённая практическим вопросам права и управления искусственным интеллектом. Платформа публикует...
Sentyabrın 9-da axşam saatlarında Nəsimi Rayon Məhkəməsi belə qərar verib. Natiq Cəfərlinin özü də bunu Azadlıq radiosuna təsdiq edib.
Onun vəkillərindən Cavad Cavadovun bildirdiyinə görə, N.Cəfərli istintaqı aparan prokurorluq qurumunun təqdimatı əsasında azadlığa buraxılıb. Prokurorluğun təqdimatı Natiq Cəfərlinin həbsdən azad edilməsi ilə bağlı olub. Məhkəmə təqdimatı qısa zamanda təmin edib.
Natiq Cəfərli artıq Kürdəxanıdakı təcridxanadan evə buraxılıb.
N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Natiq Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) maddələri ilə ittiham irəli sürülüb. Bu ittihamlarla Natiq Cəfərli əmlakı müsadirə olunmaqla 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
REAL hərəkatı bəyanat verərək həbsi siyasi sifariş saymışdı. Bəyanatda qeyd edilirdi ki, bu sifariş dövlət başçısından gəlib.