“Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək” adlı təqdimat konfransı keçirilib

Ramil Gachay's picture

HÜQUQŞÜNASLARIN İNSAN HÜQUQLARINA DAİR TƏDRİSİ DİQQƏT MƏRKƏZİNDƏDİR

Fevralın 14-15-də Bakı şəhəri, Hilton Mehmanxanasında Avropa Şurasının və ABŞ-nin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə vəkillərin, hakimlərin, prokurorluq işçilərinin, habelə bir sıra qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə “Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək” adlı təqdimat konfransı keçirilir.
Vəkillər Kollegiyasının sədri Anar Bağırovun da iştirak etdiyi konfransda Avropa Şurasının İnsan hüquqları siyasəti və inkişaf departamentinin rəhbəri Mixal Lobov, Azərbaycan Respublikası Ədliyyə Akademiyasının Rektor vəzifəsini icra edən Elçin Xələfov, Avropa Şurasının Layihə meneceri Mahir Müştehidzadə, Avropa İnsan Hüquqları Məhkəməsinin katibliyinin baş hüquqşünası Xəqani Quliyev, Plexanov adına Rusiya İqtisad Universitetinin Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun Direktoru professor Rəşad Qurbanov, habelə Avropa Şurasının HELP Məşvərət Şurasının üzvü, britaniyalı vəkil Saymon Otul məruzəçi qismində iştirak etmişlər.
Natiqlər “Avropa Məhkəməsi effektiv müdafiə vasitəsi kimi: problemlər və həllər”, “AİHM qərarlarının Rusiya tərəfindən icra olunması kontekstində mülkiyyət hüquqları”, “Avropa insan hüquqları standartlarının tətbiqində Milli Təlim İnstitutlarının rolu” və “Təlim Avropa İnsan Hüquqları Konvensiyasının implementasiyasında yardım kimi” mövzularda təqdimatla çıxış etmiş, ümumən insan hüquqları üzrə tədrisinin daha da təkmilləşdirilməsinin perspektivləri barədə tədbir iştirakçılarına məlumat vermişlər.
Daha sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırovun “Azərbaycanda vəkillər üçün insan hüquqları təliminin problemləri və perspektivləri” mövzusunda çıxışı olmuşdur. Sədr biliklərinin artırılmasındakı əhəmiyyəti, inkişaf etmiş xarici ölkələrin təcrübəsində davamlı tədrisdə iştirakın vəkillərin vəzifələri olması, həmçinin bu kimi tədrisin vəkillərin fəaliyyətinin qiymətləndirilməsindəki yeri və sair məsələlərə toxunmuşdur.
Bu gün konfrans öz işini plenar sessiyalar şəklində davam etdirəcəkdir.
________________________

The launching conference on "Support to justice sector reform initiatives in Azerbaijan" by the CoE, US Embassy to Azerbaijan, Justice Academy, where the importance of the continuous training for lawyers has been emphasized by Anar Baghirov, Chair of the Azerbaijan Bar Association.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijan Bar Association
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.