Türkiyede 2 min 745 hakim vezifeden kenarlaşdırılır

Ramil Gachay's picture

Türkiyənin məhkəmə-hüquq sistemində çalışan və FETÖ (fətullahçı terror təşkilatı) mənsubu olduğu bildirilən şəxslərin kütləvi şəkildə işdən çıxarılmasına və həbsinə başlanıb. APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi xəbərə görə, Türkiyənin Məhkəmə-Hüquq Şurası (Hakimlər ve Savcılar Yüksek Kurulu) 2 min 745 hakimin vəzifədən kənarlaşdırılması haqqında qərar qəbul edib. Şuranın özünün isə 5 üzvünün səlahiyyətlərinə xitam verilib.

Türkiyədə dövlət idarələri arasındakı mübahisələrə baxan və qanun, qərar layihələrinə rəy verən məhkəmə orqanı – Danıştayın isə 5 üzvü həbs edilib, qurumun daha 4 üzvü yazılı həbs sanksiyası olmadığı üçün qərara tabe olmayacağını bildirib.  

http://news.lent.az/

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.